Obanın adı
|
Yaşadığı kənd
|
Qəza
|
Nahiyə
|
1.Qara şeyxli
|
Xan köyü
|
Pınarbaşı
|
Pazar-örən
|
|
Kültəpə
|
Pınarbaşı
|
Pazar-örən
|
|
Kaman
|
Tomarza
|
Toxlar
|
|
Şamanlı
|
Tomarza
|
Toxlar
|
|
Ala
|
Tomarza
|
Toxlar
|
|
Arslanbəyli
|
Tomarza
|
Toxlar
|
2.Qoca nallı
|
Solaqlar
|
Pınarbaşı
|
Mərkəz
|
|
Əmir uşağı
|
Tomarza
|
Toxlar
|
|
Qara pınar
|
Tomarza
|
Toxlar
|
|
Arslan Taş
|
Tomarza
|
Toxlar
|
|
Çanaq qonağı
|
Tomarza
|
Toxlar
|
|
Sarız
|
Sarız
|
Mərkəz
|
|
Yalaq
|
Sarız
|
Mərkəz
|
|
Kəmər
|
Sarız
|
Mərkəz
|
|
Qızıl pınar
|
Sarız
|
Mərkəz
|
|
Quşçu
|
Sarız
|
Mərkəz
|
|
Qara yurd
|
Sarız
|
Mərkəz
|
|
Oğlan qayası
|
Sarız
|
Mərkəz
|
|
Ayranlıq
|
Sarız
|
Mərkəz
|
|
Molla Hüseynlər
|
Sarız
|
Mərkəz
|
|
Altı söyüd
(qismən)
|
Sarız
|
Mərkəz
|
|
Hacı Vəlilər
|
Sarız
|
Mərkəz
|
|
Day holuq
|
Sarız
|
Mərkəz
|
3.Xəlil oğlu1
|
Qaramanlı
|
Pınarbaşı
|
Mərkəz
|
|
Qadılı
|
Pınarbaşı
|
Pazar-örən
|
|
Qızıl-örən
|
Pınarbaşı
|
Pazar-örən
|
|
Dəmirçili
|
Pınarbaşı
|
Mərkəz
|
|
Həsirçi
|
?
|
?
|
4.Qara Rəcəb2
|
|
|
|
a.Ərəb Həsənlər
|
Qaramuqlu
|
Tomarza
|
Toxlar
|
|
İcadiyyə
|
Tomarza
|
Toxlar
|
|
Taxta-kəmər
|
Tomarza
|
Toxlar
|
|
Zəlhin
|
Tomarza
|
Toxlar
|
|
Pazar-örən
(nahiyə mərkəzi)
|
Pınarbaşı
|
Pazar-örən
|
b.Hacı Mustafa1
|
Xassə
|
Pınarbaşı
|
Pazar-örən
|
|
Sözgün
|
Pınarbaşı
|
Pazar-örən
|
c.İbrahim bəy2
|
Söyüdlü (qismən)
|
Tomarza
|
Mərkəz
|
|
Taf (qismən)
|
Tomarza
|
Toxlar
|
|
Toxlar (qismən,
nahiyə mərkəzi)
|
Tomarza
|
Toxlar
|
|
Madrasan (qismən)
|
Tomarza
|
Toxlar
|
|
Kəsr (qismən)
|
Tomarza
|
Toxlar
|
5.Cingöz oğlu3
|
Sindal
|
Pınarbaşı
|
Pazar-örən
|
|
Çördük 4
|
Pınarbaşı
|
Pazar-örən
|
|
Ağ hin
|
Tomarza
|
Toxlar
|
6.Xəlil Paşa oğlu
|
Gözəlçə
|
Tomarza
|
Toxlar
|
|
Məlik viran
|
Tomarza
|
Toxlar
|
|
Canlılı
|
Tomarza
|
Toxlar
|
7.Torun5
|
Potuxlu
|
Pazar-örən
|
Mərkəz
|
|
Altıbarmaq
|
?
|
?
|
|
Yerəkeçən
|
Pazar-örən
|
Pazar-örən
|
|
Orucoğlu
|
Pazar-örən
|
Pazar-örən
|
|
Damızlıq
|
Sarız
|
Pazar-örən
|
|
Qara pınar
|
Sarız
|
Pazar-örən
|
|
Söbə-çəmən
|
Sarız
|
Pazar-örən
|
|
Dəştia
|
Sarız
|
Pazar-örən
|
|
Çavdar
|
Sarız
|
Pazar-örən
|
|
Yeddi holuq
|
Sarız
|
Pınar-örən
|
|
Qısqaclı
|
Sarız
|
Pazar-örən
|
|
Çəmən
|
Sarız
|
Pazar-örən
|
8.Dəllər (Dəlilər)6
|
İydəli
|
Pınarbaşı
|
Mərkəz
|
|
Qızıl dərə
|
Pınarbaşı
|
Mərkəz
|
|
Əməgdil
|
Pınarbaşı
|
Mərkəz
|
|
Bağçacıq
|
Pınarbaşı
|
Mərkəz
|
|
Gurlayan
|
Pınarbaşı
|
Mərkəz
|
|
Taxtalı
|
Pınarbaşı
|
Mərkəz
|
|
Qılın qışla
|
Pınarbaşı
|
Pınar-örən
|
|
Onqurçular
|
Pınarbaşı
|
?
|
9.Türkmən əlilər
|
Sarız
|
Sarız
|
|
|
İncə dərə
|
Sarız
|
|
|
Əsirlik
|
Sarız
|
|
Əfşarlardan Qara Rəcəbin şəcərəsi: 123
Bu şəcərədəki Qara Rəcəbli 989-cu ildə (1581) haqqında danışılan Rəcəb Kətxuda eyni adam olmalıdır. Rəcəb Kətxudaya tabe əfşarlar daha sonrakı əsrlərdə rəcəbli əfşarı adı ilə tanındılar. İəcərədə Rəcəbin nəvəsi kimi göstərilən Hacı Mustafa bəy 1101-ci ildə (1690) Avstriya səfərinə çağrılan Çərkəz oğlu Hacı Mustafa bəy ola bilər. Ancaq Hacı Mustafa bəy, göründüyü kimi, Ərəb Həsənin oğlu və Rəcəbin nəvəsi deyil, Çərkəz adlı bir adamın oğludur. Şəcərədəki İbrahim bəy isə Avstriya səfərinə çağrılan Doqquz İbrahim bəy ola bilər. Bəkir bəy 1124-cü ildə İstanbula gələn rəcəbli əfşarı boy bəyi Bəkir bəy olmalıdır. Şəcərənin əsil bəy ailəsi qolunda üçüncü sırada görünən Çərkəz bəyə gəlincə, onun 1273-cü ildə (1856) əfşar bəyi olduğunu, oğlu Hacı bəyin isə Firqeyi-İslahiyyənin gəlişi zamanı (1281-1865) əfşarların başçısı olduğunu bilirik. Arxivlərdə əfşarlara dair yeni sənədlər tapıldıqca bu şəcərənin nə dərəcədə doğru olduğu bilinəcək, onların sayəsində əfşarların vuruşmalarından bəhs edən bəzi şerlərin izahını da vermək mümkün olacaqdır.
İran əfşarları (avşarları)
Bu fəslin başlanğıcında XII əsrdə İranın Xuzistan əyalətində Arslan oğlu Yaqubun, sonra isə Şumla və oğullarının idarəsində əfşarların yaşadıqlarını görmüşdük. XV əsrin sonlarına doğru bu ölkədə əfşarlara təkrarən rast gəlirik ki, onlar ağqoyunlu fəthi nəticəsində Anadoludan gəlmiş əfşarlar idi. Onların başında Mənsur bəy dururdu. Səfəvi dövlətinin qurulması ilə əlaqədar Hələb türkmənlərindən və dulqədirli ulusundan olmaq üzrə İrana yeni əfşar oymaqları gəldi. İrandakı böyük əfşar varlığını Anadoludan gələn bu əfşar oymaqları meydana gətirdilər. Onlar müxtəlif bölgələrdə yaşayır və ayrı-ayrı bəylərin idarəsində bulunurdular. Bu daha çox onların İrana müxtəlif zamanlarda köçmələri ilə əlaqədardır.
1. Mənsur bəy (Kuh-Giluyə) əfşarları.
Daha əvvəl də deyildiyi kimi, əfşar Mənsur bəy Uzun Həsən bəyin hələ ağqoyunluların başçısı olmazdan əvvəl onun yaxın nökərləri (yoldaş) arasında idi1. Qüvvətli bir ehtimala görə, Mənsur bəy Suriya əfşarlarına mənsub idi. Həsən bəyə sədaqətlə xidmət etdikdən sonra İran fəth olunanda tabeliyindəki əfşarlarla bu ölkəyə gəlmiş və Kuh-Giluyə valisi təyin olunmuşdu. Uzun Həsən bəyin oğlu Fars valisi Xəlil Mirzənin 1467-ci ildə təşkil etdiyi rəsmi keçiddə Mənsur bəy də öz əsgəri birliyi ilə iştirak eləmişdi2. Mənsur bəyin Otluq beli (paytaxt) müharibəsində iştirakına dair Rumlu Həsən bəyin3 sözlərinə inanmaq müşküldür.
1497-ci ildə ağqoyunlu taxtını ələ keçirmək üçün hərəkətə keçən Məhəmməd Mirzə Şirazı Pürnək Qasım bəyin əlindən alaraq Mənsur bəyə vermişdi4. Pürnək Qasım bəy Azərbaycan hakimi ağqoyunlu Əlvənd və onun bəylərbəyisi İbə Sultan tərəfindən Farsa göndərilsə də, əfşarlar onu məğlub etmiş, hətta Qasım bəyi əsir almışdılar5. Yenə Məhəmməd Mirzənin əmirlərindən Piri bəy adlı bir əfşar bəyi vardı ki, o, Məhəmməd Mirzə ilə Sultan Murad arasında baş verən bir döyüşdə ölmüşdür6.
Mənsur bəyin sonra İraqi-Əcəmə və Farsa hakim olan ağqoyunlu Sultan Muradın 907-ci ildə isə Farsı idarə edən ağqoyunlu Əbülfət bəyin xidmətində olduğunu görürük1. Az sonra Şah İsmayıl qızılbaş türk oymaqlarının başında ağqoyunlu hakimiyyətinə son qoyaraq Səfəvi dövlətini qurmuşdur. Mənsur bəy də bir çox digər ağqoyunlu bəyləri kimi gənc qızılbaş hökmdarına itaət etdiyini bildirmış və 911-ci ildə (1505) Fars valisi təyin olunmuşdur2. Lakin Mənsur bəyin valiliyi çox az müddət davam etmiş, onun tutduğu vəzifə Xəlil Sultan titulu ilə zülqədər (dulqədir) boyundan Sarı şeyxli obasının rəisi Əmət bəyə verilmişdir.
Ağqoyunluların yüksəliş, tənəzzül və nəhayət süqutuna şahid olan, axırda isə qızılbaş tacını geyən əfşar Mənsur bəyin ölüm tarixi bilinmir. 941-ci ildən (1534) əvvəl Kuh-Giluyə valisi olan Əlvənd xan hər halda Mənsur bəyin oğlu idi.
Həmin il öldürülən Əlvənd xanın yerinə Şahrux Sultan ünvanı ilə Kuh-Giluyə valisi təyin olunan Məhəmməd Mirzə Mənsur bəyin nəvəsi idi3. Şahrux Sultandan sonra Kuh-Giluyəyə 965-ci ildə Rüstəm xan təyin edilmişdir4. Ondan sonra burada Xəlil xanı görürük ki, o da Mənsur bəyin soyundan idi. Xəlil xan 10.000 əfşara sərkərdəlik edirdi. Xəlil xan və oğlu Rüstəm bəy 988-ci ildə (1580) Düzməcə (Yalançı) İsmayıl (Qələndər) tərəfindən öldürüldükdə Kuh-Giluyə valiliyinə Xəlilin qardaşı oğlu İskəndər xan təyin olundu5. O, Farsdakı dülqədirlilərin köməyi ilə Yalançı İsmayılı öldürsə də, özü Xəlil xanın kiçik oğlu Şahqulu tərəfindən öldürülmüşdür. Lakin Şahqulu da öz qohumu Əbdüllətif bəy oğlu Həsən bəyin müxalifəti ilə qarşılaşmış, bir müddət hər ikisi Kuh-Giluyədə düşmən kimi yaşamış, nəhayət, Şahqulu xan 998-ci ildə (1590) Şirazda Həsən xan tərəfindən qətlə yetirilmişdir6.
Daxili qarışıqlıqdan faydalanan Həsən xan Kuh-Giluyəni bir müddət müstəqil idarə etdikdən sonra 1003-cü ildə (1594/1595) şahın əmri ilə xan tərəfindən qardaşı və oğulları ilə birlikdə həbs olunmuş, Kuh-Giluyə valiliyinə Kazerun hakimi Əfşar Əmir xan təyin edilmişdir7. Həsən xandan daha heç harada bəhs edilməməsinə baxsaq, hökm verə bilərik ki, o, Şah Abbasın əmrilə öldürülmüşdür. Qardaşı və oğulları Qəhqəhə qalasında həbs olunmuş və 1018-ci ilədək (1609-1610) burada qalmışlar. Həmin il orada vaqe olan bir hadisədə şaha sədaqət göstərərək bağışlanmış və qoruqcular sırasına qəbul olunmuşlar1. Ancaq əfşarlar Əmir xanı vali kimi tanımayaraq Xəlil xanın nəvəsi Əbülfət bəyi özlərinə başçı seçdilər. Şah Abbas əfşarların bu itaətsizliyinə qəzəblənərək Fars əyalətinə qul nəslindən Allahverdi xanı göndərdi. Allahverdi xan Farsa gələrək üsyankar əfşarları cəzalandırdı və özü kimi qul nəslindən olan bir adamı Kuh-Giluyə valisi təyin etdikdən sonra geri qayıtdı2.
Kuh-Giluyə əfşarlarının mühüm bir qismini gündüzlü və araşlı oymaqları təşkil edirdi. Ehtimal ki, araşlı bir yer adıdır. Hazırda Şüştər yörəsində yaşayan gündüzlülər Kuh-Giluyədəki gündüzlü əfşarının törəmələridnr.
Xuzistana gəlincə, Təhmasib dövründə əfşar Mehdiqulu xan Şüştər hakimi idi. Bu əfşar əmiri yuxarıda adı çəkilən Kuh-Giluyə valisi Əlvənd xan kimi mərkəzin əmrlərinə tabe olmadığı üçün onun dəyişdirilməsi lazım bilinmiş və bu işin icrası əfşar Heydərqulu Sultana tapşırılmışdı3. 949-cu ildə (1542/1543) Şüştər və Dizful valisi əfşar Əbülfət idi4. 1003-cü ildə (1594/ 1595) isə orada yenə əfşarlardan Şahverdi xanı görürük ki, həmin il təhqiqat üçün Şah Abbas tərəfindən göndərilən mehtərbaşı Murad bəy tərəfindən öldürülmüşdür5. Kuh-Giluyədəki gündüzlü əfşarının bir bölüyü sonralar Xorasanda Abivərd dolaylarına, digər bir bölüyü isə bir qrup əfşarla bərabər Urmiya bölgəsinə göndərilmişdir.
Dostları ilə paylaş: |