Oğul sözlərimə yaxşı qulaq as



Yüklə 281,08 Kb.
səhifə46/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   56
Atan Ömürşah.

Düşüncələr...., düşüncələr...
Yayın istisidir, hava da bürkü...

Yuxum ərşə çəkilib, ditdili, milçək də bir yandan

Əmrəşib canıma köməksiz qalmışam

Yarıb, göstərmə heç kəsə belə ruzgarı.

Hər şeydən əlimi üzüb fikrə dalmışam.

Düşünürəm Gülümşahın arısını,

Komkanın kürək ağrısını.

Bicoda kimsəsiz qalan evin lal harayını.

Atamın müqəddəs ruhuna verdiyimiz oğul payını.

Hər şey keçir xəyalımdan, hər şey,

Uşaqkən at oynatdığım,

Velesipedlə buğda quyusunun təkinə yatdığım.

Kamillə Əhliman gəldilər, şükür,

Bəs niyə qaşqabağından zəhrimar tökülür?!

Bəlkə, Abdullaya görə narahatam, Bicodadır, axı.

Yox, nənəsinin yanındadırsa, etibarlıdır.

Bəs niyə darıxıram, niyə?

– İnsanın fitrətindədir darıxmaq,

Qəm-qüssəyə dalmaq.

Çünki kədərdən yoğrulub insanın xəmiri

Sevinc, şadlıq gəldi-gedərdi,

Kədər əbədi.


Salam, Oqtay Şamil, salam!

Qardaş, nə tez çatdı bu əlli?

"Xalqa çox görünən, özünəsə təcəlli".

Gördüm səni telegüzgüdə

Elə bil ki, qocalmısan.

Yox, yox, yanıldım Oqtay.

Ucalmısan, Oqtay, ucalmısan.

Qocalıq həmişə ucalıq olmur.

Doğma eəndin təəssübünü çəkəndə ucaldın

"Dan yeri"ndə bülbül kimi səkəndə ucaldın.

"Başında qəlpə gəzdirən insanlara bənzəyirəm"

deyəndə ucaldın.

Nəsənsə, özünsən, girmədin gözə

Möhtac qaldım, sığal çəkdin sözə.

Odur ki, nə vəzifə, nə rütbə, filan

Əksinə, nadan tənəsi, iradı aldın asan.

Bir iradım da mənim var, necə bilirsən bil

İstəyirsən qəbul et, istəyirsən doyunca gül

Dön otuz beş qırx il əvvələ

Axtar dostu, yarı.

Unutma keçmişi, biconu barı,

Bakılı adı alsam da,

Tanınmış şair, muradın alsan da,

----???, kədərin bilinir, qardaş.

Bicosuz nə günün gündür,nə rüzgarın rüzgar.

Sübut "Salam, Bico!" şeridir.

O şeir deyil ki, ürəkdən atılan ağır yükdü.

"Salam, Bico! başdan-ayağa qəm, qüssə, kədərdi

Bicodan qayıtmaq mənim üçün ölümdən betərdi.

Gedək Bicoya, qardaş,

Getməsək "Məhəbbət qürbətə gedərmiş, sevgimiz elə bu qədərmiş".
Ürək yaman şeydi, qardaş,

Nə zora baxır, nə gücə

Onunla oynamaq olmaz.

İstər gündüz, istər gecə

Ürək idarə edir insanı, dünyanı

Ürəyin meydanı hanı?

Ürəksiz niyə ürüyür, artır bəs?

Qulağıma gəlir qaibanə bir səs:

"Ürəksizlərin meydanıdar, qardaş,

Ürəksizi anası doğunca doğaydı bir daş.

Durub-oturub döyeydi başına

Özü yorulanda vereydi bacı-qardaşına!.

Nə isə... Ömrümün belə bir yaşında,

Rast gəldim bir ürəksizin savaşına.

Onlarla insanlıq, dostluq etmişdim, azı,

Nə eşq-məhəbbətə, nə işveyi-naza tamarzı.

Düşdüm bir gözəlin eşqinə

İl ötür, yaş tükənir.


Dərk etmirəm bu ərəb qızının

Cəfası hansıdır, eşqi nə?!

Görəndə "sənsiz durammıram" deyir,

Adamı duz kimi yalayır, bal kimi yeyir,

Görməyən...

Görməyəndə, elə bil ki, bir qara daş

Ürək yaman şeydi, qardaş.

Uzun qış gecələrinin birində yuxum ərşə çəkidi. Nəsə ağlıma gəldi ki, bəlkə bir cızma-qara edim. Qələmi götürdüm və yazmağa başladım. Yazını qurtarandan sonra başa düşdüm ki, hər nəsə "qəzəl"ə oxşayır. Yazıram bu kitaba.


Yari-bimehr gəlib gör necə cövlan etdi?

Təkcə dostları deyil, düşməni xəndan etdi.

Qəlbimin atəşinə dözmədi şamın özü də,

O da mən tək özünü atəşə qurban etdi.

Bu sitəmkarın əlindən necə mən qurtulum, ah,

Duşmənimə barışıb dostu pərişan etdi.

Yuxum ərşə çəkilir hər gecə ta sübhə kimi

Səbrü-qərarım alıb, ağlımı talan etdi.

Eşq sevdası olan yerdə nə ağıldı, canım,

Eşqimin bağçasına əl çəkib, viran etdi.

Bir gecə nola ki, mehmanım ola ay üzlüm

Sanaram ki, o bütün dərdimə dərman etdi.

Ömrümə şah gəlib, şah gedən bir pəri var,

Özü bəlkə yaşayır, tək məni candan etdi.


28.XI.94

Oxudum məktubunu indicə,

Hamı yatır, mane olan yoxdur.

Uşaqlar istirahət edirlər.

Onların anaları əlini üzüb məndən,

Hiss edirəm ki, fikrim vacib işlə məşğuldur gizlincə.

Mənə inanmırsan, əzizim

Təəssüf! Min təəssüf.

Bəlkə də haqlısan. Görməyirsən xəstə ürəyimin hərarətini

Sənə qurban vermək istədiyim hisslərin ülfətini.

Ola bilsin ki, o duyğular, o hisslər ki, görülməli, duyulmalı

Onu duymaq üçün hər şey korşalıb.

Elə səndə də, məndə də.

Çoxdan ot basıb o duyğulara gedən yolları, cığırları

Onunçün qayıtmalıyıq on beş yaşa.

Düşməliyik bir şeyi başa,

Sevininin də, məhəbbətin də vaxt, vədəsi var, axı.

Onun boy verməsi üçün münbit şərait olmalıdır, axı.

Fikrin getməsin gəncliyə

Onunçün nə düz, nə dərə.

Öyrənib məhəbbət aləmində alverə

Gündə yüz vəd verir "sevirəm" söəüylə.

"Validol, valakardin" gəzdirmir özüylə.

Ürəkdən intiqam almır

Özgənin qayğısına qalmır.

... Mənsə. Mənsə məsulam hər şeyə;

Yatmağa, durmağa, oxumağa, yeməyə.

Düz beş nəfərin – fikirsiz, qayğısız

Yox, qayğı çoxalıb, deyəsən.

Pal-paltar,Türkiyə ilə danışmaq,

Bir şöhrət quluna yanaşmaq və s.

Duy məni, duy.

Bəlkə sən məni qaytarasan gəncliyə?

Sevəm bəlkə səni bir platonik eşqlə.

O eşq də mənə əzab-əziyyət verə.

Yazdığım məktuba uyğun forma seçdim

Fikrimi, duyğumu xırdalamaqdan vaz keçdim.

Yazdım məktubu ki, səndə diqqətin, qayğının izini görüm,

Yoxsa, onu da hörümçək kimi özüm hörüm?

Sonrası çətin deyil, Vaxt olar, məhəbbət də gələr.

Gəlsə harada, kimdə qalar?!

Oturmuşam arxada, qulaq asıram sənə

Danışırsan əcnəbi dildə sərbəst.

Birdən fikrimə elə gəlir ki,

Səninlə uzaq bir aləmdəyəm, ana dilimiz ingilis.

Anam nə ingilis.

Heyrət ediləsi haldır: necə danışır bu qız?

Elə bil ağzında bülbül oturub.

Səkir ingiliscə səlis.

Bilirəm ki, bir azdan qollarımın arasında olacaq.

Sıxacam bağrıma, duracağam sığalına.

Ana dilində pıçıldayacağam qulağına:

Özünü anar sərbəst, sərməst ol, sərməst!
Dinləyirəm səni, baxıram sənə.

Danışıb qurtarırsan ümidlə

Baxırsan mənə.

Nəsə fövqəladə bir şey gözləyirsən

Elə bil ki, mən Həzrəti-Musayam.

Möcüzə görəcəyəm.

Yox, həyat möcüzə deyil...

Üzündəki qüssəni duyanda

Sevdiyüini darda qoyanda

Şair demişkən: "nə yardan doyanda,

nə də əldən qoyanda"

Sənə yazığım gəlir.

Başa düşürəm səni

Sənin nisgilli duyğularını

Sənin əlçatmaz arzularını

Duyuram.


Başa düşürəm odunu, atəşini

Həsrət qaldığın ləzzətin nəşəsini,

Hərdən mənə deyirsən:

"Axı, sənə nə var ki?!

Çöldə məşuqə, evdə arvad

Deyib-gülürsən.

Sonra da nə edirsən, özün bilirsən.

Mən aylarla gözləyirəm bir şirin sözü

Sevgidən yanan gözü.

İsti soyuğa sinə gərək üzü

Vallah, billah, əşədubillah görmürəm.

Bəzən deyirəm: "Elə kişiliyə nə var ki?!

Kişi dedi-qoduya, söz-sova hünərini

Qurban verəndə

Kişi istedadını arvad döyməyəndə,

Qadın söyməyə həsr edəndə

Hirs və xofdan yananda

Kişiliyin əlüstü daşanda

Əlvida, kişilik, əlvida.

Ondansa sənə bir sirdaş yetirə xuda.

Durasan üz-üzə, nəfəs-nəfəsə.

Dolayasan qollarını boynuna,

Gecə girəsən qoynuna.

Yapışasan nəvazişlə əlindən

Tutasan belindən...

Nə isə... Bağışla məni

Hissə qapıldım bir az

Tezliklə bir ümidli cavab yaz

İndisə sağ ol, salamat qal.
28.09.94


Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin