Sizi ən çox sevən şagirdiniz Şəlalə Quliyeva"
Çox sağ ol, qızım. Minnətdarlığımı qəbul et.
Əhlimana məktub
Əhliman balamı doğma yurddan salamlayır, bağrıma basıram, doyunca öpürəm!
İndicə rayondan gəlmişik. Kamran, Nafiq əmin və mən. İçəri girən kimi xbər verirlər ki, məktub gəlib. Alıb oxuyuram. Sağ ol ki, bizi yadına salıbsan, qiymətli vaxtını sərf etmisən.
Amma məktubda aydınlıq yoxdur. Sənin yazdıqlarından və Kamranın izahatından belə başa düşdüm ki, hələ bu il və keçən ilki yerdə yaşayacaqsan. Yoxsa, mən düz başa düşməmişəm. Dərslərə başlamısan, ya yox?
Haçan başlayacaqsınız? İngilis dilində məktub yazmaq istəyin mənə ləzzət verdi. Mən elə də bilirəm səni. Sən istəsən məktubu lap elə ingilis dilində, lap elə başqa bir dildə, tutalım yunanca yaza bilərsən. Sənin istedadına və qabiliyyətinə məndə güclü inam var. İngiliscə yazacağın məktubu da aparıb qoyacağam sənə ingilis dilində "3" yazan müəlliminin qənşərinə (zarafat). Həmişə belə olur. məsələn, dünya şöhrətli rəssam Tahir Salahov orta məktəbdə rəsmdən həmişə "2" alırmış. İndi dünyanın ən nəhəng rəssamlarındandır.
Kəndə özümüz getmişdik. Getdik, Sevinci də gördük. Hə, Sevinclə bağlı təbriklərinə görə sağ ol. O gün olsun ki, sənin və Kamranın, o biri qardaş və bacının da toyunu görüm. Toyu yazmışam lentə. Baxmaq istəsəniz üzünü köçürüb göndərmək olar. Arzun olsa Kamranla əlaqə yarat.
Səhhətim, kef-əhvalım yaxşıdır. Bircə səndən nigaran idim. İndi məktub gəlib, sakitləşmişəm. Ha can atıram ki, ibarəli məktub yazmyım, çünki sənin arzun belədir.
Kamillə görüşə bilirsənmi? Telefonla, məktubla, avtobusla və s. Görüşün, muğayat olun bir-birinizdən. Yoldaşların necədirlər? Hamısına salam-duamız var.
İstambulda nə var, nə yox? O yerlərin adamları bizə necə baxırlar? Koroğlunun Nigar xanımı götürüb qaçmasını xatırlayan var, ya yox.
Azərbaycanın indi gözəl vaxtıdır. təbiətinin deyirəm, adamlarla işim yoxdu. Adamları ayrı ləzzətdir, ayrı söz-söhbətin vaxtı və mövzusudur ki, onu da əlhəmdulillah, M.Ə.Sabir o vaxtı deyib.
"Zülmətsevər insanlarıq 3-5 yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan".
Deyib də kişi. Amma dəli bir ümidlə yaşayıram. bundan sonrakı nəsil gərək dəyişdirsin öz amalını, məsələsini. Yəni onun torpağından fitnə deyil, qızıl güllər göyərsin, özü də zülmətdən deyil, işıqdan bəhrələnsin.
Kamranın dərsləri hələ başlamayıb. Hamımız yaxşıyıq.
Kim sənə maraqlandırır, könlün nə istəyirsə yaz, göndərim.
Dostları ilə paylaş: |