Oğul sözlərimə yaxşı qulaq as


Mən də duyğulandım, bekar qalmadım



Yüklə 281,08 Kb.
səhifə7/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   56
Mən də duyğulandım, bekar qalmadım
Əhlimanoğlundan Qafaroğluna

Var odlu-atəşli salamım, qardaş.

Oxudum şerimlə təbim oynadı,

Qardaş tək başına dolanım, qardaş.


Yazdığın «şah ömrünün» nəğməsilə sən

Mən ki o rütbəyə layiq deyiləm.

Dərd bilən mərd olan dostlarına mən

Qulluğunda durum, dayanım qardaş.


Sən təb sahibisən, alovun çoxdu

Həzin misraların canıma hopdu.

Mənimki üzdədir, bir az da gopdu

Sənlə uyğun gəlməz kəlamım qardaş.


Amma gözəlliyə vurğunam mən də

Gördüm bu təkəri şeirində,səndə.

Ömür-gün yetişib əllini ötəndə

Faş olar, bilinər yalanım qardaş.


Mikayıl Şəfəqli dostluqda başdır

Zirəddinlə sanki doğma qardaşdı.

Ayın 19-u mənə yoldaşdı

Sizə gəlməyə var planım, qardaş.


Səni görən gündən rahatlığım yox,

Unutdum dostları, unutdum yarı.

Səninlə dünyada tapdım rahatlıq,

Səndə müqəddəs bir dostluğu, barı.


Gözəlsən, göyçəksən, bir sözüm yoxdur

Sənə mail olan bülbüllər çoxdur.

Di gəl ki, sevənmiş qədəri yoxdur

Səni hifz eləsin dünyada tari.


Tutub incə beldən çəkdin özünə

Hisslərim, duyğular baxmaz sözümə.

Səni tutiyə kimi təpim gözüm

Yarı səndən doyam, doymayam yarı.


Vüsalın dad verə zövqə, duyğuya,

Üzüm üzün üstə gedəm uyğuya.

Qənd, şəkər bələnə belə yuxuya

Allah göstərməsin bizə ah-zarı.


Sözüm çoxdur, yeri yoxdu deməyə

Qaymaq dadaq yaradılıb yeməyə

Əllərim dəyəndə bir cüt məməyə

Ürəyimdə qalmaz --------- qübarı.


Sənə həyat verən, ağıl verənə

Səni bu dünyaya verənə qurban.

Sən boyda dünyaya nağıl verənə

Gözəllik çələngin hörənə qurban.


Gördün camalını, qalmadı halım,

Ağıl başdan çıxdı, döndü əhvalım.

Ondan yaddan çıxdı əhli-əyalım

Mənim dərdi-halım bilənə qurban.


Gözəllik mülkünə sultan seçmişəm,

Yolunda canilə başdan keçmişəm.

Əzabı-zilləti özüm seçmişəm.

Məndən rahatlığı alana qurban.


Yollar tükənməyə, yollar uzana,

Yollar ömrümüzə naxışmış, allah.

Bir həmdəmin ola, bir ürək dostun

Yollar talelərə baxışmış, allah.


Sübh tezdən dayandım qarşımda nur tək,

Baxdım camalına, dayandım qul tək.


Beş günlük həsrətin yandırdı məni

Beş gün insan ömrü deyilmiş, gözəl.

Sənin həsrətinlə yaşanan ömür.

İnsanın yaşından deyilmiş, gözəl.


Beş gün sənsiz keçdim bu yoldan, gözəl,

Beş gün sənsiz olmaz nə yaman imiş.

Sənsizlik dünyada dəhşətmiş, gözəl,

Sənsiz bu dünya da nə yalan imiş.


Bütün pərdələri örtdün üzünə,

Qoymadın barışam görüşdən, gözəl,

Həsrətindən yandım Dədə Kərəm tək,

Qorxmadan alışam odundan, gəl.


Gah oda atırsan, gah suya məni,

Gah da aparırsan uyğuya məni.

Tapşırdın müqəddəs duyğuya məni.

Qorxdun bu işlərin sonundan gözəl.


Gördüm gül üzünü ürəyim yandı,

Sevgi də, eşq də, vallah yalandı.

Yalandır «sevirəm» sözü özü də

Çünki eşqim, sevdam qaldı gözümdə.

Yararsız bir işdir eşq üçün ölmək

Yaşamaq gərəkdir yaşayasan sən

Yaşayıb eşq üçün bir də öləsən.


Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin