Ofeliya Babayevanın ad günü münasibətilə
Bacım, gün keçirdik, ömür bitirdik
Gözlədik gəlmədi baharımız da.
Baharı görmədən payıza düşdük
Dedi: bel imiş allahımızdan.
Ba barlı, bəhrəli, bu şən payızı
Taleyə töhvə tək düşən payızı
Allah qismət edə dosta, tanışa
Kədər mürgüləyə, şadlıq danışa.
Xəyalım getdi münim
İyirmi beş il uzağa.
Yadındamı getmişdik
Behbudova baxmağa
Tahirin tabloları
Açmışdı dilimizi.
Çalışırdıq duymağa
Şaqraq musiqimizi,
Onda biz çox cavandıq
Arzu böyük, imkan az.
Elə bilirdim, ömür
Başdan-başa keçər yaz.
Nə yazıq ki, gözləyir
Orda hicran, burda qəm.
Şadlıq keçib üsdəndir
Qəm-qüssə ömrə həmdəm.
Sən onda çox gözəldin
Günəşin özü kimi
Kamalın təndürüstdü
Bulağın gözü kimi.
Cavanlıq qəribədir
O baxmır ha kamala.
Mən isə vurulmuşdun
Ağıla, istibdada.
Birdən-birə yaş ötdü
Qapını döyür əlli.
Dostlara az görünən,
Özünəsə təsəlli...
... Hə, mənim də 50 yaşım tamam oldu. Yoldaşlarım bir xudmani məclis düzəltdilər. Məni təbrik etdilər. Xüsusilə Ofelya Babayevanın, Şəfaqət Quliyevanın, Ofelya Quliyevanın təbrikləri maraqlı və yaddaqalan idi. Naimə xanımın xatirə söyləməsi lap yerinə düşdü. İbrahim müəllim iştirak edə bilmədiyi üçün məktubla müraciət etdi. Məktubu yazıram.
Əziz Ömürşah, sənin şadlıq günündə iştirak edə bilmədiyim üçün özümü çox günahkar sayıram. Ancaq xahiş edirəm göndərdiyim cızma-qara məktubumu özün oxu.
Səni 50 yaşın münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, böyük oğlan olasan. Allah qoysa, inşallah, 100 yaşında sənin işinə özüm baxacam.
Deyirəm, ay Ömür, nə gözəl ad qoyublar sənə. Ömürlərin şahı! Bu ad hər adama verilmir, hər adam da bu adın böyüklüyünü doğrulda bilmir. Çox şükürlər ki, sən böyüklərin – bu adı sənə verənlərin etimadını doğrultmusan. Sənin adına da qurban, özünə də. Ad qoyanların da ruhu şad olsun, qəbirləri nurla dolsun!!
Ey ulu Şah! Mən səni bu dünyanın ən xoşbəxt adamlarından biri sayıram. Ona görə ki, birincisi, sən gözəl, xeyirxah adamların arasındasan. Alqış onlara! İkincisi, sanıram ona görə ki, yaradan səndən heç nəyi - təmiz hissləri, insani duyğuları, mərdliyi, dəyanətliliyi, qayğıkeşliyi, mübarizliyi əsirgəməyib. Səndə olan bu keyfiyyətlər ülvidir, alidir, təbiidir, səmimidir, pakdır və əbədidir. Ürəyindən, qəlbindən gəlir, qan damarlarından axır bu keyfiyyətlər sənin. Bu hislərin sahibi ən böyük hörmətə, ən yüksək mükafata, ən sürəkli alqışlara layiqdir. Nəsibin həmişə qoy belə olsun.
Ömrüm mənim, ən əziz ilim, ayım, günəşim mənim!
Sevincim, fərəhim, şirinim, acım, ünüm mənim.
Qədirbilən dostlar arasında səni gördükcə
Şadlığımdan ürəyim döyünüb, titrəyir hər an,
Bu ömür yollarında sənə yar olsun yaradan!
Eliçində üzün ağ, qoy uca olsun başın,
Gözün aydın, əzizim, mübarəkdir 50 yaşın!
Bir az da yumor
Ömür, dədə canı ölürəm səninçün
Kaş mən də yanında olaydım
Həkk olunub gözlərimə,
O mehriban baxışların
Düşünürəm öz-özümə
Mənim ola gülüşlərin.
Şirin, həlim təbəssümün
Yaman yatır ürəyimə
"Zırpı-zırpı" danışığın
Şəkər qatır çörəyimə.
Gülüşünü heç demirəm,
O, şərbətdi, baldı mənə
"Zınqırovlu" söhbətlərim
Bir dünyalıq paydı mənə.
Bir daha, bir daha təbriklər. 2045-ci ildə görüşənədək.
Dostları ilə paylaş: |