İnsanlığına, istedadına, şəxsiyyətinə dərin hörmətlə:
Ömürşah
Sumqayıt
Əzizim, munisim, canım,
Sənə qurban mənim canım.
Ala gözlü natəvanım
Yuxular kaş çin olaydı.
Gördüm səni gözüyaşlı
Soruşdum ki, nə təlaşdı?
dedin: anam vidalaşdı
Yuxu tərsə yozulaydı.
Xəstəyəm, dərmanım yoxdu
Ürək namərd, baş soyuqdu.
Görüşməyə ümid çoxdu
Görüşün gerçək olaydı.
Nə vaxtdı həsrətəm sənə
İnsaf elə bir bax mənə
Ürəklər od tutub yana
Mənlə görüşə tələsəydin.
Dostları ilə paylaş: |