Oğul sözlərimə yaxşı qulaq as



Yüklə 281,08 Kb.
səhifə44/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   56
K.Vəliyev.

Əhliman dəli-dolu balam, salamlar!
Məktubunu aldım. Çox geniş, əhatəli, bütün ictimai-siyasi, elmi-təcrübi fəaliyyətinin geniş sintez və analizini verən yarımsəhifəlik bir məktubunu. Məktubu açmaqla qurtarmağım bir saniyə çəkmədi, fikrən oxudum, təşnəm sönmədi. Nə hal-əhval, nə vəziyyətdən bir kəlmə, nə atanı fərəhləndirən bir kəlmə. Başı qal-qovğa görmüş ağır, ləngərli, təmtaraqlı İstambulun abi-havası heç deyəsən sənə əsər eləməyib hələ.
Gözü yaşlıların halın nə bilsin mərdumu-qafil.

Kəvakib seyrinin şəb ta sübh bidar olandan sor.


Dədə Füzuli bunu 500 il bundan qabaq söyləyib. Amma bu gün də müasirdir.

Yox, deyəsən, İstambulun abu-havası sənə əsər eləyib. Kamran dedi ki, xəstələnmisən. Qızdırman olur. Şəkildə də çox sınıxmısan. Kamil, maşallah, səndən yaxşı düşüb şəkildə. Kamil, ümumiyyətlə, səndən hərtərəfli yaxşı oğlandır. Məktubu da geniş, əhatəli yazır. Heç papiros da çəkmir sənin kimi. Yəqin ki, papirosu o, institutu qurtarıb vətənə qayıdandan sonra doğma yurdun tənbəkisindən çəkəcək. Sən isə...

Uzaqda olduğun üçün bu sözləri yazıram. Yəqin ki, üzbəsurat dursaydıq deməzdim. Çünki biz nəsil söz deyiləsi deyilik ha!

Əhlimanım, məktubu qurtarıb, gözümü zilləyirəm Kamranın əlinə, görüm o məktubda nə yazırsan. Elə orada da bir yenilik yoxdur. Gələn uşaqlar sağ olsunlar. Söhbətlərindən başa düşürəm ki, vəziyyətiniz pis deyil. lakin bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sumqayıtdakı söhbətləri təsəvvürlərimizi dəqiqləşdirdi. Vəziyyətin yaxşılığı, dolanışığın qənaətbəxşliyi hamıda real təsəvvürlərin əvəzinə romantik illüziyaya malik oldum.

Nə qəm! Gənclik zəhmətdən qorxmamalıdır və həyatın çöz zəhmətli, ölçü-biçimsiz, girintili-çıxıntılı dolanbacları onların xaraktercə mətinləşməsinə və möhkəmlənməsinə kömək olmalıdır.

Kamil göndərdiyi şəkli almışam. Tamaşa edirik sizə. Fuadı da tanıdım. Əvvəl heç ağlıma gəlməzdi ki, bu Fuaddır. Sonra Kamran dedi ki, ay ata bu oğlana da yaxşı fikir ver. Onu tanıyasan bəlkə. Çeşməyimi taxdım və baxdım. Tanıdım, gördüm ki, Fuaddır. Axı, məncə, siz 12 №-li məktəbdə bir sinifdə oxumusunuz. Mən də Sizə dərs demişəm. Yeri gəlmişkən, bütün dostlarına, yoldaşarına – Fuada və tağıya salam söylə.

Bu gün elə Fuadın anası – Zoya müəllimə (sən onu tanıyırsan, 12 №-li məktəbdə işləyir) gəlmişdi. Bir az söhbət etdik. Muğayat olun bir-birinizdən. məncə, o sabah məktubu gətirəcək, mən də onu Kamrana verəcəyəm ki, yola salsın.

Hə, Zoya müəllimə dedi ki, yaz, qoy uşaqlar Naxçıvandan gəlsinlər gələndə o ucuz başa gəlir,---------??? birbaşa İstambul-Bakı marşurutu Zoya müəllimənin Naxçıvan aeroportunda qardaşı işləyir, yəqin Fuadın dayısı. O, sizə kömək edər.

Ümumiyyətlə, nə vaxt gəlcəksən? Yox, çağırmıram. İşində ol. Dərsini oxu. Elə gördüyün şəhər, gördüyün evdir, heç nə dəyişməyib. Elə-belə soruşuram ki, görüm dərslərini öyrənə bilirsənmi? Havaxt yekunlaşdıracaqsınız? Yəqin ki, qurtarandan sonra gələcəksiniz də, orada qalası deyilsiniz ki?!

Hə, ayrılıq vaxtı çatdı. Xudahafizləşmək istəyirəm səninlə. Özünə, sağlamlığına fikir ver. İdman elə. Fikrən, xəyalən səni bağrıma basıb öpürəm. Səbirsizliklə məktubunu gözləyirəm. gələn olsa ərinmə, məktub yaz.



Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin