İbrahim Kazımov
4.02.95 gecə saat 330
Rizvan Qazıyev
Kədərlənmə, heç kövrəlmə, Ömürşah
Qocalığın gəncliyidir əlli yaş.
Gah çarpışan, gah vuruşan gəncliyin
Dəcəlliyin dincliyidir əlli yaş.
Gənclik dedim, sən cavansan həmişə
Yarayırsan, xeyrə-şərə, hər işə
Həsr etdin ömrünü müqəddəs işə
Odur ki, müqəddəs olmusan, qardaş,
Qocalığın gəncliyidir əlli yaş.
Arzum budur: hər arzuna yetəsən,
Qızılgül tək könüllərdə bitəsən.
Qız-oğluna, nəvənə toy edəsən,
Deməyisən kimə qaldı, a qardaş
Qocalığın gəncliyidir əlli yaş.
Qartal kimi zirvələrdə uçasan,
Günəş kimi aləmə nur saçasan.
Hər səhəri xoş ovqatla açasan
Çıxmasın qarşına nə kəsək, nə dağ
Qocalığın gəncliyidir əlli yaş.
Bəxtin ayıq olsun, ömürün uzun
Səadət, xoşbəxtlik qismətin olsun.
Ömrün piyaləsi sevinclə dolsun
Neyliyim-neceliyim deməyəsən, kaş,
Qocalığın gəncliyidir əlli yaş.
Mübarəkdir əlli yaşın, a qardaş!
ZÜLFƏLİ
Hörmətin daima artsın, ucalıb-qalx, qədeşim,
nədir əlli, yaş yüz əlli, Ömürşah qədeşim.
Alınan qoz, satılan qoz, bu bazar köhnə bazar
Arada qalsa qalar bizlərə şax-şax, qədeşim.
Hər kişi öz əməliylə tanınır dünyada
Səni xoş işlər üçün xəlq edib allah, qədeşim.
Ağlayan ağlayacaqdır, gülənindir dövran
Qurulandan bu cürə dövr eləyir çərx qədeşim.
Zülfəli dərdini çəkməz bu yalan dünyanan
O sənə baxdığı tək sən də ona bax, qədeşim.
Sağ olun mənim əziz qardaşlarım. Tərifli, hətta çox tərifli sözləriniz üçün minnətdaram!
Dostları ilə paylaş: |