1. Hələb türkmənləri.
Hələb türkmənləri arasında yaşayan döyər oymağı Qanuni dövrünün ilk illərində Hələb döyəri və Həma döyəri olmaq üzrə iki qola ayrılmışdır. Bunlardan Qorxmaz və Mahmud kətxudaların idarəsindəki Hələb döyəri oymağı 230 vergi evindən ibarət idi. Həma döyəri özü də iki qola ayrılmış və onlardan biri 163, digəri 36 vergi evli idi. XVI əsrin ikinci yarısında digər türkmən oymaqları kimi, bu döyərlərin də sayının artdığı görünür4.
Bu döyərlər XVIII əsrin sonlarında Həma-Xümus tərəflərə yerləşdirilmək istənən oymaqlar arasında olmuşlar1. Lakin bu yerləşdirmə təşəbbüsünün heç də müvəffəqiyyətlə nəticələnmədiyini bilirik. Həmin səbəbdən bu döyərlərin bir müddət yenə əski yaşayışlarını davam etdirdikləri, sonra tam oturaq həyata keçdikləri söylənə bilər.
2. Dəməşq.
Dəməşq ətrafında yaşayan türkmən icması arasında döyərlər kiçik bir oymaq olub Qanuni dövründə ancaq vergi mükəlləfiyyətli 50 nəfər əhalisi vardı2.
Dostları ilə paylaş: |