Oğul sözlərimə yaxşı qulaq as



Yüklə 281,08 Kb.
səhifə55/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   56
Hörmətlə,

Sizin bütün uğurlarınıza ürəkdən sevinən
Ömürşah müəllim.


1990- il

Möhtərəm Kamil bəy Nəriman oğlu!
Bu günlərdə respublika informasiya kanallarından bir xoş xəbər eşitdim – Sizin Respublika Baş nazirinin müavini təyin olunmağınızı.

Milli Məclisdə Sizin sakit, təmkinli oturuşunuzu gördüm. Yadıma düşdü ki, əmişə Sumqayıtdan gördüyünüz adamlar vasitəsilə mənə salam-dua göndərər, hal-əhval tutardınız.

İndi isə növbə mənimdir, Kamil bəy. Sizi təbrik edirəm, millimizin, yenicə istiqlal qazandığımız respublikamızın inkişafı naminə Sizə uğurlar arzulayıram. Sizə inanıram, ümid edirəm, səbrsizliklə respublikamızın maarif, mədəniyyət sahəsində dəyişiklik olacağını gözləyirəm. Şübhəsiz ki, nəticədən danışmaq hələ tezdir. Amma dəyişikliyə başlayacağınıza inanıram.

Kamil bəy, Siz yəqin ki, çox yerdən, çox adamdan təbrik teleqramları və məktubları alacaqsınız. Çünki dünyaca tanınmış alimsiniz, yaxşı insansınız. Mənim bu məktubumun arxasında Sizin uğurlarınıza ürəkdən sevinmək adi bir vətəndaşın, ömrünü-gününü güclü tərəddüdlər içərisində keçirmiş bir müəllimin hisslərinin, duyğularımın ifadəsi durur. Mən sizi vəzifə aldığınız üçün deyil – siz hər bir -------??? fövqündə durursunuz, haqqın, ədalətin qələbə çalması münasibətilə təbrik edirəm. Görünür, haqqın təntənəsinə artıq vərdiş etmək lazımdır. Çünki bundan sonra bun-tez rastlaşacağıq.

Sizin xasiyyətinizi bildiyim üçün cəsarətləndim. Yoxsa mən yuxarılara məktub yazan deyiləm.

Bağışlayın ki, vaxtınızı xeyli aldım.

Sağ olun.


Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin