Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə47/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   43   44   45   46   47   48   49   50   ...   128
3. Dulqədirli əfşarları.

Bu əfşarların əslində Şimali Suriya əfşarlarının bir qolu ol­du­ğunu daha əv­vəl söyləmişdik. Dulqədirli ulusu arasındakı əf­şarlar Maraş, Kars (Qə­dir­li) Yeni-el və hətta Boz-ox bölgəsinə dağılmış halda idi. Onlardan ən mü­hü­mü imanlı əfşarı olub, əsasən Maraş bölgəsində yaşayırdı.

a) Maraş (imanlı əfşarı). İmanlı əfşarı XVI əsrin birinci ya­rısında 27 oba­dan meydana gəlmişdir. Ümumiyyətlə, şəxs ad­la­rı daşıyan və kəndxuda­lar tərəfindən idarə edilən bu obaların yaylaq və qışlaqları müxtəlif yerlər­dədir. İmanlı əfşarının bədil əfşarı və digər bir çox obaları bəriyyə, yəni Su­riya çölündə qış­layır və Maraş sancağının müxtəlif yerlərində yaylağa çıxır­dı­lar. Digər obaların qışlaqlarının isə Çuxurovanın Kınık, Özər yörə­lərində, hətta Latakiyyə (Lazikiyyə) ətrafında olduğu bilinir. İmanlı əfşarı obalarının Diyarbəkir bölgəsində sakin olduqları məlumdur6. XVI əsrin ikinci yarısın­da imanlı əfşarı obalarının bir qismi öz qışlaq və yaylaqlarında yerləşmək surətilə köçəri həyata vida etmişdir. 971-ci il (1563-1564) tarixli bir dəf­tərdən1, bəzi obaların Antəb şəhəri dolaylarındakı kəndlərdə yerləşmiş oldu­ğunu öy­rə­nirik. İmanlılardan mühüm bir qol da İrana getmişdir.

b) Kars. Kars (Qədirli) sancağındakı əfşar varlığı iki kiçik obadan iba­rətdir2. Bunlardan 41 vergi evi olan əfşar obası An­dı­rında qışlayaraq əkinçi­liklə məşğuldur. 41 evlik digər əfşar oba­sı isə bu sancaqdakı keçlik adlı bir tə­şəkkülə bağlıdır.

c) Boz-ox. Bu bölgəyə aid ən qədim təhrir dəftəri yarımçıq olduğu üçün XVI əsrdə burada yaşayan əfşarlar haqqında tam məlumatımız yoxdur. Bu dəftərdən həmin bölgədəki əfşar qo­luna mənsub ancaq bir neçə obanın vergi verən əhalisinin sayı və yurdlarının adını öyrənmək mümkündür3.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin