Oğul sözlərimə yaxşı qulaq as



Yüklə 281,08 Kb.
səhifə45/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   56
Atan: Ömürşah

22.03.93, Sumqayıt şəhəri.
P.S. Lap unutmuşdum. Novruz bayramınız mübarək! Sənə ABŞ-ında, Fransanında, İtaliyanın da – bir sözlə, bütün irticaçı rejimin və faşist diktaturasının da salam-duası var. Emelin də salam-duası.
Əhliman salam!
Ötən vaxtlarda səndən bir az nigaran idim. Kamildən isə daha çox nigaranam. Nə məktub yazır, nə bir səs-sorağı var?!

Allah ikinizin də işinizi xeyir eləsin. Məktub yazmasanız da, xəbər-ətər verməsəniz də olar.

Birdən səndən bir məktub gəldi. Böyük ehtirasla və istəklə oxumağa başladım. Oxuyub qurtardım. Heç bir məlumat almadım. Nə özünüz, təhsiliniz, vəziyyətiniz, xüsusilə Kamil haqqında bir kəlmə də yox. Başdan-başa lağlağiyyət. Nə bilim, nida işarəsi belə getdi, kitab elə gəldi...

Yox, afərin, o Əliağa Vahidin bir beytini ki, rusca tərcümə eləmisən və "soxa-sox" sözünün müqabilin tapmalısan, elə-belə də yazmısan. Buna görə günahını bağışlamaq olar.

Bir də onu bildik ki, göndərdiyimiz qoğallar kiflənibmiş. Deməli, onlar kiflinbmişsə, o birilər lap xarablayıbmış ki?! Bir-iki gün bundan əvvəl Fuadın anası Zoya xanımı telefonla axtardım ki, bir hal-əhval tutum. tapa bilmədim. Sonra o məni axtarıb. Nə isə telefon əlaqəsi yaradıldı. məlum oldu ki, ayın 18-də imtahan verəcəksiniz (indi bu məktubu yazanda məlum oldu ki, sən imtahanı gələn il verəcəksən) ona görə də narahat oldum ki, kaş imtahanı uğurlu verəsən, kursu bitirəsən.

Buralarda vəziyyyət ürəkaçan deyil. Heç yaxşı bir şey yoxdur ki, yazım sənə. Keçən il sən gələndəkindən 100 dəfə pisdi. Axırı necə olacaq bilmirəm. Gələrsən, görərsən. Vəziyyətimiz pisdirsə də, elə hey səni fikirləşirik. Səndə ki, məktublarında heç bir məlumat-zad bildirmirsən. Yenə sən yaxşısan. A, bu zalım oğlu Kamil lap öküz imiş. Bir dəfə sənə yazmışdım ki, Kamil səndən yaxşıdır. Məktub yazır, xəbər verir. Yox, sözümü geri götürürəm. Sən ondan çox yaxşı oğlansan. O heç mən cəhənnəm, evlərinə, atasına da məktub yazmır. Bəlkə sənə məktub yazır? xahiş edirəm Kamil haqqında mənə təcili məlumat ver. yəqin ki, bu yaxınlarda yanınızdan gələn olacaq. Mən səndən tezliklə Kamil haqqında məlumat istəyirəm.

Sonra özün haqqında. gələcəksən, ya yox?

Vallah səni görmək istəyirəm. Amma fikirləşirəm ki, gələcəksən, vəziyyətimizi pis görüb darıxacaqsan. Qeyrətli oğulsan, axı. Yox, gəl. darıxsan da gəl, darıxmasan da. Gəl, gəl, mənim balam, nə vaxt istəyirsən gəl. Yəni, darıxdırmıram səni. İstəyirsən lap sentyabrda gəl (Sentyabra nə qalıb ki? Mən bu məktubu kitaba köçürəndə iyulun 5-idir).

Amma bir az yolpulu üçün narahatam. Geri qayıtmaq üçün. Əşşi, gəl ey. Bərtəhər yollaşıb yola gedərik.

Məktub burda qurtarır. Təəssüf ki, axıra çatdıra bilməmişəm.



P.S. Bu günlərdə Fuad gəlib çıxdı. Əvvəlcə mənimlə telefonda danışdı. Sonra gəlib görüşdü. Vəziyyətiniz haqqında məlumat verdi. geniş, müfəssəl öyrəndim ki, çox çətinliklə dolanırsınız. Dolayısı ilə öyrəndim ki, sən siqaret çəkirsən və ona pul xərcləyirsən. Fuad heç nə demədi. Elə dedi ki, mən, yəni Fuad papiros çəkmirəm. Ona görə də pulum çatır. Yəni, nəticə çıxardım ki, Əhliman siqar çəkir, pulu çatmır. Əşşi, canın sağ olsun. Öpürəm səni.

Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin