Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə35/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   31   32   33   34   35   36   37   38   ...   128
7. İran bayatları

a) Öz bayatlar (ağ bayatlar)

Səfəvi dövründən əvvəl İranda bayatların yaşadığına dair heç bir məlu­mat yoxdur. XVI əsrdə İranda yaşayan bayatlar tək bir təşəkkül halında de­yil, müxtəlif bölgələrdə olmaq üzrə üç qol halında idilər. Bu, onların bir-bi­rindən fərqli siyasi keçmişə sahib olmalarından irəli gəlir. Onlardan yalnız bayat adını daşı­yanlar Həmədanın cənub-şərqindəki Kəzzaz və Kirihrud böl­­gəsində sakin olanlardır. Şah Abbasın tarixçisi türkmən İs­kən­dər bəyə görə1 bu bayatların əhalisi Təhmasib döv­rün­də 10.000 çadır idi. Təhmasib dövründə onlar Əmirşah bəy, Süleyman bəy, Hacı Üveys bəy və Seyf bəy kimi əmirlər tərəfindən idarə olunmuşdur2. Sonuncu bəylə bərabər Əli Sultan adlı digər bir bayat bəyi Qanuninin İran səfəri münasibətilə bizim ta­rixlərdə də xatırlanır3. Bütün bu bayat bəyləri öz hökmdarları Təh­ma­sibin əsas səfərlərində iştirak etmişlər. Rumlu Həsən bəyin və naməlum bir mü­əllifin qeyd etdiklərinə görə4 adı çəkilən İran hökmdarının ölümü əsna­sında bayatlar da saray mühafizləri ara­sında idilər. Bayatlarla lurlar arasında Ni­ha­vənd yörəsindəki Burucird qəsəbəsi üstündə əski bir düşmənçilik vardı ki, bu, I Şah Abbasın hökmranlığının ilk illərində bayat əmiri Uğurlu bə­yin öl­dü­rülməsi ilə son həddə çatmışdır5. Şah Abbas 1002-ci ildə (1593) Uğurlu bəyi öldürən Luristan hakimi Şahverdinin üzərinə səfər etdi.

Şahverdi bir neçə ildən bəri Şah Abbasın hakimiyyətini ta­nı­mayaraq müstəqil hərəkət etməyə başlamışdı. Şahverdini ita­ətə məcbur edən Şah Ab­bas Burucirdə girərək Uğurlu bəyə kö­mək göstərmədikləri üçün bayat­ların tanınmış adamlarını dan­ladı. Uğurlu bəyin qardaşı Şahqulu Sultanın xa­hişi ilə şah onla­rın günahından keçdi. Bayatlar da bunun əvəzində hökm­dara qı­zılbaşlar arasında öz gözəlliyi ilə tanınan və boyun adı ilə ad­lanan (bəyati-nəjad) atlarından 3.000 ayğır və qısraq təqdim et­dilər, peşkəş olaraq, üstəlik 3.000 tümən verdilər6.

Şah Abbasın bayatlardan Hüseyn Əli bəyi 1598-ci ildə elçi olaraq İspa­niyaya göndərdiyi məlumdur7. Onun dövründə Yar­əli Sultanın İrəvan bölgə­sindəki Bəyazid qalasının, Bədir Sul­ta­nın isə həmin bölgədəki bir yerin ha­kimi olduqlarını bilirik8. Şah Səfi dövründə həmin yerlərdə bu bayat bəylə­ri­nin oğulları xələf olmuşlar9. Bu təyinatlar səbəbilə bayatların mühüm bir qismi Azərbaycana getmiş və orada yerləşmişdir. Bu bayatlar da­ha sonra ba­yati-mütləq və ya ağ bayat adları ilə İrandakı di­gər bayat qollarından fərq­ləndirilmişlər. Onlar Şimali Suri­ya­dakı bayatların bir qolu olub ağqoyunlu fəthi və ya Səfəvi döv­lətinin qurulması ilə əlaqədar İrana gəlmişlər.

b) Qara bayatlar (Xorasan bayatları)

Səfəvi dövründə İrandakı ikinci bayat qolu Xorasanda yaşa­yırdı ki, on­lara qara bayat da deyilir. Qara bayatların Xarəzm türkmənlərinə mənsub ol­duqları bilinir. Şah İsmayıl Xorasanı fəth etdikdən sonra onlar səfəvi haki­miyyətinə girmiş, tabelik əlaməti olaraq qara sifətini almışlar. Qara bayatlar Nişapur böl­gəsində, xüsusilə bu bölgənin Mədən deyilən yörəsində yaşa­yır­dılar1.

XVI əsrin sonlarına doğru Xorasanın bəzi vilayətlərini ələ ke­çirən özbək hökmdarı Abdulla xan buraları oğlu Əbdül­mö­min xana vermişdi. Əbdülmö­min xan 1591-ci ildə Nişapuru ge­ri almaq istəyən səfəvi sərkərdəsi Qara­manlı Fərhad xanı geri çəkilməyə məcbur etdikdən sonra qara bayatlar ona ta­be olma­ğı qəbul etdilər. Lakin onlar daha əvvəl çağataylardan çoxlu adam öldürdükləri üçün Baba İlyas oğlu Mahmud Sultan və di­gər bayat başbi­lən­lə­ri xanın hüzuruna gedərək, ona itaət etdik­lərini bildirsələr də, bağışlan­ma­yaraq öldürüldülər2. Mahmud Sultanın qardaşı Məhəmməd Sultan pərişan bir halda ətrafa da­ğılmış qara bayatları başına toplayaraq Şah Abbasa böyük xid­mət­lərdə bulunmuşdu. Hətta buna görə Şah Abbas tərəfindən bü­tün qara bayat boyu vergilərdən azad edilmişdi3. 12 il Nişa­pur valisi olan Məhəm­məd Sultan öldükdən sonra yerinə oğlu Bayram Əli Sultan keçmişdir4. Bu ta­rixdən etibarən Nişapur uzun bir zaman qara bayatların əlində qalmışdır. Na­dir şah döv­­ründə və onun ölümündən sonra da Nişapur yenə qara bayat bəy­ləri tərəfindən idarə olunurdu5.

c) Şam bayatı (qacar boyu bayatları)

İrandakı üçüncü bayat təşəkkülü bizim Şam bayatı oymağı­nın bir qo­ludur. Bu qol, daha əvvəl də dediyimiz kimi, yıva, ağ­calı və ağcaqoyunlu tə­şəkküllərinə mənsub qollarla birlikdə qa­car boyunu meydana gətirmişdir. Qa­carlar XVI əsrdə əsasən Azərbaycanın Gəncə və Bərdə bölgəsində yaşa­yır­dılar. Ancaq XVI və XVII əsrlərdə qacar bəylərindən hansılarının Şam ba­­ya­­tına mənsub olduqları bilinmir. XVIII əsrin birinci yarısında Gəncəyə bağlı kəndlərdən bi­rinin Şam bayatı adını daşıdığını görürük6. Nadir şah öl­dü­rül­dük­dən sonra onun yerinə keçən Adil şahın böyük əmirlərindən Mə­həmməd Əli xan Şam bayatından idi1.Qacar hökmdarı Fə­tə­li xan (Baba xan, 1797-1834) dövrünün əmirlərindən Mə­həm­məd Əli xan, qardaşı İsmayıl xan, Pirqulu xan və oğlu Mə­həm­məd Bakir xan da bu oymaqdan idi2.

İrandakı bayatlar indi tamamilə oturaq həyata keçmiş, mü­hüm bir qismi Xəmsə (əsasən Zəncan bölgəsi) vilayətində ya­şayır. Qaşqaylar arasında da bir neçə kiçik bayat oymağına tə­sadüf olunur3. Şərq musiqisindəki bayatı mə­qamının (muğa­mı­nın - tərcüməçi) İran bayatlarının musiqi havalarından alın­dı­ğı­na şübhə yoxdur.
3. ALKA BÖLÜK

(Alka-evli)

Göründüyü kimi, Mahmud Kaşğaridə alka bölük, Rəşidəd­dində alkaravlı və Əbülqazidə alka-evli (ivli) şəklində yazılan bu oğuz boyuna mənsub bir oymağa və ya yer adına heç bir yer­də təsadüf edilməmişdir. Bunun səbəbi nə­dir? Bu barədə qəti bir şey söyləmək mümkün deyil. Bugün Türkiyədə Zon­qul­­dakın Safranbolu qəzasına bağlı Halka-evli4 kəndi ilə ölkə­dəki halka avlu, hətta halkalu yer adlarının5 bu boyla əlaqədar olub-olmadığını haq­qın­da da qəti bir şey söyləyə bilmirik.
4. QARA BÖLÜK

(Qara-evli)

Bu boya aid Türkiyədə səlcuqlular və osmanlılar dövründə mühüm bir oymağa təsadüf edilməmiş, Suriya, İraq və İranda da bu adda təşəkkül ol­mamışdır. Yalnız Xarəzm türkmənləri ara­­sında XVI-XVII əsrlərdə qara-evli adlı bir oymağın mövcud olduğunu bilirik ki, aşağıda ondan ayrıca bəhs edi­ləcəkdir. Da­ha əvvəl (I hissədə) söylədiyimiz kimi, dulqədirli elinə mənsub olan böyük ağcaqoyunlu boyunu meydana gətirən əsas oba­lar­dan biri də Musa hacılu (bəzən qısaldılmış şəkli ilə musacalu) idi. Musa hacı­lunun Ye­ni-eldə yaşayan qolu XVI əsrin ikinci ya­­rısında bir sıra qollara ayrılmış, on­lar dəftərlərdə məhəllə (obanın yurdu) sözü ilə göstərilmişdir. Bu məhəllə­lərdən biri­nin qara-evli olduğunu görürük (86 vergi mükələfiyyətli). Dəf­tərlərdə məhəllə oymağın və ya obanın qolları mənasında da iş­lə­dildiyi üçün buradakı qara-evlinin musahacılu qolunun yaşa­dığı yerin deyil, doğrudan-doğruya öz adı ola bilər. Əslində, mə­­­həllə kəlməsi ilə zikr edilən adlar araş­dırılarkən bunların yer adları olmadığı görünür. Bununla bərabər bu qara-evli obasının qara-evli boyu ilə əlaqədar olduğu qəti bir şəkildə irəli sürülə bilməz. Çünki qara-evli kəlməsi eyniadlı boy ilə münasibəti ol­mayan hər hansı bir oymağa hər zaman və hər yerdə verilə bi­lə­cək adlardan biridir. Xə­zərarxası türkmənləri arasındakı qara-ev­­li oymağı üçün də eyni ehtimal uy­ğun olduğu kimi, hal-ha­zırda İç-eldə yaşayan qara-evli oymaqlarının da öz adlarını son­­­radan aldıqları anlaşılır.

XVI əsrdə Türkiyədə Qara-evli şəklində bəzi yer adlarına təsadüf edilsə də, bunların ümumi sayı 8-dən artıq deyildir1. On­lar Bolu sancağında, Tokat və Kastamonu bölgəsində idilər. «Türkiyədə məskun yerlər qılavuzu»na görə2 biri Qara-evlilər olmaq üzrə Türkiyədə Qara-evli adlı 10 kənd vardır. Bu yer ad­larından çoxunun bu boyla əlaqədar olduğu şübhəsizdir.

Əbülqazinin bəhs etdiyi qara-evlilərə gəlincə, onlar Amu-Dər­yanınn (Cey­hun) sahilində də Acı dənizin (Xəzər) yaxınlı­ğın­da yaşayırdılar. Həmin müəllifə görə, bu qara-evlilər Kaşğa-Çura adlı bir şəxsdən törəmişlər. Kaş­ğa-Çuraya gəlincə, onun baş­qa yerdən gətirilmiş bir kölənin oğullarından olduğu nəql edilir3. Bu rəvayət doğrudursa, bu təşəkkülün eyni adlı oğuz bo­yundan olmadığına hökm vermək lazımdır. Hazırda yarı kö­çəri həyata vida etmək üzrə olan Toros dağ­larındakı yörüklər arasında da qara-evli adında bir neçə kiçik oymaq var. Ancaq bu oymaqların daşıdıqları adı daha sonra al­­dıqları bilinir4.

5. YAZIR


Rəşidəddin türklərin əfsanəvi tarixində Dib-Yavkunun bəy­ləri arasın­dakı Alay, oğlu Bulan və hətta Dib-Cəngşu və oğlu Dür­keşin bu boydan ol­duqlarını bildirir5. Orada oğuzların da­ğıl­­ma­sı və Şah Məlikin hücumu za­manı yazırdan bir bəyin Əli xa­­nın oğulları ilə Yazır yörəsinə getdikləri və Hi­sar-Tağda yurd saldıqları, onların uşaqlarının və nəslinin hazırda həmin yerdə yaşadıqları bildirilir6. Lakin biz yazırları Xorasanda an­caq 555-ci ildə (1160) görürük. Həmin il xarəzmşah İl-Ars­lanın əsgər­lə­ri Əcnəyə7 hücum edə­rək yazırların başçısı Ödək xan oğlu Yağmur xanı məğlubiyyətə uğrat­dılar. Yağmur xan xa­rəz­m­şa­hın hücumunu Səncərin əmirlərindən Dehistan ha­kimi İxti­yar­əddin Aytakın təhrikinin nəticəsi hesab edirdi. Buna görə də Aytaka qarşı mübarizə üçün Sultan Mahmudun başçılıq etdiyi oğuzlardan kömək istədi. Oğuzlar yazır bəyinin xahişini qəbul etdilər. Birinci hissədə təfsilatla təsvir olunduğu kimi, Yağmur xan və oğuzlar Aytakı və onun müt­təfiqi Mazandaran hökmda­rını baş verən şiddətli vuruşmada tar-mar etdilər1.

Yazırların öz adlarını daşıyan yurdları Nəsa şəhərinin qər­bin­də yerlə­şir­di. Buradakı bir qəsəbə də Yazır adlanırdı. Bu qə­səbə XVI əsrin birinci ya­rısında orta dərəcəli bir şəhər idi. Ya­zırlar Səncərin dövlətini yıxan oğuz ela­tına daxil deyildilər. On­lar əvvəlcə Manqışlaqdan Balxana enmiş, oradan da buraya gəl­mişdilər2.

Xarəzmşah Sultan Məhəmmədin qara kıtaylara qarşı müba­rizədə müvəf­fəqiyyətsizliyə uğraması nəticəsində üsyan edən Nişapur əmiri Kəzlik xan məğlub olduqdan sonra yanındakı bir türkmənin təklifi ilə yazırların yanına getmək istəsə də, oraya yolladığı adamlar yazırlar tərəfindən yaxalanıb xa­rəzm­şaha təs­lim edilmişdi3. Həmin əsnada və ya bir qədər sonra yazır­la­rın ba­şında Hindu xan adlı bir bəy dururdu. 11 il yazır bəyi olan Hin­­du xandan sonra yazır yurdu tamamilə xarəzmşahların əlinə keçmişdi. Onun qardaşı Ömər xan xarəzmşahların pay­taxtı Ür­gəncdə yazır bəyliyinin ona verilməsi üçün inadla çalış­sa da, bu inad ona ancaq Sabur xan ləqəbini qazandırmaq­dan başqa bir nəticə verməmişdir. Xarəzmşah Sultan Məhəmmədin anası Tərkən xatun monqol hücumu səbəbilə Ürgəncdən Ma­zanda­ra­na yola dü­şən­də keçiləcək yerləri yaxşı tanıyan Sabur xan da onun yanında idi. Səya­hət zamanı Sabur xan validə sul­tana sə­da­qətlə xidmət etdiyi halda, Tərkən xatun yazır yurduna çatan­da onu tərk edəcəyindən şübhəyə düşərək xanı giz­lincə öl­dürt­dü4.

Monqol dövründən sonra yazırlara qaradaşlı (taşlı) deyi­lir­di5. Onlar Şah Abbas zamanında digər türkmən oymaqları kimi sə­fəvi hakimiyyətini qəbul etmiş­dilər. 1038-ci ildə (1628/1629) qaradaşlıların başında Rəhman­qulu Sul­tan dururdu. An­caq o həmin il Xarəzm hökmdarı İsfəndiyar xanla və onun qar­daşı müəllif Əbülqazi ilə birləşərək səfəvilərdən üz çevirsə də, on­lar səfəvi qoşunu qarşısında duruş gətirə bilməmişdilər6.

Göründüyü kimi, yazırlar sanki müstəqil bir qövm kimi XII əsrdən XVII əsrədək Xorasanda varlıqlarını qoruyaraq yaşa­mışlar. Bu belə olmaqla bə­ra­bər, onlar Anadolunun fəthində və məskunlaşdırılmasında da olduqca mü­hüm rol oynamışlar. XVI əsrdə bu ölkədə Yazır adlı 24 kənd1 və onlara mən­sub bəzi oy­maqlar da vardı. Bu oymaqlar dulqədirli ulusu ilə Həmid, Təkə və Ankara sancaqlarında yaşayırdılar.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin