Boz-ox (bugünkü Yozqat bölgəsi): bura daha əvvəl də qeyd etdiyimiz kimi, qara tatar deyilən monqolların başlıca məskəni idi. Teymurun qara tatarların çoxunu özü ilə birlikdə Türküstana aparmasından sonra XV əsrin ilk illərində boz-ox türkmənləri, yəni dulqədirli eli ilə Hələb türkmənlərinə mənsub təşəkküllər çətinlik çəkmədən burada yurd saldılar. Aşağıda yörələr üzrə sadalanacaq oymaqlar arasında tatarlardan başqa yerli təşəkküllər olub-olmadığını dəqiq surətdə təsbit etmək bu gün çox da mümkün deyildir.
Gədük. Qara yəhyalu, dəlu Əlilu, ağcalu (ən mühüm obası: hacılar), ağqoyunlu (dulqədirlidən), şam bayatı (dulqədirlidən).