Oğul sözlərimə yaxşı qulaq as


C.Cabbarlının 100 illik yubiley təntənəsində onun nəsr əsərləri haqqında söylədiyim mülahizələrim



Yüklə 281,08 Kb.
səhifə9/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   56
C.Cabbarlının 100 illik yubiley təntənəsində onun nəsr əsərləri haqqında söylədiyim mülahizələrim.
Əziz yoldaşlar, məndən əvvəl bu möhtəşəm məclisdə Cəfər Cabbarlı haqqında söz deyən yoldaşların söylədiyi fikirlərə əlavə olaraq yazıçının bədii nəsri haqqında bir neçə söz demək istəyirəm. Çünki bunsuz C.Cabbarlı dühasının əzəmətini duymaq qismən yarımçıq olardı.

C.Cabbarlı çox erkən yaşlarından hekayə yaradıcılığına başlamışdır. Hələ 1915-ci ildə onun hekayələri haqqında o dövrkü ədəbi mühitdə fikir formalaşmışdı.

Ədib bir-birinin ardınca «Dilarə», «Aslan və Fərhad», «Gülzar», «Dilbər» kimi hekayələr yazdı və onları ədəbi ictimaiyyətin müzakirəsinə verdi.

Qeyd etmək lazımdır ki, Cabbarlı sonralar da müqtədir dramaturq kimi məşhurlaşanda da hekayələr yazmış, əvvəllər yazdığı hekayələr sırasına «Gülər» və «Firuzə» hekayələrini əlavə etmişdir.

Bu hekayələr içərisində «Firuzə» daha çox oxucu auditoriyası qazanmışdır. Buna səbəb isə əsərin o vaxt keçmiş SSRİ məkanında ən kütləvi qəzet olan «Pravda» da çap olunması idi. Bu zalda oturan yoldaşların çoxu, yəqin ki, «Pravda»nın istiqamətini və nüfuzunu xatırlayırlar. O, Kommunist Partiyasının orqanı idi və siyasi və ictimai məsələlərin təhlili ilə məşğul olurdu. Orada hələm-hələm bədii əsər verilmirdi. Elə bu faktın özü C.Cabbarlının sənətkarlığının kamilliyi və onun coğrafi məkan etibarilə miqyasını səciyyələndirən önəmli faktdır. C.Cabbarlı nəsrinin gücü nədə idi? Niyə bu gəncin qələmindən çıxan bütün əsərlər o dövrkü mühitin diqqətini bu qədər tez və kəskin şəkildə çəkirdi?

Hər şeydən əvvəl, çünki o, həmişə öz əsərlərində cəmiyyəti, xalqı, zəmanəni düşündürək vacib məsələlərə toxunurdu. Cəhalətə qarşı mübarizədən tutmuş qadın azadlığınadək, ailə-məişət münasibətlərindən tutmuş yeni insanın istək və arzularının ifadəsinədək onun hekayələrinin mövzusunu təşkil edirdi.

Mən, əlbəttə, Cabbarlı nəsrinin bütün xüsusiyyətləri haqqında danışmadı qarşıma məqsəd qoymamışam və əziz dinləyicilər, Siz idə bu yönümdə yormaq istəmirəm.

Lakin bu hekayələrdən ikisi haqqında Sizin hamınızın dərk etdiyimiz məlum həqiqətləri xatırlatmaqla fikrimi yekunlaşdırmaq istəyirəm.

«Aslan və Fərhad» hekayəsini oxuyanda Adam zəhmətli vəziyyətlər keçirir. Mən Sizin qarşınızda çıxışa hazırlaşırkən hekayəni təzədən oxudum. Fikirləşdim ki, bəlkə cavanlıqda, insan mənəviyyatına sentimentallığın, romantikliyin hakim kəsildiyi, daha qətiyyətli və maksimalist olduğu, «ya heç nə, ya hər şey» Prinsipi ilə yaşadığı gənclik düşüncələri ilə, indi ömrünün ixtiyar çağlarını yaşayan, kompromisə getməyin, hadisələri götür-qoy edərkən bir az səbrli olmaq psixologiyası arasında bir az fərq olar? Bəlkə yaşadığımız mühitin özəllikləri, xüsusiyyətləri fikrimin dəyişməsinə səbəb olub?

Əsla! Yenə də fikrimdə qəti, ardıcıl və israrlıyam.

Fərhad da, Gülzar da, onunkimilər də insanlığın yazılmamış əbədi və əzəli qanunlarıyla Ən azı ölümə məhkumdurlar.

Necə ki, şərəfsizcəsinə öldülər də. Yazısı oxucuları intizarda qoymur. Hekayənin sonunda biz bu mənzərənin şahidi olduq və bəlkə də ömrümüzdə ilk dəfə olaraq ölümü alqışladıq da.

Bəs necə? Aslanın çəkdiyi məşəqqətlər – onun yetim qalmış qardaşını və bacısını böyütmək, tərbiyə etmək uğrundakı əzablə, lakin müqəddəs, alqışalayiq fəaliyyəti, onun çəkdiyi əzablarınca qardaşı – əzərdi, qardaş demək mümkünsə və arvadı başqa cür adlandırmaq olmur, məhz elə arvad, tərəfindən təhqirləri cavabsız qalmalıydımı?

Allah böyükdür və bizim hamımız onun qarşısında cavabdehik.Bəndənin ala bilmədiyi intiqamı allah mütləq alı rvə bu şübhəsizdir. Bundan hamı nəticə çıxarmalıdır.

Çünki haqsızlığın, zülmün həddi-hüdudu olmalıdır. Yaxud da onlar Yer kürəsində cəhalətin simptomlarıdırlar. Cəmiyyət onlardan nə qədər tez qaça bilsə, o qədər tez svilizasiyalı olar. Bax elə «Firuzə» hekayəsində olduğu kimi.

«Firuzə» hekayəsində «Aslan və Fərhad»dan fərqli olaraq qəhrəman artıq ətalətdən və cəhalətdən birdəfəlik uzaqlaşıb. Özü də kosmik sürətlə. Firuzə artıq böyük problemləri həll etmək əzmindədir. O, müstəqildir, azaddır, cəmiyyətin eynihüquqlu vətəndaşıdır, kişilərlə bir kollektivdə işləyir, müasir texnikanın imkanlarından istifadə edir, Bakının küçələrində maşın idarə edir, bir sözlə, müasirlik duyğusu ilə yaşayır.

O, sevgisində də azaddır, harayacan desəm demokratikdir.

Gülzardan fərqli olaraq öz sevgisini qoruyur, müxtəlif təkliflərdənnəyinki məsti-xumar olmur, əksinə, daha ciddi və əzmkarlıqla doğru yola istiqamətlənir.

Burada onun milli mentalitetimizə, mənəvi dəyərlərimizə sədaqət, əslə-kökə bağlılığı, genetik xüsusiyyətin aktivliyi diqqəti cəlb edir.

O, sözün əsl mənasında insandır, azərbaycanlıdır, Tomrisin, Nigarın, Taclıxanımın, Tutti Bikənin nəvə-nəticəsidir, bir sözlə; dünya standartlarının Ən müasir tələblərinə cavab verən şərqli gözəlidir.

… C.Cabbarlının yaradıcılığının diqqətlə izləyəndə bir maraqlı nəticəyə də gəlirsən; cəmiyyətdə inkişaf ancaq qadın-ananın siyasi, iqtisadi, mənəvi buxovlardan xilasındadır. «Firuzə»də olduğu kimi.

Ona görə də yazıçı haqlı olaraq Firuzənin taleyinin diqqətlə izləyərək belə nəticəyə sahib: «Bu, iqtisadiyyatda inqilab, həyatda inqilab, insan şüurunda inqilabdır.

Çağdaş Azərbaycanımızda olduğu kimi.


Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin