Kamil Vəli Nərimanoğlu:
…Ümidsizlik böhrandan doğan təbii bir hissdir: istər fərdi, istər ictimai ümidsizlik hələ çarəsizlik deyil.
… İnsanın bioloji gücü iləsosioloji gücü qəribə bir münasibət var. O güclər üst-üstə düşə də bilər, düşməyə də. Orden, vəzifə, fəxri titul, pul-sərvət şeytan tərəfindən idarə olunur. Ailə təzyiqi, nəfs şeytana güc, qüvvət verir. Yol isə uzaqdır, ölümdən də, o tayadır. Bu yolu gedən gedəcək getməyənləri anlamaq isə bizim borcumuzdur. … Hər şeyin zamana ehtiyacı var. Hər şeyi öz yerinə yalnız zaman qoya bilər. Əlahəzrət zaman.
… Zərifliyin zora, gücə qarşı mübarizəsinin canlı örnəyinə İsa peyğəmbərin həyatı Həzrəti Məhəmmədin mücadiləsi, Rumi və Füzulinin poeziyasıdır. Gələcəyin yolunu kəsmək olmaz. Gələcəyin anası Zamandı. Zamanla müharibə etmək olmaz. Tarixin hafizəsini zorla dəyişmək olmaz.
…Səmimiyyət insanın yeganə silahı olmalıdır. Sevgi insanı yaşadan yeganə qüvvə olmalıdır.
Sabaha sevgi,
Gələcəyə sevgi,
Vətən bütövlüyünə sevgi,
Millət bütövlüyünə sevgi.
Tanrıya sevgi
Türklüyə sevgi
Sevgi yolu haqq yoludur. Bu yolu sonacan gedə bildinsə mütləq Tanrıya qovuşacaqsan.
Dostları ilə paylaş: |