Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə85/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   81   82   83   84   85   86   87   88   ...   128
9. Xəzərarxası türkmənləri.

İğdir boyundan mühüm bir qol da qədimdən bəri eymür, dö­yər, çavuldur, karkın və salur boyuna aid qollarla birlikdə Manqışlaq yarımadasında yaşa­yır­dı1. XIX əsrin ikinci yarısında bu iğdirlər çavdura (çavuldur, çavundur) tabe olaraq çavdurla­rın digər obaları kimi Aral ilə Xəzər dənizi arasındakı bölgədə yaşayırdılar2. Hazırda köklən türkmənləri arasın­dakı 150 evlik Çar­var İğdir adlı obanın3 bu iğdirlərin cənuba köç etmiş bir qis­mi olduğu şüb­hə­sizdir.

Manqışlaqdakı iğdirlərdən bir bölüyünün də çavuldur və soy­naçılara aid bölüklərlə bərabər XVIII əsrdə Şimali Qafqaza köç etdiklərindən və sonra bunların Stavropol türkmənləri adı ilə yad edildiklərindən daha əvvəl bəhs olunmuşdu.

22. BÜĞDÜZ

Rəşidəddindəki fəsildə bu boya mənsub Quzuçu adlı bir bəy­dən bəhs edilir. Orada Quzuçunun son oğuz yabğusu Əli xa­nın oğlu Şah Məlikin ata­bəyi kimi adı çəkilir4. Dədə Qorqud dastanlarındakı «bıyığı qanlı» kimi təs­vir edilən Əmən bəy də büğdüzdən göstərilir. Bunlar büğdüz boyu­nun oğuz­ların islamdan əv­vəlki tarixlərində və islam dinini qə­bul etdikdən sonrakı döv­rün ilk za­manlarında dastanlarda əks-səda doğuracaq dərəcədə bir rol oy­nadığını gös­tərir.

Büğdüzlərə aid Anadoluda 22 yer adı qeydə alınmışdır5. Buna görə büğ­düzlər Rəşidəddinin siyahısında olduğu kimi, bi­zim bu yer adları cədvəlində də son yerlərdə (17) dayanır. Bu­nunla bərabər, bu yer adları büğdüzlərin də Anadolunun fəthi və məskunlaşdırılmasında digər qardaş boylarla yanaşı ol­duqca mühüm bir rol oynadıqlarını göstərir. Lakin həmin boya aid XVI əsr­də ancaq kiçik bir büğdüz oymağı mövcuddur. Hələb türkmənləri arasında görünən bu büğdüz oymağı 65 vergi evi qədərdir. Dəftərdə bu büğdüzlərin Hama tərəflərində yaşadıq­ları yazılmışdır6. XVI əsrdəki bu 22 büğdüz yer adından bu gün ancaq üçü qal­mışdır7.

23. YIVA

Səlcuqlular dövründə adı tez-tez çəkilən boylardan biri də yıvalardır. Kaşğari1 bu boyun adının iva, yava, yıva, yafa və avva kimi deyilmə şəklini təsbit etmişdir. XII əsrdə onlardan əl-ivaiyyə və ya iva şəklində bəhs edilir. Təhrir dəftərdərində isə iva və yıva imlaları özünü göstərir.



Səlcuqlular dövründə yıvalar


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin