Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə10/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   6   7   8   9   10   11   12   13   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

Oğuzlar uyğurlar dövründə
Çin qaynaqlarının hşey-hu adlandırdıqları uyğurlar Selenqa boyunda ya­şayırdılar. Uyğurlar XIV əsrin əvvəllərində də ən qə­­dim yurdlarının bura ol­duğunu bilirdilər. Göytürk abidə­lə­rin­də uyğur adına tək bircə dəfə rastlanır. Buradan uyğurların di­gər türk qövmlərindən fərqli olaraq göytürk xaqan­lı­ğına itaət edib vergi verməklə sakitcə həyat sürdükləri nəticəsini çıxar­maq mümkündür.
Bilgə xaqan oğuzları itaət altına almaqla məşğul olarkən Se­lenqa boyun­dakı uyğurların üstünə də yürüş etmiş, tar-mar olan uyğur il-təbiri yüzə ya­xın adamı ilə şərqə tərəf getmişdir. Uyğurların ələ keçirilən ilxıları yutdan (heyvan qırğını) xilas ol­muş, oğuz­lar ilə mübarizə dolayısı ilə türk budunu arasına düşən aclığın qarşısı alınmışdır. Bu səbəblə səfərin iqtisadi bir qayə ilə təşkil edilməsi fikri doğrudur1.
Uyğurların siyasi baxımdan getdikcə daha çox əhəmiy­yət qazanma­la­rın­da oğuzların öz hakimləri göytürklərlə mübarizə aparmaları hər halda bir amil olmuşdur. Bu mübarizə oğuzları ta­qətdən saldığı üçün onlar asanlıqla uyğurların hakimiyyəti al­tına düşmüşlər. Bunun 742-ci ildə Tanrı kağanın öl­­dürülmə­sin­dən sonra baş verdiyi şübhəsizdir. Xaqan olan kimi Kül-Bil­gə adını qəbul edən uyğur hökmdarı öz oğlunu oğuzlara hakim tə­yin elədi. Oğuzları özlərinə tabe etmək uyğurlar üçün həqiqə­tən böyük müvəffəqiyyət idi. Bu onların Orxon bölgəsinə ha­kim ol­­­maq üzrə olduqlarını göstərirdi. Həqiqətən, qoyun ilində (743) uyğur başbuğu üç tuğlu türk budununun xa­qa­nı Ozmış ka­­­­ğan üzərinə yürüş edərkən oğlu da doqquz-oğuz əsgərləri ilə ona qoşuldu. Oğuzlar yeni ağalarının yanında vaxtilə birlikdə parlaq zəfərlər qazandıqları köhnə silahdaşlarını məhv etməyə gedirdilər.
Həmin il baş verən müharibədə Ozmış kağan ağır məğlu­biy­­yətə düçar ol­du. Türk budunu o zaman doqquz-oğuzların baş­­çısı Tanrıda Bolmış İl Et­miş Bilgə kağanın ifadəsilə «anda inağaru yok boldu» (Türk budunu orada tamamilə (?) yox ol­du)1.
Bu səfərdən sonra uyğur başbuğu Ötükən bölgəsinə yerləş­di, xaqan ün­va­nı aldı və Kül-Bilgə xan olaraq tanındı. Bundan sonra uç-karluq ilə vuru­şan Kül-Bilgə xan onları on-oxların öl­kəsinə çəkilməyə məcbur etdi. Ancaq çox keçmədi Kül-Bilgə xan öldü (donuz ilində-747)2. Yerinə doqquz-oğuz­ların baş­çısı olan oğlu keçdi və «Tanrıda Bolmuş İl Etmiş Bilgə ka­ğan» ün­vanı aldı. Bu uyğur hökmdarı Türk Bilgə kağan kimi doq­quz-oğuzlar haq­qın­da «doqquz oğuz budunum»3 deməklə bəra­bər, xaqan olanda oğuzların böyük əksəriyyətinin özünə düş­mən olduğunu gördü. Onlar şəxsən bu uyğur xaqanı ilə əla­qə­dar kitabədə «səkkiz-oğuz» kimi qeyd olunmuşlar. Bura­dan be­lə bir nəticə çıxır ki, ancaq bir oğuz boyu xaqana sadiq qal­mış imiş. Göy­türk xaqanlarına qarşı olduğu kimi, oğuzların uy­ğur hökmdarlarına qarşı da üsyan etmələrinin istiqlaliyyət qa­zan­maq qayəsi güddüyünə hökm vermək mümkündür. Oğuzlar bu məqsədlə göytürklər dövründə etdikləri kimi şərq qonşu­ları doq­­quz-tatarlar ilə birləşmişdilər.
İl Etmiş Bilgə kağan müttəfiqlərinə hücum edərək meşəlik bir yerdə ge­cə vaxtı onları məğlubiyyətə uğratdı. Lakin ertəsi gün onlar yenə xaqanın qa­bağına çıxdılar. İkinci vuruşmada da xaqan qalib gəldi. İl Etmiş Bilgə ka­ğan oğuzların sadə xalq tə­bəqəsindən (qara igil budun) çoxlu adamı əsir al­mış, ancaq on­la­rın kibit­kalarına, ailə üzvlərinə və davarlarına heç nə etmə­miş, olsa-olsa başçılarına cəza (kıyın) vermişdi4.
Oğuzlar xaqana tabe olmaq təklifini rədd etdikləri üçün Bil­gə Kağan on­ların arxasınca düşərək Burğuda onları haxla­mış və bu dəfə oğuzları ağır bir məğlubiyyətə uğratmışdır (dördün­cü ayın-haziranın 9-da)*. Xaqan bu vuruş­mada oğuzların ki­bit­­­kalarını, heyvanlarını, qadın və uşaqlarını ələ keçir­miş­dir. Be­şinci ayın-təmmuzun 29-da* Selenqa sahillərində təkrar vu­­ruş­ma ol­du. Oğuzlar və tatarlar darmadağın edildilər və çayı keçib qaçdılar. Xaqan on­ları təqib edərək Tay Bilgə Tutuk və başqa iki nəfərin pis əməlləri üzün­dən tar-mar olduqlarını və qırıldıq­larını söylədi, daha böyük fəlakətə uğra­ma­maları üçün yenidən ona tabe olmağa çağırdı. Tay Bilgə Tutuğun oğuz baş­buğu olduğu anlaşılır. O, xaqa­nın atası tə­rəfindən oğuzlara yabğu təyin olun­muşdu. Xaqan iki ay gözlədi, lakin oğuz­lar qayıtmadılar.
Xaqan səkkizinci ayın (ekim) 2-də Çığıltır çölündə, sonra isə Keyrə­başındakı Üç Bürküdə tatarlarla ağır bir vuruşmaya gi­rişdi. Bu vuruşma nə­ticəsində tatarların bir hissəsi xaqana ita­ət etdi, ancaq qalanları tabe ol­maqdan boyun qaçıraraq uzaq bir yerə çəkildilər. Bundan sonra xaqan Ötü­kənə qayıtdı1. Belə çı­xır ki, o, istədiyinə müvəffəq ola bilməmişdi.
Tanrıda Bolmuş İl Etmiş Bilgə kağan Ötükənə qayıtdıqda iki oğlundan birinə yabğu, digərinə şad ünvanları verərək onla­rı tarduş və tölis budunları üzərinə başçı təyin etdikdən sonra 750-ci ildə (qaplan ilində) Kəm çayı sa­hil­lərində yaşayan çik­lə­rə qarşı səfərə çıxdı, dovşan ilində isə tatarların üs­tünə yürüş etdi2. Bunun ardınca kitabədə oğuzların adına təkrar rast­la­nır. Ancaq kitabənin bu hissəsi aşındığından doqquz-oğuzların nə münasibətlə zikr olunduqları aydın şəkildə başa düşülmür.
Bununla birlikdə təxmin etmək olar ki, doqquz-oğuzlar qır­ğızlara və çik­lərə adam göndərərək onları uyğurlara qarşı birgə hərəkət etməyə çağır­mış­lar. İl Etmiş Bilgə kağan isə bununla əlaqədar çiklərə qarşı yenidən səfər təş­kil edib onları itaət altı­na aldı. Onlara bir başçı (tutuk) təyin etdi. Bundan son­ra xaqa­nın karluqlar və basmıllar ilə savaşları başlanır. Bu savaşlar za­­­ma­­nı Çində yaşayan oğuzlar və türklər qayıdaraq xa­qa­nın düş­­mənlərinə (bas­mıllar və karluqlara) qoşulmuşlar3. Xaqan bas­­mıllar və karluqlarla bir ne­çə dəfə döyüşmüş, nəhayət, onla­rı ağır məğlubiyyətə uğratmışdı. Bu məğ­lu­biyyət nəticəsində karluqlar qərbə doğru çəkilərək qısa müddət ərzində on-oxların ölkəsini ələ keçirdilər. Qazandığı müvəffəqiyyətlərdən sonra suğ­dak və çinlilərə Selenqada böyük bir şəhər saldıran4 bö­yük uy­ğur hökmdarı Tanrıda Bolmuş İl Etmiş Bilgə kağan 759-cu ildə vəfat etdi. Uyğurlar 840-cı ilədək Orxon bölgəsinin hakimi oldular. On­­ların hakimiyyəti altındakı tor­paq­ların qərbdə Alta­ya, şi­mal­da Baykala, Cənubda Beşbalıq bölgəsinə qədər uzan­dı­­ğı məlumdur.
Uyğur budunu on boydan ibarət idi. Bu xüsus Şine-Usu ki­ta­bəsində xa­tır­lanır və onlar doqquz-oğuzlardan açıq şəkildə fərq­ləndirilir1. On-uyğur sö­zü Beşbalıq bölgəsində (Koçoda) ta­­­pılan manixey yazısı ilə yazılmış türk­cə bir mətndə də var­dır2. Bu mətn IX, yaxud X əsrə aid edilir. Deməli, doq­quz-oğuzlar həm türk budunundan, həm də on-uyğurlardan qövmi ba­xım­­dan tamamilə ayrı təşəkküldür. Əvvəlcə göstərdiyimiz kimi, oğuzlar ikinci göy­türk dövründə hansı mahiyyətdə bir rol oy­na­mışlarsa, uyğur dövründə də hə­­min rolu davam etdirmiş­lər. Yə­ni bu dövlətlərin əsaslandığı ikinci ünsür ol­­muşlar. Yu­xarıda gö­ründüyü kimi, onlar həmçinin həm göytürk, həm də uy­­­ğur xa­qanlıqlarına qarşı üsyanlar etmişlər, yəni onlar hər iki dövlət qar­şı­sında tarduş və tölis boyları kimi dəyişməz bir və­ziyyət və davranışa sahib idi­lər. Yeganə fərq odur ki, son iki bu­dunun üs­yanları barədə kitabələrdə mə­­­lumat yoxdur.
Uyğurlar təxminən yüz il Orxon bölgəsinin hakimi oldular, bu arada ma­nixey dinini də qəbul etdilər. Onların böyük qon­şu­ları çinlilərin dini olan bud­dizmi deyil, qərb mənşəli manixey di­nini qəbul etmələri diqqəti cəlb edir.
Uyğurlardan bizə türk dilində bəzi kitabələr qalmışdır. Ki­ta­­bələrdən ba­şa düşülür ki, uyğurlar bir neçə şəhər də salmış­lar. Bununla bərabər, Orxon bölgəsində qədimdən bəri davam edən mədəniyyətin uyğurlar zamanında daha da inkişaf etdiril­məsi mümkün idi.
Qədim çağlardan Kəm (Yenisey) boyunda yaşayan və mə­dəni səviyyəcə ge­ridə qalan qırğızlar 840-cı ildə uyğurlara hü­cum edərək xaqanın Orxon sa­­hilindəki iqamətgahı Ordu Ba­lığı da­ğıtdılar, xaqan isə həlak oldu. Buna gö­rə dövlət mərkə­zi­nə ya­­­­xın yerlərdə yaşayan 13 uyğur boyu Çin hü­dud­la­rı­na doğ­ru qaç­dı. Onlar bir tərəfdən qırğızların, digər tərəfdən çinlilərin ar­­dı-arası kəsilməyən hücumlarına məruz qalaraq səfil bir həyat sürüb dağıldılar. Uyğurların bir hissəsi Çinin hakimiyyəti altına keçdi, qalanları isə qırğızlara əsir oldu. Uyğurların digər bir küt­ləsi isə qərbə tərəf qaçmışdı. Onlar kar­luq­lara sığınmaq is­təyirdilər. Belə anlaşılır ki, bu 15 boydan ibarət kütlə iki his­sə­yə ayrılmış, biri Tibetə getmiş, digəri isə sonra Qansu bölgə­sin­də yurd sa­la­raq kiçik bir krallıq qurmuşdur. Onlar Çin ilə həmi­şə dostluq müna­si­bət­ləri içində yaşamışlar. Bu 15 boyun daha çoxsaylı qoluna gəlincə, onlar Tyan-Şanda yurd salaraq 848-ci ildən əvvəl Monli adlı başbuğlarını xaqan elan etmişlər. Çin sa­rayı ona «Uluğ Tanrıda Qut Bulmuş Alp Külüg Bilgə» kimi tən­tənəli bir ünvan verərək Tyan-Şan uyğurlarının kralı sifətilə tanıdı (856).
Çinlilərin Pukut-siun dedikləri şəxs xaqanın xələfi oldu (onun 874-cü ildə öldüyü təxmin edilir). Bundan sonra Çin mən­bələrində uzun müddət Tyan-Şan uyğurları haqda heç bir qey­də rastlanmır. Lakin X əsrin ortala­rın­da (951-ci ildə) həmin uyğurlardan bir elçi gəldiyi bildirilir. Bu xüsus Tyan-Şan uy­ğur­larının Qansu uyğurları kimi siyasi baxımdan nə qədər əhə­miy­yətsiz bir vəziyyətdə olduqlarını göstərir1.
Uyğur hökmdarları burada «xaqan» deyil, siyasi səciyyələ­rinə uyğun olaraq «idi-kut» kimi təvazökar bir ünvan daşıyır­dılar. Uyğurlar təzə yurdda oturaq həyata keçərək daha mədəni bir qövm oldular. X əsrin ikinci yarısın­dan etibarən əksəriy­yə­ti buddizmi qəbul etdi. Onlar həm Orxon, həm də Beş­balıq böl­gələrində özlərindən uyğur adı ilə bəhs etmişlər2. Açıqca görü­nür ki, doqquz-oğuz onlardan tamamən fərqli bir qövm idi. Bu belə olduğu halda islam coğrafiyaşünaslarının uyğurlardan «to­ğuz-ğuzz» (doqquz-oğuz) kimi bəhs etmələrini necə başa düş­məli?
İslam coğrafiyaşünasları «toğuz-ğuzz» adı ilə həm Orxon, həm də Beş­balıq uyğurlarını nəzərdə tutmuşlar. Ehtimal ki, on­lar 840-cı il fəlakətindən xəbərdar olmamış, ona görə də X əsr­də uyğurları qədimdəki kimi türk qövm­­lərinin ən qüvvətlisi olaraq mədh etmişlər. Halbuki, yuxarıda göstər­diyimiz kimi, bu uyğurlar siyasi baxımdan o qədər əhəmiyyətsiz idilər ki, adları Çin mənbələrində nadir hallarda çəkilirdi.
İslam müəlliflərinin uyğurları toğuz-ğuzz kimi qeyd etmə­lə­rinin səbəbi haqda hamını razı salacaq bir izahat vermək bəl­kə də çətindir. Zənnimizcə, islam müəllifləri hər iki adı eyni, yə­­ni bir sanmışlar. Hər iki qövmün bir xa­nədanın idarəsi altın­da olması və adlarının bir-birinə bənzəməsi (uyğur-ğuz-oğuz-ğuzz) buna səbəb ola bilər. Çinlilər uyğurları doqquz boydan iba­rət bir qövm kimi tanımış, hətta bu boyların adlarını da gös­tərmişlər3.
İslam müəlliflərinin hər iki adı eyni hesab etmələrində bəl­kə bu da bir amil olmuşdur. Hər halda onlar bu iki eli eyni qövm sanmışlar. Diqqətəşa­yandır ki, XIV əsrdə uyğurlar Orxon və Selenqa bölgəsindəki yurdlarını, orada özlərinin on-uyğur adı altında doqquz-oğuzlarla birlikdə yaşadıqlarını unutmamış­dılar4.
Bəs doqquz-oğuzların aqibəti necə olmuşdur? Ağla gələn ilk cavab bu­dur ki, onlar Orxon bölgəsindən qərbə doğru köç­müş və Sır-Dərya sahillə­rində sadəcə oğuz adı ilə üzə çıxmış­lar. Həqiqətən, oğuzların türk ölkəsinin ən uzaq bölgəsindən Ma­vəraünnəhrə abbasi xəlifəsi Mehdinin hakimiyyəti dövrün­də (775-785) gəldiklərinə dair məlumat vardır1. Bundan baş­qa, Tə­bə­ri də doqquz-oğuzların 205-ci ildə (miladi 820-821) Ur­şusanaya (Sə­mər­qəndin şərqində Soqdiana ilə Sır-Dərya çay­ları arasındakı ərazi) hücum etdiklərini bildirir2. Oğuzların belə bir hücumu həyata keçirmələri onların an­caq şərqdə (ən əvvəl Talas bölgəsində) bir yerdə yaşayacaqları halda müm­kün ola bilərdi. Yəni onların belə bir hücum üçün Orxon bölgəsindən qərbə köçmüş olmaları lazımdır. Digər tərəfdən, Sır-Dəryanın orta yatağı ilə Aral gölü sahilləri və onun şimalındakı torpaqlar peçeneqlərin yurdu idi, gö­rü­nür, oğuzlar bu yerləri onların əlin­dən almışdılar3. Ancaq bu fikrə aşa­ğı­dakı şəkildə etiraz etmək mümkündür:
1. Kül-Təginin dəfn mərasiminə türgiş xaqanı da (şübhəsiz ki, Sulu) el­çi­lər göndərmişdi. Bunlar Makaraç Tamğaçı ilə Oğuz Bilgə Tamğaçı idilər4. Buradakı oğuz sözü ehtimal ki, hə­min abidədəki bir çox misallarda olduğu ki­mi5, qövmi mənada­dır, yəni oğuz boyuna mənsub Bilgə Tamğaçı demək­dir. Bu, Sır-Dərya oğuzlarının on-oxların tərkibində bir təşəkkül oldu­ğunu da göstərə bilər. Ancaq bu xüsusda şübhəyə yer burax­ma­yacaq bir hökmə var­maq üçün bunu təsdiq edəcək başqa bir dəlilə də ehtiyac var. Çünki bu şəxs türgiş xaqanının yanında xidmətə girmiş doqquz-oğuzlardan biri də ola bilər6.
2. Əvvəldə işarə edildiyi kimi, doqquz-oğuzların tonra adlı bir boyları olmuşdur. Hətta buraya kunı adlı bir boyu da əlavə etmək mümkündür7. Hal­buki bizə məlum olan 24 boy arasın­da tonra adlı bir təşəkkül yoxdur.
3. Sır-Dərya ətrafındakı oğuz eli iki qola ayrılmışdı, qollar­dan biri üç-ox, digəri boz-ox adını daşıyırdı. Bu adların on-ox­lardan qalma xatirələr olduğu da düşünülə bilər. Hətta Sır-Dər­ya oğuzlarının hökmdarlarının yabğu ünvanı daşımaları da bura əlavə oluna bilər. Bəlkə bu yabğu oğuzların yabğusudur.
4. Sır-Dərya oğuzlarının XI əsrdə danışdığı türk dilində bir sıra elə söz­lər vardı ki, bunları Şərq türkləri bilmirdilər. Digər tərəfdən oğuzların ləh­cəsi də türklərinkindən xeyli fərqlənirdi. Bu hal Sır-Dərya oğuzlarının qərb­də daha qədim zamanlar­dan bəri (VIII-IX əsrlərdən əvvəl) yaşamaqda olma­ları ilə əlaqədar ola bilər.
Bu xüsusları göz önünə alsaq, Sır-Dərya oğuzlarının onlara mənsub ol­duqlarını söyləmək mümkündür. Əgər bu belədirsə, Sır-Dərya oğuzları ilə doqquz-oğuzlar arasında eyni qövmün iki qolu olmaqla qədim bir qohumluq və ya bəlkə də sadəcə bir ad bənzərliyi məsələsi ortaya çıxır. Belə olduqda doqquz-oğuz­ların 840-cı ildə qırğızların hücumu nəticəsində dağılmaqla və ya uyğurlara qarışmaqla öz varlıqlarını itirdiklərini düşünmək­dən başqa bir yol, deyəsən, yoxdur.

B. OĞUZLAR IX-XI ƏSRLƏRDƏ



Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin