Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə95/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   91   92   93   94   95   96   97   98   ...   128
Salur Qazan bəy: bəylərin başı və onların hakimidir. Buna görə də das­tanlarda Salur Qazan bəy bəzən bəylərbəyi ünvanı ilə də yad edilir. Bu ifadə, yəni bəylərbəyi osmanlılardan daha əvvəl Türkiyə səlcuqlularında ol­muşdur. Ancaq oğuzlarda bir mə­murluq adı olaraq bəylərbəyi sözünün işlə­nib-işlənməməsini bilmirik. Qazan bəyin atasının adının Ulaş olduğu da söy­­lənilir; «Şəcəreyi-tərakimə»də isə Enkiş göstərilir. Salur Qazan das­tan­larda belə təriflənir: tülü quşun yavrusu, bezə (?) miskin umudu, Əmət su­yunun aslanı, Qaraçuğun qaplanı, qonur atın yiyəsi, xan Uruzun ağası, Ba­yındır xanın güveysi, qalın oğuzun dövlə­ti, qalmış yigit arxası»1.

Salur Qazan bəy öz qövmü üzərində unudulmaz xatirələr bu­raxmışdır. Türkmənlərin hər yerdə ataları kimi unutmadıqları iki şəxsiyyətdən biri odur (digəri Dədə Qorqud). Oğuz elinin başçısı, bəylərbəyi Qazan bəy dəyanətli, cəsur, özünə inanan, rəhmdil, comərd, xalqa qarşı şəfqətli, bəylərə qarşı nə­zakətli, tərifləri xoşlamayan bir şəxsiyyət kimi nəzərə çarpır. «Şəcəre­yi-tə­rakimə»dəki mənzumədə də onun düşmənə qarşı qazandığı müvəffəqiy­yət­lərdən və xalqa göstərdiyi yaxşılıqlardan bəhs olunur.

Bəylərbəyi Qazanın arvadı Burla xatun idi. Misirdə məm­lüklər dövründə türk dilinə dair yazılmış bəzi əsərlərdə, bur­la­nın üzüm mənasında olduğu söy­­lənilir2. Bu kəlmənin qıpçaqca olduğu başa düşülür. Buna görə də ortada iki ehtimal var: ya Burla xatun bir qıpçaq bəyinin qızıdır, ya da bu adı daşı­yan bir qıpçaq şahzadəsinin adını götürmüşdür. «Şəcəreyi-tərakimə»­də3 Bur­la xatun Sündün bayın qızı kimi göstərilir. Lakin bu Sündün bay haq­qın­da heç bir məlumat verilmir. Yenə orada Burla xatun bizim dastanda olduğu kimi, «boyu uzun» olaraq vəsf edilir. Lap əvvəllərdə «Şəcəreyi-tərakimə»yə mənbə olan «Oğuznamə»lərin bizim dastanlardan ayrı bir xüsusiyyətə ma­lik olduqları bildirilmişdi. Yenə «Şəcəreyi-tərakimə»də Burla xatun altın güz­gülü (aynalı) olaraq da vəsf edilir1.

Salur Qazan və Burla xatunun tək bir oğulları vardır ki, bu da Uruzdur (Urusdur). Bu ad hər halda xalq adı olan rus ilə ey­nidir. XIV əsrdə məmlük əmirlərindən bəziləri həmin adı daşı­yırdı, Qızıl Orda xanı Toxtamışın Urus Qoca adlı bir əmirini də tanıyırıq2. Qazan bəy nəyə görə oğluna bu adı qoymuşdu? Bu­na qaneedici bir cavab tapmaq hər halda asan deyildir. Qa­zanın dayısı, boz-oxların başçısı da (təxminən) eyni adı daşıyırdı: Aruz Qoca. «Şəcəreyi-tərakimə»də3 Urus od (atəş) gözlü kimi təsvir edilir.



Qara günə: Qazan bəyin qardaşı, bəylərin yığıncağında bö­­­­yük qardaşı­nın sağında oturardı. Qara Günənin də bir oğlu var idi, adı da Qara Budaq idi. Ona bəzən Dəli Budaq da de­yər­dilər. Şah Abbas dövründəki Çüxri-Sə’d (Sə’d Çuxuru - əsasən İrəvan bölgəsi) bəylərbəyisi Əmir Günənin bu oğuz bə­yi kimi eyni adı daşıdığını görürük. Əmir Günə qacar boyunun ağca­qo­yun­lu obasına mənsub idi, özü də Sarı Arslan ləqəbini daşı­yırdı. Boğaziçin­dəki Əmirgan məhəlləsi də bu bəyin adından qal­mışdır. Amma əsaslı olan misal Şah Abbasın hökmdarlı­ğı­nın ilk illərində bir əmirin Budaq, atasının isə Qara Günə adını daşımasıdır. Bu adların dastanların təsiri ilə qoyulduq­ları tam aşkardır4.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin