5. Hamid sancağı.
Bu sancağın Əyridir qəzasındakı yörüklər arasında həmin boya aid bir oymaq vardır ki, onun vergi mükələfiyyətli əhalisi 72 nəfərdir.
6. Məntəşə.
Məntəşə sancağında yaşayan iğdir oymağı bu sancaqdakı böyük təşəkküllərdən biri olan xorzumlu obaları arasındadır. İğdir İsa kimi bir ad daşıyan bu obanın Qanuni dövründə 99 nəfər əhalisi (vergi verən) var idi4.
7. Atçəkən.
II Bəyazid dövründə Aksaray bölgəsindəki təşəkküllər arasında bu adda 5 nəfərlik çox kiçik bir oymaq vardır.
8. İran.
Farsdakı qaşqay adlı böyük türk icması arasında 500 evlik bir iğdir oymağı vardır5.
Dostları ilə paylaş: |