Alp Rüstəm: oğuz bəylərindən adı türkcə olmayan iki bəydən biridir (o biri Şir Şəmsəddindir). Atası boz-ox bəylərindəndir, adı Düzəndir, sonuncu dastanda da adı çəkilir. Orada Alp Rüstəm üç-oxlardan Ənsə Qoca oğlu Oxçu ilə savaşacağını söyləmişdi4. Alp Rüstəmin Təpəgöz ilə vuruşması da qeyd edilir1. Bu, Təpəgözün üç-oxlardan daha çox boz-oxlarla düşmən olduğunu təsdiq edir. Alp Rüstəm özünü «iki qardaş bəbəyin öldürüb zəlil gəzən» kimi tanıdır2.Bu acınacaqlı hadisənin necə və nə şəkildə baş verdiyi barədə təfsilat yoxdur.