Bacım Narın üçün
Gözünün yaşına,
Ağaran başına
Torpağına, daşına,
Qurbanam, bacı.
Kişilik qeyrətinə,
Qadınlıq ləyaqətinə
Bacılıq ismətinə
Qurbanam bacı.
Tofiq Məmməd
Xoşbəxtliyin meyarı nədir, deyə bilmərəm. Çünki onu hərə öz arşını ilə ölçürdü. Bircə onu deyə bilərəm ki, bu gün haqqında bir neçə kəlmə söz demək istədiyim. Ömürşah müəllim xoşbəxtdir.
Təkcə ona görə yox ki, bir atak imi gözəl övladlar böyüdüb, tərbiyə edib. Bir müəllim kimi yüzlərlə şagird yetişdirib və hər birinin ürəyinə şeir odu, cənnət odu salıb. Bir insan kimi həyatda öz yerini tapıb. Ən əsası və başlıcası ona görə ki, Ulu Tanrı bu şəxsə böyük ürək bəxş edib. Həssas qəlb verib. Ömürşah müəllimin şeir yazıb-yazmadığını deyə bilmərəm. Ancaq buna qəti əminəm: o təpədən dırnağadək şairdir – hissdir, həyəcandır, səmimiyyət mücəssiməsidir. Ən adi söhbət zamanı da sanki danışmır, şeir oxuyur. Füzulidən, Seyid Əzimdən, Sabirdən üzü bəri, dünəndünən əlimə qələm alan gənc şairlərimizin də Ən yaxşı şeirləri, ən mənalı misraları onun dilinin əzbəridir. Onun ürəyi də qapısı da, süfrəsi də şeir, sənət adamlarının üzünə açıqdır.
Onun haqqında düşünəndə həmin özümü Ağsu dolaylarının zirvəsində hiss edirəm. Aşağıda üfüqdən uzanan gözəl bir mənzərə açılır. Ağsu şəhərinin ikiyə bölən çay Misri qılıncı xatırladır. İrəliyə-qazağa doğru uzanan və sola Bico kəndinə doğru əyilən yollara baxıram.
Qarşımda böyük bir genişlik açılır. Sola əyilən yolun o başında yamaca söykənən Bico kəndini görürəm. Əlli beş il əvvəl bu kənddə dünyaya göz açmış, sonrakı bütün taleyini Sumqayıtla bağlamış şairürəkli, tükənməz məhəbbətli təmənnasız və gözütox bir insana – şəhərimizin tanınmış ziyalısını, pedaqoqunu, respublikanın qabaqcıl maarif xadimini, dostum Ömürşah Beydullayevi yada salıram.
Uzun illər şəhər təhsil şöbəsində rəhbərlik etmiş respublikanın əməkdar müəllimi, şairə Ofeliya Babayeva onun haqqında deyir. Ömürşah müəllim ədəbiyyatımızın böyük təbliğatçısı və tədqiqatçılardır. O, gözəl dostdur. Dostu yolunda hər şeydən keçər. O, hər şeyə laqeyd qala bilər, bircə dostluqdan başqa.
Doğrudan da belədir. Dostlduq və ədəbiyyat onun həyatının mənasıdır, mayasıdır.
Ömürşah müəllimin 55 yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayır, böyük dramaturqumuz C.Cabbarlının bədii nəsri ilə bağlı qeydlərini Sumqayıt oxucularının mühakiməsinə veririk.
T.Məmməd
Noldu
Başına mən dönüm, Əmirşah lələ,
Usta tərpənərdin hər işdə, noldu?
Yalan söz çıxmayıb dilindən hələ,
Bir yanlışın oldu bir işdə, noldu?
Nə vaxtdı durmuşam əmrə müntəzir,
Nə bir əhyəm yoxdu, nə də səs-səmir.
Və dedin buralar ləzzət eləmir,
Gedib kef çəkərik Qəçreşdə, noldu?
Tutub səxavətin düzü-dünyanı,
Bir yanı Sumqayıt, Ağsu bir yanı.
Dəryadan bir damla payımız hanı?
Axı söz vermişdin – əriştə noldu?
Dostları ilə paylaş: |