Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə27/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   23   24   25   26   27   28   29   30   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

6. İraq və Cəzirə bayatları
Səlcuqlular zamanında səlcuqlu əmirlərindən Ağ-Sunqur ul-Buxarinin Bəsrədəki naibi Sunqurun əl-Bayati nisbəsini da­şı­dığından və XII əsrin son­larına doğru Bağdadın cənub-şərq­dəki Tib çayının mənbəyinə yaxın yerdəki bir qalanın Bayat adlan­dırıldığından və bu qalanın hakiminin türk olduğun­dan bəhs etmişdik. XVI əsrədək İraqda və Cəzirədə bayatların yaşadı­ğı­na da­ir heç bir tarixi qeydə rast gəlmirik. XVI əsrə aid Osmanlı təhrir dəftər­lə­rin­də də ancaq qaraca-bayat adlı çox kiçik bir oy­maq görürük. Kərkük yö­rəsində yaşayan bu oymağın vergi mü­kəlləfiyyətli 24 nəfər əhalisi var­dı4. Bağdadlı münşi Məhəmməd bin Əhmədə görə Bağdaddakı5 son Köləmən valisi Davud paşa zamanında valiyə tabe oymaq qoşunları arasın­da 1.000 atlı ba­yat, təyy və milli (kürd) oymaqlarına mənsub idi.
Həmin müəl­lif (əsər 1822-ci ildə yazılmışdır) Kirmanşah bölgəsindəki ba­yatların 2.000 çadır olduğunu qeyd etdikdən sonra Tavuk böl­gəsində də onlardan 2.000 evə ya­xın bir elat olduğunu, türkcə və ərəbcə danışdıqlarını yazır. Müəllif bayat­la­rın bəyənilən və əl-əl gəzilən atlar yetişdirdiklərini və onların İraqi-Ərəbdə məş­hur olduqlarını da yazır1. Müasir İraq tarixçisi Abbas ül-Əzza­vinin, ba­yatlar haqqında verdiyi məlumata görə2, onların mü­hüm hissəsi indi Kərkük bölgəsində oturaq həyata keçmişdir. Kö­çəri həyat sürənlər az olub, 13 oba­dan, bir neçə qoldan iba­rət­dir. Həmin müəllifə görə, köçəri bayatlardan bəzi oymaqlar ərəblərlə qarış­mışlar.
Lakin onların hamısı ana dilini, türkcəni unutmamışdır. Bu bayatlar Kərkükdə və qonşu bölgələrdə qə­dim­dən bəri ya­­şayırdılar, yoxsa buralara XVI əsrdən sonra İran­­dan gəlmişlər? Bu sual hə­lə də cavabsızdır. Şübhəsiz, İraq ba­yatları türk ədəbiyyatının ən böyük us­tadlarından biri olan Fü­zulinin həmyerliləri olmaq etibarilə diqqət və ma­rağımızı daha çox cəlb edirlər. Lakin Səfəvi hökmdarı Şah Abbasın ki­tab­xa­naçısı, şair, mühərrir və nəqqaş Əfşar Sadığın (əslində, şamluya bağlı xar­bən­dəlu-xudabəndəlu adlı türkmən obasından idi) sözlə­rinə baxsaq, Füzuli İraq bayatlarına deyil, İran bayat­la­rına mənsubdur. Onun dediyinə görə, ba­yatdan (şübhəsiz, mü­­əllif burada öz ölkəsindəki bayatları nəzərdə tutur) olan Fü­zu­li səfəvi əmirlərindən İbrahim xanın məiy­yətində Bağ­dada getmiş və İb­rahim xanın Qanuni Sultan Süley­manın gəlişi ilə əla­qədar İrana qayıt­ma­sından sonra Hillədə yerləşmişdir3. Bu­rada adı çəkilən İbrahim xan Mosullu oymağından olub Bağ­dad valisi ikən 934-cü ildə (1527) qardaşı oğlu Zül­füqar Sultan tərəfindən öldürül­müşdür4. Buna görə də İbrahim xanın Qanuni Sultan Süleyman tərəfindən məğlub edilməsi barədə Sadığın söz­ləri doğru deyil.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin