Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə76/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   72   73   74   75   76   77   78   79   ...   128
1. Hələb türkmənləri.

Hələb türkmənləri arasındakı eymür oymağı Qanuni dövrü­nün ilk illə­rində 4 qola ayrılmışdı. Əffan Kətxudanın idarəsin­dəki birinci qolun əhalisi vergi ödəyən 177 nəfər idi. İkinci qol isə qaragöz adını daşıyır. Bu qolun əha­lisi 55 nəfər idi. Üçüncü eymür qolu Çarıq oğlu Əhməd Kətxudanın buy­ruğunda göstə­ri­lir. Onun əhalisi 86 nəfər idi. İlyas adlanan dördüncü qol di­gər qollardan ayrı yaşayırdı. Həm də bu qolun əhalisi digərlərinə nə­­­zərən çox az, cəmi 19 nəfər idi. 978-ci ildə (1570/1571) ey­mür oymağının vergi mü­kəlləfiyyətli əhalisinin sayı 453-ə yük­səlmişdi. Onlar XVII əsrdə də əski həyat tərzlərini davam et­dirmişlər3. Bu eymürlər də 1101-ci ildə (1690) təş­kil olunan Avstriya səfərinə çağrılmışlar. 100 atlı ilə bu səfərdə iştirak et­mə­lə­ri əmr olunan eymürlərə Hacı Qadir bəy və başqaları baş­çı­lıq edirdilər4. Hə­min ərəfədə eymür oymağı aşağıdakı əsas qol­lara ayrılmışdı: bunsuzlu ey­mür, dündarlu eymürü, tosun ey­­mürü, qaragözlü eymürü, çarıq eymürü, Əf­fan eymürü, san­caqlı eymürü, Yusif eymürü, Hacı Bayram eymürü, əf­şarlı ey­mürü.

Bu eymürlər 1104-cü ildə (1692/1693) Xümus sancağında yer­ləşdiril­miş­lər. Ancaq 1124-cü ildə (1713) eymürlərin bura­dan götürülərək Amik gö­­­lü yaxınlığındakı Murad paşa körpüsü dərbəndinə nəql edilmələri əmr olunsa da, bu qərar lazımi sə­viy­yə­də tətbiq edilməmiş və onların təkrar əv­vəl­ki məhəllə­rində yerləşdirilmələri qərara alınmışdır5.

Bu eymürlər XVIII əsrin ikinci yarısında da öz varlıqlarını davam etdi­rir­dilər. Niburun türkmən oymaqları siyahısında eymürlərin 500 çadır ol­duqları bildirilir1.




Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin