"DƏDƏGÜNƏŞ" KÖMƏYİNİZ OLSUN
Hörmətli Ömürşah Əhliman oğlu!
50 yaşınız tamam oldu. Şair olsaydınız kitablarınızı sayardıq, rəssam olsaydınız tablolarınızı sadalayardıq. Siz – müəllimsiniz. Və Sizin kitablarınız, tablolarınız Məmmədlərdir, Əhmədlərdir, Sabirlərdir. Canlı adamlardır. Onlar sözlərinizi, düşüncələrinizi, duyumlarınızı öz yaddaşlarında daşıyırlar. Yaddaşsa dünyanın ən sınanmış, əbədi dəyəridir. Nə yaxşı ki, Sizin yeriniz belə dəyərlilərin arasındadır.
Ömürşah müəllim! Müəllimliklə yanaşı ədəbiyyatımızın həssas bilicisisiniz, Azərbaycan poeziyası ilə nəfəs alırsınız. Qoşmaların, qəzəllərin, bayatıların ruhunu dərindən duyursunuz. Xoşbəxt adamsınız!
Bir də Siz Kamranın, Əhlimanın, Abdullanın atası, Atabəyin babasısınız, arxasısınız, həyanısınız. O gün olsun onlar Sizin həyanınıza çevrilsinlər.
Əziz Ömürşah müəllim! Biz Sizə şagirdlərinizin sayı qədər ömür arzulayırıq, "Dədəgünəş" köməyiniz olsun!
Dostları ilə paylaş: |