Dulqədirli. Bu el əsasən Maraş bölgəsində yaşayırdı. Bu elə mənsub olan tam köçəri oymaqlar qışda Amik ovasına, Hələb dolaylarına və Çuxurovaya enirdilər. Dulqədirli elindən bir çox bölüklər İrana getmiş, ona mənsub bir qol isə Diyarbəkir bölgəsindəki boz-uluslara qarışmışdı. Bundan başqa, yenə bu elə mənsub təşəkküllər Hələb türkmənlərinə məxsus oymaqlarla Yozqat bölgəsində yerləşmiş və Sivasın güneyindəki Yeni-eli meydana gətirmişlər. Hələ XVI əsrin əvvəllərində bu elin tərkibinə daxil olan oymaqların Ankara bölgəsinə qədər gəldiyi bilinir. Kayseri və Qırşəhir bölgələri də bu elin yerləşmə sahəsi arasında idi. Daha sonralar onlardan mühüm bir qismin (cərid, təcirli və ağcaqoyunlu) Çuxurovada oturaq yaşayışa keçdikləri məlumdur. Bu böyük el başlıca olaraq aşağıdakı boylardan meydana gəlmişdi:
1. Anamaslı, digər adı qaracalı (bəzi obaları: yazır, sevinclu. Oruc bəylu, ulaşlu, urcanlu, qazanclu, söyləməzlu, yol basanlu, qara xataylu).
2. Doqquz, digər adı bişanlu (bəzi obaları: karkın, qaramanlu, kürd mihmadlu, avcı, dəmrək, hacılar, nəccarlu, doqquz qoyunlu).
3. Kürəçilər.
4. Cərid (bəzi obaları: bayır cərid, qara hasanlu, oruc qazilu, mamalu).
5. Peçeneq.
6. Qavurcalu.
7. Elçi.
8. Döngələlu (?)
9. Küşnə.
10. Yuvalu (yaxud qara yuvalu).
11. Təkəlu.
12. Varsaq.
13. Ağça qoyunlu (ən mühüm obaları: çalışlu, musa hacılu - musacalu, qəzanlu, həmidlu).
14. Eymir.
15. Çiməlu.
16. Qızıllu.
17. İmanlu əfşarı.
18. Çağırğanlu.
19. Avcı.
20. Gündəşlu.
21. Təcirlu (tacirlu).
Dulqədirli elinin Kars (Qədirli) yörəsində yaşayan təşəkkülləri isə bunlardı: varsaq, dəmürçülü, qaramanlu, zəlmanlu, zakirlu, qavurcalu, geclik, əkinçilər. Sis (Kozan) sancağında isə savcı hacılu, əylənoğlu, suru damlu, qavurğalu və əfşar təşəkkülləri sakin idilər.
5. ÇUXUROVA
Bu bölgəni fəth edən üç-oxlar oturaq həyata keçərək qismən boy təşkilatlarını itirmişlər. Bölgənin fəthində mühüm rol oynamış yürəgirlər və kınıklar XVI əsrdə yerləşdikləri yerlərdə ancaq adlarını qoymuşlar. Hələ tamamilə çözülməyərək qəbilə təşkilatlarını mühafizə edənlər qara isalu, kusun, quş təmür, ulaş, göyçəlü və əlvan boylarıdır1.
Dostları ilə paylaş: |