Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə59/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   55   56   57   58   59   60   61   62   ...   128
1. Trablis-Şam.

Trablis-Şam yörəsində yaşayan türkmən oymaqları arasında əhalisi sey­rək olan bir bayındır oymağına təsadüf edilir. 25 ver­gi evindən ibarət olan bu oymaqdan başqa Xıns ül-əkrab ət­ra­fında bayındır adlı 15 evlik bir oymaq da müşahidə olunur.




2. Hələb türkmənləri.

Hələb türkmənləri arasındakı bayındırların sayı II Səlim dövründə vergi mükələfiyyətli 250 nəfər idi. Hüseyn Kətxuda­nın idarəsindəki bu oymağın kiçik bir qolu da eyni dövrdə An­təb bölgəsində yaşayırdı1.



3. Yeni-el.

Yeni-eldəki bayındırlar Hələb türkmənləri arasında yaşayan bayındır­la­rın bir qoludur. Bu qol da özlüyündə iki qola ayrıl­mışdır. 125 nəfər vergi ve­rən əhalisi olan birinci qol Bay Qoca adlı bir kəndxudanın buyruğunda, 111 nəfər vergi verən əhalisi olan ikinci qol isə Hələb türkmənlərinin başçısı Hüseyn Kətxu­danın oğlu Savçının idarəsi altındadır2. Yeni-eldəki bayındır­la­­rın 1688-ci ildə baraqlarla və digər bəzi oymaqlarla birlikdə Si­vas əya­lə­ti­nə tabe bir yerin tarlalarını öz heyvanlarına yedir­dik­ləri və evlərini yandır­dıq­ları xəbər verilir3. Bir az sonra onların Rüstəm Kətxuda oğlu Xalid bəyin rəhbərliyi altında 1101-ci il­də (1690) Avstriya səfərinə çağrıldıqları mə­lum­dur4. Bir il son­ra bayındırlara Rəqqa bölgəsinə yerləşmək əmr olunmuş­dur5. Ancaq onlar çox keçmədən yerləşdikləri yerlərdən qaç­sa­lar da,6 yaxa­la­nıb təkrarən Rəqqaya göndərilmişlər. Bundan son­­­ra Rəqqa bölgəsində qa­lan ba­yındırlar bəydili, cərid və di­gər boylarla birlikdə ərəb və kürd əşirət­lərinə qar­şı vuruşmuşlar.

Bayındırlar XIX əsrdə bəydili və baraqlar kimi Antəb böl­gə­sinə gələrək burada kəndlər salmış və yerləşmişlər. Hazırda onlar 5 obaya ayrılmışlar. On­lardan biri - keçmiş bəyləri Xalid bəyin adını almış xalidli obası Su­ri­yadakı Çobanbəyli kəndində yaşayır. Bu bayındırlar babalarının Sivasdan Rəqqaya sürul­muş olduqlarını hələ də unutmamışlar1.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin