Hörmətlə – baban Ömürşah.
Ş. üçün
Gecələr görüşə imkan olmayır
Qorxursan kiminsə intiqamından
Gündüzü gözləmək fərəh gətirir,
Mənim bu məhəbbət imtahanıma.
Gülüm, qorxu varsa, əlvida, sevgi,
Mənim gözlərimə görünmə daha.
Sevənlər özünü oda atarlar
Onlara yabançı sevgilər saxta.
Səni başa düşmək mənə bəllidir,
Ev, uşaq qayğısı, namus qayğısı.
Sevda aləmində bir dəfə yanmaq
Hər böyük sevginin qayğısıdır bu.
Bilmirəm, bəlkə də sən haqla, sən düz
Mənimçün dünyanın bircə rəngi var.
Eşqin, məhəbbətin simvolu yalnız
Cəsarət, sədaqət sözlərində var.
Dostları ilə paylaş: |