Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə45/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   41   42   43   44   45   46   47   48   ...   128
XVI və XVII əsrlərdə əfşarlar

1. Hələb türkmənləri.

Xüsusilə birinci hissədə göstərildiyi kimi, ağqoyunlu və sə­fəvi dövlət­lə­rinin əsgəri baxımdan osmanlı və məmlük dövlət­lərinin əksinə olaraq, türk kö­çəri təşəkkülünə əsaslan­ması sayə­sində Cənub-Şərqi Anadolu və Şi­mali Su­riya­dakı türk icmala­rın­dan mühüm elatların İrana getmələrinə səbəb ol­muşdur ki, onların arasında əfşarlara mənsub oymaqlar da vardı. Buna görə də, osmanlı hakimiyyətinin əvvəllərində Hələb türkmən­ləri arasındakı əfşar­lar həmin icmanın digər oymaqları kimi böyük nüfuza sahib deyildilər. Yəni İrana köç səbəbilə onların əhalisi azalmışdı. Qanuni Süleyman döv­rünün ilk illərində Hə­ləb türkmənləri arasında köpəkli əfşarı və gündüzlü əfşarı qol­ları ilə bərabər bir müstəqil əfşar oymağı da müşahidə olunur.

Köpəkli əfşarı həmin dövrdə Dukak bəy oğlu Əmənlik bə­yin idarəsi al­tın­da idi. Bu bəyin yuxarıda bəhs edilən Köpək oğulları ailəsindən olduğu bi­li­nir. Bu zaman onlar 15 obaya ay­rılmışdılar. Onların arasında köçəkli, sək­kiz, alplı və dəlilər, Ay Doğmuş bəyli kimi obaları qeyd etməyə dəyər. Ay Doğmuş bəyli obası, şübhəsiz, öz adını Köpək oğlu Ay Doğmuşdan alır. Sək­kiz obası XVI əsrin ortalarında Sürucun Şeyx Çoban kən­din­də yerləş­mişdi. Alplıya gəlincə, bu obadan mühüm bir qo­lun İrana getdiyi məlumdur. Dəlilərin isə son illərə qədər öz varlığını davam etdirdiyi müşahidə olunur. Köpəkli əfşarının Yeni-el və Boz-ulusda da bəzi qolları vardır ki, bunlardan aşa­ğıda bəhs ediləcəkdir. Gündüzlü əfşarı isə daha az saylı olub 8 obadan iba­rət idi. Bu, onların çoxunun İrana getməsi ilə izah oluna bilər. Müstəqil əf­şar oymağına gəlincə, bu oymaq XV əs­rin ikinci yarısında cəmisi 158 ver­gi evindən ibarət idi. Dəf­tər­lərdəki qeydə görə, məmlük dövründə iqta sahi­bi olan bu oy­maq Osmanlı dövründə də bu iqtanı qorumuşdur1. XVI əsrdə Türkiyədə köçəri və oturaq xalq arasında əhali artımına uyğun olaraq bu əfşarların sayı da artmışdır. Həmin əsrin ikinci yarı­sında həm oturaq, həm də köçəri camaatın başçısı olan əski bəy ailələri ortadan qalxmışdı. Bu hadi­sə­nin qaneedici izahı veril­mə­mişdir. Bununla bərabər, oymaqlara mənsub ailələrdən bir ço­xu­nun İrana getmiş olduğu düşünülə bilər. Nəticədə oymaq­ların başındakı bəy ailələrinin yerini obaları idarə edən və ağa ünvanını daşı­yan kəndxuda ailələri almışdır2. Eyni proses əf­şarlarda da getmişdir. 989-cu ildə (1579/1580) əfşarla­rın başın­da Rəcəb, Bəhri və Kiçik Minnət adlı kənd­xudalar dururdu. On­lardan Rəcəb və oğulları o qədər qüdrətli olmuşlar ki, XVII əsr­də əfşarlar çox zaman rəcəbli əfşarı adı ilə tanın­mışlar1. On­ların hələ XVI əsrin ikinci yarısında Kay­serinin şərqində, Za­mantı çayı boyunda yaylağa çıxdıqları bilinir.

Əfşarlar Rəcəb oğullarının rəisliyində 1098-ci ildə (1687) Avs­triya səfə­rin­də iştirak etmiş2, 1101-ci il (1090) səfərinə də ça­ğırılmışlar. Bu son səfər­də əfşarlar aşağıdakı bəylərin başçı­lığı altında 200 atlı ilə iştirak etmişlər:

Rəcəb oğlu Xəlil bəy

Rəcəb oğlu Dana Murad bəy

Çərkəz oğlu Hacı Mustafa bəy

Çərkəz oğlu Ömər bəy

Dəli Seyf oğlu Mirə Müəmmər bəy

Bəhri oğlu Hümmət bəy

Qara Gündüz oğlu Qara Xəlil Kətxuda

Kor Əli oğlu Gündüz Kətxuda

Hacı İvaz oğlu Doqquz İbrahim bəy

Hacı İvaz oğlu Abaza bəy

Qara Gündüz oğlu Murad bəy3.

Bu adlara baxaraq əfşarların beş əsas ailə (yəni Rəcəb, Çər­kəz, Bəhri, Qara Gündüz, Hacı İvaz) tərəfindən idarə olun­duqları, hətta onların adlarına nis­bət adlandıqları anlaşılır: rə­cəbli əfşarı, bəhrili əfşarı, qara gündüzlü əf­şarı.

Yuxarıdakı əfşar bəylərinin adları arasında Çərkəz və Aba­za adları diq­qə­ti cəlb edir. XVI əsrin ikinci yarısında Boz-oxda uzun müddət sancaq bəyi olan türk mənşəli İsa bəy oğlu Çər­kəz adlı bir bəy vardı. Əfşarlar Çərkəz adı­nı o bəyin xatirə­sin­dən almış ola bilərlər. Yaxud ellərindəki çərkəz və ab­xaz kölə­ləri buna səbəb ola bilər. Bu xüsus nə olursa-olsun əfşar bəy a­i­lə­si­nin zəmanəmizədək gələn nəvələri arasında Çərkəz adlı şəxslər var. Hətta Çərkəz adlı bu əfşar bəylərinin şöhrə­tindən do­layı Çuxurovada əfşar olma­yan başqa bəy ailələri arasında da bu adı daşıyan adamlara təsadüf edilir. An­caq qəribə bir tə­sadüfdür ki, əfşar bəylərinin adını daşıdığı qövm, yəni çərkəz və abxazlar XIX əsrin ikinci yarısında Qafqazdan Türkiyəyə gə­lər­kən onların mühüm qismi məhz əfşarların yaylaqlarına yerləşdirilmişdi.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin