Büğdüz Əmən: boz-oxlar qolundan olduğu göstərilir. Halbuki büğdüz boyu üç-oxların boyudur. Boz-oxların Aruzdan sonra gələn ən nüfuzlu bəyi kimi nəzərə çarpır. Ləqəbi «bıyığı qanlı»dır, bundan əvvəl adı çəkilən Yeynəyin dayısıdır. Peyğəmbərin üzünü görən yeganə oğuz bəyi olduğu söylənir. Aruz ilə Qazan arasındakı düşmənlik və döyüşlərdə Büğdüz Əmənin də adı çəkilir2.
Dülək Evrən: Eylik Qocanın oğludur; ləqəbi «dönəbilməz»dir. Bu ləqəbi nəyə görə aldığı aydın deyil. Onun Ağ Məlik Çeşmə (?) qızı ilə nikahlandığı və Sofi Sandal (?) məliyə qan qusdurduğu söyləndiyi kimi, «öz adına xorlanıb eldən çıxdığı» da yazılmışdır. Bu ibarənin inandırıcı izahı verilməmişdir. Bu ibarə Dülək Evrənin öz dəyərini bilməyərək, ailəsini, boyunu və elini buraxıb getdiyini izah etmək məqsədimi güdür? Dülək Evrən boz-oxlardan idi. Son dastanda Aruzun əyanları arasında adı çəkilir3.