mart 1976
Gəncə
O bayaq adını hörmətlə yad etdiyim yoldaşlardan biri Şəmkir Konyak zavodunun direktor müavini Bayram Budaq mənim bu yazımdan xəbər tutdu. Kişi o dəqiqəcə qələmi gətirdi və mənə belə cavab yazdı.
Şairlərə inan hörmət bəslənir,
Adi sözün şeir kimi səslənir.
Qoşmanızda adım nədən pislənir?
Hədəfə düz vura bilsən yaxşıdır.
Təbii vardır, şairlərində əli var.
Göndər gəlsin şeirlərin dalbadal
Cavab verim, şair, sən də razı qal
Ürəkdən danışıb üzülsən yaxşıdır.
Mərifət sahibi böyük sənətkar
Vurğundan deyəsən səndə nişan var.
Qoy sözlərin məndə oyatsın vüqar
Çox bilsən də azca dinsən yaxşıdır.
Dahilərin sözü qalar, hey salar
Cavan nəsillərə nəsihət olar.
Qartal könlüm hərdən hey qanadlanar
Söz qoşub qübarən silsən yaxşıdır.
Şəmkirli Bayraməli dostlarla varam
Coşğun təbə, vurğun könlə heyranam
Təbiətin qucağında dolanam
Hər ləzəti bilib duysam yaxşıdır.
Dostları ilə paylaş: |