Famil Süleymanov
Dağları göstərib mənə, bir od saldın dərdli cana,
Az yandırıb, az yansana, odlanıram, dərdin alım.
Sən bilirsən həsrətliyəm, anasız qalmış əliyəm,
Yaxın gəlsən məliyirəm, yaxın gəlmə, dərdin alım.
Sən bilirsən dərdlərimi, görmədin gözdə qəmimi.
Kövrəlib dolan könlümü duyammadan, dərdin alım,
Dağlarımı yağı alıb, yarı canım orda qalıb,
Humayımı yada salıb, ağlayıram, dərdin alım.
Bir biləydin həsrət nədir, qəriblik qəddimi əyir,
Hər bir söz xətrimə dəyir, inciyirəm, dərdin alım.
Gedən kəndlər qayıdacaq, xalqımız zəfər çalacaq,
Famil səni aparacaq dağlarına dərdin alım.
Dostları ilə paylaş: |