P.S. Düz bir aydan sonra 19 yaşın tamam olur. Səni bu münasibətlə təbrik edirəm! Sağ ol!
Mənə yazılanlar və mənim yazdıqlarım
Asif Asiman
Günəşin al şəfəqindən üzünə nur silənir,
Bu şəfəq taleyinə, qismətinə gur çilənir.
Dünənimdən bu günümə elə məğrur çilənir
Neçə xoş söz desəm azdır – özü incə, sözü dürr.
Hər vətən övladına xas ola bilməz bu ömür.
Söz qurar, söz yaradar, istəyini sözdən alar
Diqqət etsən, görəcəksən neçə cür sözdə qalar.
Könlümüzdə, gözümüzdə, sözümüzdə ucalar
Elə ki, vəcdə gəlir qəlbi Araz, ilhamı Kür,
Hər Vətən övladına xas ola bilməz bu ömür.
Ülvi hisslərlə çatıbdır, ucalıbdır ucaya,
Kam deyir saç tökülüb, bənzəri vardır qocaya?
Ürəyi Ağsudadır, bağlıdır hər an Bicoya
Hörmət, izzət qazanıbdır el içində o bu cür,
Hər Vətən övladına xas ola bilməz bu ömür.
Çox çətinliklərə mərdliklə gəribdir o simə,
Çayların zümzüməsin həkk eləyibdir səsinə.
Qəlbi ümman kimi çağlar, dönüb söz təşnəsinə
Ən şirin elmələrə sanki vurubdur o möhür,
Hər vətən övladına xas ola bilməz bu ömür.
Dostları ilə paylaş: |