3. Ruha (Urfa).
XVI əsrdə bu bölgədə yaşayan böyük oymaqlardan biri döyərlü adını daşıyırdı. Bu oymağın kürd olduğu göstərilir. Ancaq onu meydana gətirənlər arasında Bayram, Gündoğmuş, Budaq, Yağmur, Qaya, Tanrıverdi, Durmuş, Dündar, Satılmış və hətta Karkın kimi türk adları daşıyan şəxslər görünür3. Bu onların əslən türk olduqları ehtimalını qüvvətlə ortaya qoyur. Döyərli (yerli tələffüz: düyərlü) oymağı Urfanın cənub-şərqində yaşayırdı. Həmin yer indi də onların adlarını daşıyır.
1747-ci ildə döyərlülər milli adlı qələbəlik və yağmaçı kürd oymağının hücumuna uğramış, lakin Hələb valisi Raqib paşanın vaxtında müdaxilə etməsi nəticəsində böyük zərər çəkməmişdir4. Urfa bölgəsindəki bu döyərlülər Salim bəy ailəsinə mənsub idilər.
Dostları ilə paylaş: |