Trablis-Şam: bu yörədə yaşayan türkmən icması salur, eymür qazilu, boğayırlu, süleymanlu və s. oymaqlardan ibarətdi.
Boz ulus: boz ulus Diyarbəkir türkmənləri, dulqədirli oymaqları və Hələb türkmənləri olmaq üzrə üç qoldan meydana gəlmişdir. Əski ağqoyunlu elinin qalığı olan Diyarbəkir türkmənlərinin başlıca oymaqları bunlardı: tabanlu, oğul bəylu, mosullu, pürnək, Həmzə hacılu, qoca hacılu, İzzəddin hacılu, Süleyman hacılu, şeyxlu, danişməndlu, salarlu, çavundur, dodurqa, döyər, karkın, əfşar, bəydili, alpaut.
Dulqədirli oymaqları: cərit sultan hacılu, kürd, mihmadlu (doqquzdan), göyçəklu, küşnə, anamaslu, avcı, dodurğa, cəcəlu, çiməlu, əfşar, qaraca ərəblu, öymir, gündəşlu, çağırğanlu, qızıl qocalu, şam bayatı, karkın, musacalu – Musa hacılu (ağcaqoyunludan).
Hələb türkməni oymaqları: köpəklu əfşarı, gündüzlü əfşarı, xarbəndəlu, bəydili, acurlu, inallu, bayat, qaraqoyunlu.
Yeni-el: Yeni-el Sivasın cənubundakı Mançılıq, Kürün və Həkim xan arasındakı bölgədə yaşayan oymaqların adıdı. Mançılıq ilə Kürün arasındakı əraziyə Uzun yayla deyilir. Həkim xanın şimal-şərqindəki və Alaca xanın cənub-şərqindəki Yellücə dağı da Yeni-elin ən məşhur yaylalarından biridir. Yeni-el maliyyə baxımından III Muradın anası Nurbanunun Üsküdarda tikdirdiyi caminin vəqflərinə bağlanmışdı. Bu səbəblə sənədlərdə onlara «Üsküdar türkməni» də deyilir. Onlar biri dulqədirliyə, digəri Hələb türkmənlərinə mənsub olmaq üzrə iki qoldan meydana gəlmişdir. Hələb türkmənlərinə mənsub qola yaban əri deyilir2. Çünki bu qol bölgədə ancaq yayda yaşayır, qışda Hələb bölgəsinə enir. Dulqədirli qolu isə ümumiyyətlə, əkinçiliklə məşğuldur.
Yaban əri* tayfasının çoxunun bəydili boyuna mənsub oymaqlardan meydana gəldiyi məlumdur. Əsas yaban əri təşəkkülləri bunlardır: bəydili, bayat, əfşar, bayındır, xarbəndəlu, qaraqoyunlu.
Dulqədirli: çiməlu, musacalu - Musa Hacılu (ağcaqoyunludan), boynu yoğunlu, kürd mihmadlu (doqquzdan), imanlu əfşarı, baraq (cəriddən), ağcaqoyunlu, tatar Əlilu, çağırğanlu, elçi, təcirlü, nəccarlü (doqquzdan).
Yeni elin idarə təşkilatı 1278-ci ilədək (1858/1859) davam etmişdir.
Ulu yörük: ulu yörük əsasən Amasya, Tokat və Sivas bölgələrində yaşamaqda olub bu icmanın bəzi oymaqları qərbdə Ankara və Qırşəhir bölgəsinə qədər yayılmışdır. Ulu yörük üç əsas elata ayrılır: yüzdə para, orta para, şərq para.
Bu elatları təşkil edən oymaqlar bölük adlanır. Bölüklərdən hər biri müəyyən qışlaqlara sahibdir və orada əkinçilik edir. Bu icmanı meydana gətirən başlıca bölüklər bunlardır: il bəylü, çəpni, qulağuzlu, ağ salur, tatlu, gərampa, göyçəlu, şərəfəddinlu, cunğar (monqolca caunqar? - sol), ballu, çapanlu, ikizlü, çavurçı, ustacalu (usta hacılu-ustaclu), dodurğa, özlü, qırıqlu, qara fakihlu, turqutlu, ağcaqoyunlu (dulqədirlidən), əlibəyli, quzugüllü, qara keçilu, inallu (Hələb türkmənlərindən).
Dostları ilə paylaş: |