YAXIN DOSTUM, İISTEDADLI ŞAİR
Əvəz Mahmud Lələdağın 55 yaşı tamam olurdu. Onu bir xudmani məclisdə təbrik etmək istəyirdik. Yoldaşlarım təbriknaməni mənə tapşırmışdılar.
Əzizimiz Əvəz bəy! Qalx ayağa dur görək.
Biz sənin ad gününü təntənəli qeyd edək.
Əllibeş nədir ki, a!.. Yüzə çatasan gərək
Qardaş, ömrünün çoxu keçibdi Zəngəzurda.
İndi həsrətlə baxıb gedəmmirəm o yurda.
Tale elə gətirsin, fürsət düşsün «boz qurda»
Türk bayrağı ucalsın Ələsgərin yurdunda.
Onda gedəsən gərək.
Gənclikdə çox olubsan harsınların yanında
Ala gözlü gözəllər durub solu-sağında.
Az şey yox imiş sənin o yekəpər başında.
Erməni gözəllərin can alan qəmzələri
Möhkəmcə dayanıbmış şeirin pilləkənində.
İndi nazlı pərilər güc verir ilhamına.
«Qurtarsın saz gecəsi», «başlasın naz gecəsi»,
Yaman gözəllər gəlir tez-tez sənin yanına.
Qonşu otaqlarda biz Şeyx Sənana dönüklük,
Kərəm kimi yanırıq And olsun vicdanıma.
Yerli komitənin sən Aslanı oldun indi
Bizim türk dünyamızın qaplanı oldum indi.
Təvəqqəmiz belədir: Asi zora tay tutma.
Putyovka-zad olanda yoldaşları unutma.
İbrahimin də yaşı, keçibdir əlli beşi.
Putyovka-zad görməyib müşküldü onun işi.
Bəndənizdə şikəstdir, çoxdan işləmir başı,
Ağız-burun əyilib ara vermir göz yaşı.
Ağaşərifin iştahı doymaq bilmir araqdan,
Hafiz də ki, bezikib qoca batulkalardan».
Kömək elə a qardaş, müşkülə düşüb işlər.
Nə qədər ki, göz deyil, bunlara bir çarə qıl
Səxavət kisəsindən əsirgəmə kömək ol.
Ad gününə gəlibdir istəkli dost-yoldaşım.
Dost-düşmənin yanında uca olsun qoy başın
Əlli beşin mübarək əziz dostum, qardaşım.
Ayağa dur şeir de, şeir demək azaddır.
Bizim dualarımız şirin bir safatdır.
Dostları ilə paylaş: |