Oğul sözlərimə yaxşı qulaq as



Yüklə 281,08 Kb.
səhifə14/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   56
İstambula oğlum Əhlimana
Mənim əziz balam, dəli balam, istəkli balam və nəhayət, küsəyən balam Əhliman, salam-əleykim!

Məktub gec gedən kimi küsürsən, «yazsanız da xoş, yazmasanız da» deyirsən. Yox, yazsaq, qoy, xoş olsun. Yazmasaq xoş olma -----??? gərək. Çox şadam ki, «Dərəcələrini» ləqəbini qəbul etmisən. Bu mənim ən istəkli yerimdir. Uşaqlığımın simvoludur. Ulu kəndimizin – Biconun bir parçasıdır. Bico-Peçoy türk tayfalarının tarixi qədər ömrün, əməlin uca, yaddaqalan olar, inşallah.

Ömrüm-günüm, bu gün şənbədir. Yatmışdım saat 12-yə kimi. Bilirsən də, mən adətən şənbə günləri işə tgetmirəm. Bir azdan Gomkanın (familin) valideynlər iclası olacaq – kişi əməlli-başlı oxuyur, litsey tələbəsidir – ora gedəcəyəm.

Birdən Abdulla girir içəri sevincək. Vallah-billah, elə bildim əvvəlki, sən gəlmisən.

Xəbər verdi ki, «qağamdan məktub var, ata. Oxudum məktubunu. Çox sağ ol. Yazırsan ataya. Yavaş-yavaş atanın qədrini bilməyə başlayırsan, deyəsən. Ürəyin doludur. Məktubu geniş yazmısan. Atanla görüşmək, söhbətləşmək istəyin o dəqiqə hiss olunur. Bizim də dilimizin əzbərisən, oğlum. Bir an belə səni unutduğumuz yox. Hər gün on kərəm səndən orda-burda söz salıram, danışıram, ürəyimi boşaldıram. O gün qonşumuzdakı qız gəlib. Gəlib bizə. Mən evdə olmamışam. Axşam gəldim. Abdulla xəbər verdi ki, ata, bəs qonşumuzun qızı gəlib. Getdim onlara. Söhbət etdim qızla. Ondan razılıq etdi. Dedi: «yaxşıdır, narahat olmayın». Sakitləşdim bir az, baxam.

Əhliman, məktubunda ən çox sevindiyim fikir bu idi ki, yazırsan ki, bu il hələ xəstələnməmişəm. Şükür olsun Allaha! İnşallah, xəstələnməzsən də. Niyə də axı xəstələnəsən? Cavan, buz baltası kimi, özü də idmançı. Allaha qurban olum, onun nəzərləri Sənin üstündə olacaq. Ona duaçıyam axı gecə-gündüz.

Əhliman, yeni il qabağı, yəni, dekabrın 27-də yazdığın məktuba bir cavab məktubu yazmışam. Məktub bizə düz bir ay sonra çatdı, yəni 25 yanvarda. Mən də həmin gün cavab yazdım, verdim Kamrana, o da saldı yola. Çatar, inşallah. Bizi sənə məktub yazmamaqda, sənə soyuqluqda təqsirləndirmə. Dünyada elə şey olarmı, oğul. Üstümdə bir qarış ot bitsə də, bu mümkün deyil, mənim dəli balam. Sənsiz bir günümüz, bir dəqiqəmiz yox. Gecə-gündüz sənin fikrini çəkirik, görəsən necə dolanır, güzəranı necədir, əyni-başı, İstanbuldu axı, rütubətli şəhərdir. Orada gərək əyninə fikir verəsən.

Sən demə, sən də bizim fikrimizi çəkirsənmiş. Biz lap yaxşıyıq keçən dəfəki məktubum bəlkə çatmayıb. Ona görə də bəzi fikirləri təkrarlamaqla olacağam. Nə eybi var, təkrar biliyin anasıdır.

Hamımız lap yaxşıyıq. Mənim yaxşılığımı ondan bilirsən ki, məktub yazıram. Pis olsam, yəqin ki, məktub yazammaram.

Kamran dərslərində davam edir. İmtahan verir. Dünən bir dörd alıb, tullana-tullana gəlib üstümə. Bu onun dörd ildə birinci dördü idi. Təbrik elə onu; Tənbəlliyi və etinasızlığı münasibətilə.

Abdulla indi yaxşıdır. Bir az əvvəl səhhəti pisləşmişdi. Qızılca çıxartdı, deyəsən gözləyə bilmədik – nədir, bir az incitdi bizi. İndi bir-iki gündür gedir məktəbə.

Emeldən xəbər-ətərimiz yoxdur. O, kəndli qızıdır və sənin kimi Dərəcələrə sadiqlik nümayiş etdirir. Yəni ki, gələn ildən onun da o uşaqlıq illəri qurtaracaq və Sumqayıta gələcək. Məktəb yaşı çatır axı. Maman da yaxşıdır.

Sevincgilin toyunu etdik, amma sənsiz etdik. İndi Sumqayıtda yaşayırlar. İntiqam Sumqayıtda işləyir. Hərdən-birdən gəlirlər görüşürük. Yaxşıdırlar, şükür allaha.

Əmilərin də yaxşıdırlar. Kefləri kökdür, uşaqları da yaxşıdırlar. Kamildən tez-tez xəbər tuta bilirik. O tez-tez telefonda danışır. Bir dəfə də mənimlə danışıb.

Bir qədər də respublikamızdakı vəziyyət barədə: yaxşıdır, oğlum. O əvvəlki illərdə olducu kimi – sakitlikdir. Bircə bu lənətə gəlmiş müharibə olmasa, lap yaxşı olar. Müharibə çox ziyan vurur. Kəndlər-şəhərlər xaraba qalır, canlı qüvvə həlak olur. Çox pisdir bu müharibə. Qalan şeylərlə yola getmək olar. Respublikanın müstəqilliyinə nail olunursa, hər şey yoluna düşəcək. Görünür, bu da bir tarixi mərhələdir ki, bunu keçməliyik. Heydər bəyin türkiyəyə səfəri xeyirli olmalıdır. Dünən eşitdim ki, Türkiyədə oxuyantələbələrin yolpulunu prezident öz boynuna çəkib. Bilmirəm, bu təkcə bu il qəbul olunanlara aiddir, yoxsa Sizə də. Siz onu orada dəqiq öyrənə bilərsiniz.

Oğlum, sözüm çoxdur. Amma sənin vaxtına qıymıram. Ona görə də məktubu yekunlaşdırıram. Sağollaşır, xudahafizləşirəm, səni bağrıma basıb öpürəm.

Allah amanatında mənim balam.

Atan: Ömürşah. 19.02.1994.



Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin