Ağalarbəyli kəndindən teleqram
"Goratqrad kənd məktəbinin müəlliməsi və uçubtökülən evin müvəqqəti sakinəsi ülya həzrət
Sevinc xanıma!
Eşitdim ki, son vaxtlar atan hər bəhanə ilə yeyib-içmək məclisləri təşkil edir, lül-qəmbər olmaq ideyasını üstün tutur. İctimai ideyalarla yaşamaqdansa keçmiş mütəlibovçu kimi, ömrünü lalübalı keçirmək, mövcud quruluşun mənəvi təkamülündə iştirak etməkdən şüurlu şəkildə imtina edir. Bu məclislərdən biri də bu günlərdə, yəni iyun ayının 6-da, yəni sənin mübarək ad günün münasibətilə təşkil olunucuq. Ən pisi budur ki, bu yemək-içmək məclisləri bizsiz təşkil olunur. Bunun da əsas səbəbini mən bizim çox hörmətli, nəzakətli, ləyaqətli, dəyanətli, ağıllı, dərrakəli və qonşucanlı qonşularımızla qohum olmaqda görürəm.
Balam noldu? Bizi day saymırsınız? Nə tez unutdunuz bizi?
Mən o İntiqam bəydən intiqam almasam adımı Gülümşah yox, Zülümşah qoyacam.
Elə indidən intiqam almağa başlamışam. məsələn, danadişini öyrədib göndərmişəm bostanlarına ki, badımcan kollarını kəsib doğrasın, həyətimizdəki ağacda oxuyan bülbülə əmr etmişəm ki, oxuyanda üzünü onlar tərəfə yox, başqa tərəfə tutub oxusun ki, səsin onlar eşitməsinlər, qoyunları və inəyi axşamlar onların evlərinin tuşunda otarıram və s. və ilaxır. Hələ intiqamalma prosesi davam edir, yəqin yaxşı vaxtlarda eşidəcəksiniz ki, nə həngamə qoparacağıq.
Əhmədli qızı da səni təbrik edir, bir qazan dovğa, bir qazan əriştə, bir qazan da şuli bişirib ki, onlar gələndə yesinlər, ətə-cana gəlsinlər. Xəmir xörəyi xeyirlidir, adamı kökəldir.
Sevincim, səni anadan olduğun gün münasibətilə təbrik edirəm, xoşbəxtlik, səadət, cansağlığı arzulayıram! Çənə həsr etdiyim şeiri göndərirəm ki, atan oxusun, qonaqları feyziyab olsunlar!
Dostları ilə paylaş: |