2. Dulqədirli.
a) Maraşdakı dulqədirli ulusu arasında yaşayan eymür oymağı böyük bir təşəkküldür. 1525-ci ildə bu eymürlərin 48 obadan ibarət olduğu bilinir. Bu obaların çoxu Maraş və ona bağlı Pazarcıq, Quru pınar və Haruniyyə nahiyələrində qışlayır, Axır və Sandıq dağlarına yaylağa çıxırdılar. Onların əksəriyyətinin qışlaqlarda əkinçilik etdiyi, hətta bəzilərinin çəltik yetişdirdikləri də məlumdur. Maraş bölgəsindəki eymürlər XVI əsrin ikinci yarısından etibarən Maraş və Antəb kəndlərində yerləşməyə başlamışlar.
Dulqədirli ulusunun başlıca oymaqlarından biri olan küşnə isə Eymür oğlu adını daşıyır. Görünür, oba öz adını Eymür adlı bir şəxsdən almışdır.
b) Kars (Qədirli) bölgəsində yaşayan eymürlər 971-ci ildə (1563/1564) on üç qola ayrılmışdılar. Onlar da Maraş bölgəsindəki qardaşları kimi qışlaq və yaylaqlarda iki cəbhəli həyat yaşayır, qışlaqda əkinçiliklə, yaylaqda heyvandarlıqla məşğul olurdular. Bu eymirlər öz adlarını Eymir adlı bir bəydən alırlar. Həmin il (971) hamısı da sipahi və sipahizadəganlar olan Eymirin oğullarını da müşahidə edirik.
c) Boz-ox bölgəsindəki eymir təşəkkülü gündəşlüdən bir qol ilə birlikdə qara yuvaçılı oymağını meydana gətirir. Bu eymir təşəkkülü Maraş eymirlərinin bir qolunu təşkil edirdi2.
3. Yeni-el.
Yeni-eldəki eymirlər Hələb türkmənləri arasındakı eymirlərin bir qolundan meydana gəlmişdir. III Murad dövründə Yeni-el eymirləri Əhməd Kətxuda (110 nəfər vergi verən əhali), əfşarlı eymiri (27), Səncərli eymiri (44), Polad Kətxuda eymiri (34), Məhmət Kətxuda eymiri (11) adlı yeni qollara ayrılmışlar3. Onlar haqqında bildiyimiz ən son şey Yeni-el eymirlərindən 50 evlik bir camaatın 1102-ci ildə (1690-1691) Qır-şəhirdəki Tokat icarə torpağına bağlı Nüsrətli kəndinə yerləşmələridir4. Bunlardan başqa, dulqədirli eymirinə mənsub 45 nəfərlik bir eymir obasının da Yeni-eldə yaşadığını və əkinçilik etdiyini bilirik.
4. Boz-ulus.
III Səlim dövrundə Boz-ulus arasında Hacı Süleyman Kətxudanın rəhbərlik etdiyi 148 nəfər vergi mükəlləfiyyətli bir eymir oymağı müşahidə olunur5. Bu oymaq Hələb türkmənləri, yaxud dulqədirli ulusu arasında yaşayan eymirlərin bir qolu idi.
Dostları ilə paylaş: |