Gördüklərim, başıma gələnlər, şahidi olduqlarım və düşüncələrim…
Mən özümü çox böyük istedad sahibi hesab etmirəm. Ətraf mühitə çox bəsit münasibətim var. Üzdən, çox dərinliklərdə üzmək bacarığım yoxdur. Amma hərdən-birdən duyğularıma hansı formada olursa-olsun ifadə etməli oluram. Bu mənim şairlik iddiam deyil.
Vidadi bəyin ad günü münasibətilə
Ad günün mübarək, əziz qardaşım
Qardaş, sənin ad gününə gəlmişik.
Şad günün mübarək, dostum, sirdaşım
Qardaş, sənin şad gününə gəlmişik.
Dostlarçün bayramdı doğulduğu gün
Qismət olsun sənə haqdan toy-düyün.
Süfrəyə xörəklər düzülməliydi
Ağzımızın dad gününə gəlmişik.
Sumqayıtda vardı gözəl ad-sanın
Dillərdə dolaşır sözün, dastanın
Qeyrətli oğlusan bizim Şirvanın
Şirvanım yad gününə gəlmişik.
Adın Vidadidir, əməlin haqdı
Dostların boynunda ad-sanın çoxdu.
70 ilin ikən, 110 il nağddı
Bu söhbətin dad gününə gəlmişəm.
Dostları ilə paylaş: |