4. Boz-ox.
Bu bölgədə bir bayındır oymağı yaşasa da, onun haqqında məlumatımız çox azdır.
5. Tarsus.
Tarsus bölgəsində yaşayan və XIV-XVI əsrlərdə varsaq adlanan türkmən icması boy adları ilə kusun, ulaş, qum-təmür, göyçəlü və əlvanlı kimi bir sıra təşəkküllərə ayrılmışdı. Adı çəkilən təşəkküllərdən ulaş boyu 7 obadan meydana gəlmişdir ki, onlardan biri də bayındır obası idi. Bu bayındırların hələ 925-ci ildə (1519) qırx obacığa ayrıldığı bilinir2. Hər biri müstəqil tarlalara sahib olan bu obacıqların əhalisi birlikdə 828 nəfərdir (vergi verən). Bu rəqəmi 5 elə vursaq, bayındırların cəmisi 4.140 nəfər vergi mükəlləfiyyətli əhalisi olduğu barədə təxmini rəqəm əldə etmək olar.
6. İç-el.
II Bəyazid dövründə Silifkəyə bağlı Təkə kəndində 112 vergi evi olan bir bayındır oymağı yaşayırdı3.
Dostları ilə paylaş: |