Əmin Gülümşah
06.06.93
Qəm, kədər görməsin bir daha üzün
Bürüsün qəlbini sevinc, Sevincim!
Bu iki hiss yaşayacaq yanaşı,
Həmişə var kədər, sevinc, Sevincim!
Döz soyuğa, öyrənginən istiyə,
Kimin ağzı nədir səni pisliyə
Həmişə xoşbəxtlik səni səsləyə
Çıxa uğruna, sevinc, Sevincim!
Bugünkü işini sabaha qoyma,
Zəhməti sev, ucuz şöhrətə uyma.
Zəhmətin acı ol, zəhmətdən doyma,
Zəhmət gətirəcək sevinc, Sevincim!
Əminin sözləri xeyir-duadır,
İsmət qızçün çörək, sudur, havadır.
Ata evi müvəqqəti yuvadır,
Tapsın öz evində sevinc, Sevincim!
Dostları ilə paylaş: |