7. Qarahisar (Afyon). Yenə başqa bir sənəddən bu boya mənsub bir oymağın da Qara Hisar sancağının Sandıqlı qəzasında yaşadığı bilinir. 967-ci il (1559/1560) tarixli bir sənəddə Sandıqlıya bağlı kayı oymağının həmin qəza daxilindəki bir kənd camaatı ilə Qaplan Alanı adlı bir yaylaq üstündə çəkişdiyindən bəhs edilir3. Bu oymağa da təhrif dəftərlərində rast gəlmədik.
8. Sis (Kozan). Anadoludakı sonuncu kayı təşəkkülü Sis (Kozan) sancağı oymaqları arasında görünür. 29 evdən (xanə) ibarət olan bu kiçik kayı oymağı Kutlu bəy-Hacılu adlı bir təşəkkülə tabedir. Dəftərlərdə bu təşəkkül həmin sancaqdakı əfşar, kacurqalı, ayru damlu, savcı-haculu adlı böyük təşəkküllər kimi tayfa gəlməsi ilə adlandırılsa da, əhalisi çox az, yəni vergi verən 42 evlidir4. Bununla birlikdə, bu tayfanın savcı-hacıluların bir qolu olması mümkündür. Beləliklə, XVI əsrdəki kayılar haqqındakı məlumat bundan ibarətdir.
Yuxarıda araşdırmalarımızın bir nəticəsi olaraq kayıların XVI əsrdə Anadoluda ən çox yer adına və hətta oymaqlara sahib bir boy olduğunu söyləmişdik. Bunlar oğuzların islamiyyətdən əvvəlki tarixlərində mühüm bir mövqeyi olan bu köklü təşəkkülün eyni zamanda Anadolunun fəthində və məskunlaşdırılmasında ən böyük rolu oynamış bir boy və ya bir neçə boydan biri olduğunu göstərməkdədir.
XVI əsrdə Anadoludakı bu 94 kayı yer adından Daxili İşlər Nazirliyinin «Türkiyədə məskun yerlər qılavuzu» adlı kitabında ancaq 25-i var5. Kayı adlı bu kəndlərdən biri də Təkirdağdadır.
Dostları ilə paylaş: |