Oğul sözlərimə yaxşı qulaq as



Yüklə 281,08 Kb.
səhifə38/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   56
S. Tahir
Bir ürək iki eşqi əyləndirərsə əgər,

O, cüt sarısı olan lax yumurtaya bənzər.



İ. Ağasıyev.
Təbiət, korsanmı dönüb baxsana,

Səndə bu haqsızlıq, bu günah nədir?

Çayırlar yol tapıb bağa, bostana,

Bənövşə hələ də kol dibindədir.



Ə.Şəfiyev
Tələbəlik illərində İmran Şəmkirli adlı bir yoldaşım var idi. Onun bir şeiri əlimdə qalıb. Yarpaq saralıb, dəftərə köçürdüm ki, itib-batmasın. Yazının dəqiq tarixi belədir: 4.IV.64-cü il.

Niyə olursunuz pul düşkünü siz,

Evlər viran qoyan pul olmadımı?

Onun atəşindən, onun odundan

Minlərlə kənd, şəhər kül olmadımı?
Hansı xeyri Verdi pul təbiətə,

Bir ləkə yarandı yazıq millətə,

Aldanıb sim-zərə, şana, şöhrətə,

Neçə bakirə qız dul olmadımı?


Yenə laxtalandı ürəyimdə qan,

Başımdan od çıxdı gözümdən duman,

O murdar pul üçün deyim bir zaman,

İnsan qapılarda qul olmadımı?


80-ci illərin əvvəllərində bütün dünyada ekstremis çıxışları ilə ad çıxarmış erməni yazıçısı Zori Balayan öz sərsəmləmələrini yekunlaşdırıb «Ocaq» adlı bir çərənləməni öz millətinə bəxş etdi. Bu kitab başdan-başa Azırbacana böhtan atır, azərbaycanlıları vəhşi bir millət kimi səciyyələndirir, həyasızcasına bildirirdi ki, guya Qafqaz əyyami-qədimdən ermənilərin yaşayış yeri olub, azırbaycanlılır bura gəlməkdədirlər. O vaxtkı qadağalara baxmayaraq Azərbaycanda bir-iki qeyrətli oğul tapıldı ki, Zorini zora salsın. Hərçənd ki, o yazılar İttfaq mətbuatına yol tapmırdı. Amma Eldar Baxışın bu yazısı mənə görə maraqlı yazıdır. Ona görə də bu şeiri bu dəftərə yazmağa məsləhət bildim.
O nədir yazmısan, Zori Balyan,

Kür-Araz deyirsən, kəkələyirsən.

Xırda budaqların üstdə oturub

Böyük budaqları silkələyirsən.


Böyük budaqların böyük qolu var,

O qolun önündə qol dura bilməz.

Ağandan, dədəndən, babandan soruş,

Hər Adam hər daşı qaldıra bilməz.


Daş Daşa söykənib, qaya qayaya.

Sən niyə bu daşdan, qayadan gəlir?

Azar var adamın öz azarıdır,

Azar var toxumdan, mayadan gəlir.


Tammam unutmusan vaxtı, zamanı,

Bir də görmüsən ki, iş işdən keçib.

Bu azart ək sənin azarın deyil,

Bu azar hampadan, keşişdən keçib.


Nə isə sənə bir qarmaq atıblar,

Nə isə sənə bir yanaşan olub.

Yazıq Araz çayı nə vaxtdan axı,

Erməni dilində danışan olub?


Suyun su dili var, adamın Adam,

Tənək yaranıb ki, qora yaranıb.

İnsanın kş dili suyu dilindən

Küləyin dilindən sonra yaranıb.


Hələ biz doğulub dil açmamışdan

Ayaq açmamışdan, qol açmamışdan,

Hetlər dənizlərə, hunlar dağlara

Şumerlər düzlərə yol açmamışdan.

Ağaclar, küləklər danışırdılar.

Buludlar lələklə danışırdılar,

Qartallar fələklə danışardılar.
O nədir yazmısan Zori balayan,

– Kür, Araz deyirsən, kəkələyirsən.

Xırda budaqların üstdə oturub,

Böyük budaqları silkələyirik.


Böyük budaqlara silkələməklə

Könlün istəyəni ala bilməzsən.

Bircə qanadımı, bircə çökümü

Bircə yarpağını sala bilməzsən.

Böyüyün dünyada böyük dərdi var

Xırda gərək dura xırda yerində.

Dəniz gərək dura dəniz yerində

Ada gərək dura ada yerində.


Dəniz çala-çala dənizliyində

Adalar döyməyə döşünə gərək.

Heç vaxt qarğımaya xırda budaqlar

Böyük budaqların işinə gərək.


Böyük budaqların böyük işi var,

Bu dünya bu saat od içindədir.

Silah düzəldilir silah dalınca

Ozon içindədir, yod içindədir.


Dünya nə haydadır, sən nə haydasan,

A köhnə palana sırıyan oğlan.

İrəvan dilində xoruzlanırsan

Mosava dilində zarıyan oğlan.


Havayı axıtma göz yaşlarını

Yaş görən adamlar yaşı tanıyır.

Mosava min ilin Mosavasıdır,

Səni də, məni də yaxşı tanıyar.


Sən Zori Balayan, mən Eldar Baxış –

Baxıram, eləcə zoğallayırsan.

Keşiş zurna çalar, sən də keşişin

Qara zurnasını sığallayırsan.


Sığalla, sığalla qara zurnalar,

Yastı balabanlar yatır sığala.

Diyəsən, bir bala qolun ağrıdı

Allahın altında kərə yağ ola.


Günah məndədir ki, kiçiyim deyib,

Durub oynayıram hər havana mən.

Sevən söyləyirəm Göyçə gölünə

Yerevan deyirəm İrəvana mən.


Çoxdan İrəvana, deyirəm İrəvana mən,

Fındıq göndərirəm, qoz göndərirəm.

Mənim kəndlərim var odun yandırır,

Sənin kəndlərinə qaz göndərirəm.


Hələ yüzdən biri, mindən biridir

Bu mənim dərdimi, mənim sərimin.

Samvel Azərbaycan xalq şairidir

Amma adı yoxdur Əli Kərimin.


Bax bir ürəyimin genişliyinə

Buk imə lazımdır bu hay, bu həşir.

Sənin ürəyinə bir ovuc torpaq,

Mənim ürəyimə dünya yerləşir.


O nədir yazmısan, Zori Balayan,

«Bala»da bizimdir, «zor»da bizimdir.

Ölmək istəyirsən gəl Qarabağa

Kəfən də bizimdir, gor da bizimdir.


Ordan apararam öz kəndimizə

Tutub apararam göyə çıxasan.

Ancaq qorxuram ki, gedəsən orda

Mənim kəndimə də yiyə çıxasan.




Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin