Öpürəm səni. Sağ ol
Ömürşah
10.10.1993
Çox istəkli Hökumə xanım!
Təəssüf edirəm ki, Sizinlə bir kollektivdə işləmək xoşbəxtliyi mənə nəsib olmayıb. Yoxsa Sizdən çox şey öyrənmək olardı. Çünki Sizi nə qədər tanısam da, bilsəm də yenə sirri-xudasınız. Öz şirin söhbətlərinizlə, lap elə təbəssümünüzlə, məzəli atmacalarınızla, hələ desən tez keçib gedən acıqlı, zəhimli anlarınızla da beləsiniz.
İlk baxışda diqqəti cəlb etmirsiniz, çünki gözəgirən deyilsiniz, necə varsınızsa eləsiniz. lakin sizə bir sirr açım ki, yadda tez qalırsınız, sizi unutmaq olmur.
Elə sizinlə bircə kəlmə söhbət edən kimi adam çətinə düşür, təşəbbüs əldən verilir. Siz külli-ixtiyar sahibi olursunuz. Sakitliyiniz aldadıcıdır. İnsanlıqdan azca başı çıxanlar üçünmaraqlı adamsınız, kəşf olunmamış dünyasınız. Bu mənada Sizin yoldaşlarınıza qibtə edirəm.
Mən cəmisi bütün ömrüm boyu 8-10 dəfə Sizinlə görüşmüşəm. Onlar da ötəri. Salam-kalam, əlekümsalam! Lakin lap elə bu görüşlər də məndə belə təəssürat oyadıb ki, Siz işgüzarlıqdan, humanizmdən, diqqət və qayğıdan yoğrulmusunuz. Sizi tanıyanlar təsdiq edirlər ki, Sizinlə söhbət etmək, fikir mübadiləsi aparmaq taleyin töhvəsidir. bu mənada Sizin şagirdlərinizə qibtə edirəm.
Və nəhayət, bu gün bu məclisdə iştirak edənlərə və özümə qibtə edirəm. Çünki 23 saylı məktəbin kollektivi çox gözəl bir təşəbbüsdə bulunublar. İnsanlıq dünyasının sadə, cəfakeş zəhmətsevər bir üzvünün təntənəsini keçirmək fikrinə düşüblər.
Bugünkü yığıncağın ayrı hüsnü var. burada boğazdan yuxarı çıxışlar yoxdur və olmayacaq, vəzifə və kürsü ehtirası səmimi duyğuları üstələməyəcək. Çünki insanlığın çox qiymətli sıra nəfərlərindən birinin ad günüdür. Burada danışılanlar hamısı allahın və ürəyin hökmü ilədir. Belə məclisdə iştirak etmək, yubiliyar xanımın düşüncələrinin, duyğularının əhatəsində olmaq məndən ötəri bir dünya xoşbəxtlikdir. Və mən əminəm ki, bugünkü məclisdən alınan xoş təəssürat hələ gələcəkdə keçiriləsi ad günləri üçün, tutalım ki, 70-80-90-100 illiklər üçün detanator rolunu oynayacaq.
Mən isə indidən həmin günlər münasibətilə yubiliyar xanım Hökümə müəlliməni təbrik edirəm.
Dostları ilə paylaş: |