Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə42/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   38   39   40   41   42   43   44   45   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

2. Yeni-el.
Yeni-eldə yaşayan bəydili oymağı bir az yuxarıda dediyi­miz kimi Hələb türkmənləri arasındakı ana qoldan yeni ayrıl­mış və onunla daim təmas və münasibətdə olan qoldur. Bu boy Qanuni dövründə üç obaya bölünmüşdür. Bunlardan 75 nəfər vergi mükəlləfiyyətli birinci oba Dəvə­daş adlı yerdə, ikincisi Boz Üyükdə (62 nəfər), üçüncüsü isə Yellüçəyə bağlı Alaca­xan­da (70 vergi evi) yaşayırdı. Bu oba­lar­­dan ikisi boyun adını, üçüncüsü isə günəş adını daşıyırdı.
III Murad (1574-1595) dövründə bu bəydili qolunun qə­ləbəlik bir təşək­kül halını aldığı görünür. Bu dövrdə bəydili oba­larının ən böyüyü əmtiləklü olub 61 nəfərlik (vergi verən) bəkmüşlü, 26 nəfərlik ərəblu, 26 nəfərlik fə­qih­lu (fakılu), 56 nə­­fərlik sincan, 80 nəfərlik günəş, 93 nəfərlik qazlu qol­la­rından meydana gəlmişdir. Əmtiləkin bir şəxs adı olması ehtimal edilir. Əm­tiləklüdən sonra bəydili qolunun bu obalarını qeyd etməyə dəyər: qara hə­sən­lu (38 vergi evi), qaracalu (82 vergi evi), Sü­leyman Kətxuda (128 vergi evi), topaxlu (150 vergi evi), gün (83 vergi evi), otamışlu (49 vergi evi), qara şeyxlu (97 vergi evi), çobanbəylu2 (24 vergi evi), bozqoyunlu (86 vergi evi), Uğurlu bəyə tabe digər bozqoyunlu (47 vergi evi), Şəfaət bəyə tabe boz­qoyunlu (32 vergi evi) və quzucaqlı (15 vergi evi)3. Yeni eldəki bu bəy­dili qolu qışda Hələb bölgəsinə enərək qış­layırdı.
1100-cü ildə (1698) bəydili qolunun yuxarıda adı çə­kilən bozqoyunlu və qara şeyxlu obaları Əlbistan qəsəbəsinə yü­rüş edərək oranı 40 gün müha­si­rə­də saxlamışdılar4. Bunun sa­­dəcə yağma məqsədi ilə, yoxsa başqa bir sə­bəblə bağlı oldu­ğu­nu təx­min etmək mümkün deyildir. 1101-ci ildə bəydili bəyləri 150 atlı ilə Avstriya səfərinə ça­ğ­rılmışdılar1. Həmin bəylər bun­lar idi:
Firuz oğlu Şahin bəy
Şədid oğlu Topal Əssaf bəy
Bəkmişlu Qanim bəy
Kor Nasir bəy
Yüz Hatim ağa oğlu Həsən bəy
Seyfxan bəy
Əbu Seyf oğlu Mirzə İsmayıl bəy
Qara Şeyxlu Qızıl İdris oğlu Musa bəy
Şeyx Musa Kətxuda
Şah İsmayıl oğlu Məhmət bəy
Bozqoyunlu Əhməd Kətxuda
Qara Şeyxlu əl-Eys oğulları Kənan və Kəssal bəy
Qırqıl Yəhya oğlu
Bozqoyunlu Mürtəza Kətxuda
Dəyərlü Yeddi bəy
1102-ci ildə (1690-1691) isə bəydili boyu bütün obaları ilə bir­likdə Ağ­caqaladan Rəqqaya qədər uzanan yerdə, Bəlix çayı sahilində yerləşmək əm­rini aldı2. Beləliklə, bəydilinin gözəl gün­ləri sona çatmış, acı və hüznlü gün­ləri başla­mışdı. Rəqqada yerləşməsi əmr olunan bəydili obaları Hələb türk­mənləri ara­sın­­da yaşayan və o zamana qədər başqa yerlərə yerləşməmiş olan obalarla Yeni-eldəki bütün obalar idi. Bunlar Yeni-eldən Ha­cı Əli oğlu Qa­nim bəyin idarəsindəki 500 vergi evli bəkmiş­lü obası, qara şeyxlu kəndxu­dalarının (Əssaf bəy) 600 vergi ev­li obası, Firuz bəy oğlu Şahin bəyə tabe 600 vergi evli bozqo­yunlu obası, Seyf xan idarəsindəki 200 vergi evli digər boz­qo­yunlu obası, kəndxudaları Pirbudaq oğlu Məhmət və Satılmış olan 500 vergi evli dimləklü obası idi. Onların ümumi sayı 3200 vergi evi edir. Hələb türkmənləri arasındakı bəydilidən isə tatalu, qazlu, balabanlu, ərəblü, daşbaş, sincan, günəş və b. obaların yerləşməsi əmr olunurdu3.
Bunlardan bir qismi yerləşdikləri yerlərdə quldurluq et­mə­yə başlamış, bir çoxları da çox sevdikləri Uruma qaçmış­dı­lar. Ancaq qaçanlar şiddətlə tə­qib edilərək yerləşmə yerinə gə­ti­ril­dilər. Digər türkmən oymaqları vaxt keç­dikcə fürsət tapa­raq bi­rər-birər qaçsalar da, boy həmrəyliyini mühafizə edən qə­lə­bə­lik bəydililər Rəqqada qaldılar4. Yerləşdirmə prose­sinə Qazı­za­də Hü­seyn Paşa başlamış, bu işi Yusif Paşa başa çatdırmışdır.
Bəydili boyunun məskunlaşdırılmasına dair bir şeirdə hər ikisinin adı çə­kilir:

Qazı oğlu Yusif Paşa gələndə1,


Yalan dünya mənim derdi bəydili.
Səksən min evlə Rəqqaya köçəndə,
Tayı, muvalini qırdı bəydili2.

Döyülər davullar, inildər dağlar,


Hərbilər çağrılır, analar ağlar,
Gurlayıb Fiyaxana qonduğu çağlar,
Şəmsəddindən übur etdi bəydili.

Döyülür davullar, çəkildi sancaq*,


Qoç igid atına taxıldı ponçax**,
Həmid il-Abbas bu işi tutdu ancaq,
Köç ilə düşmənə vardı bəydili.

Şeyx əfəndi belə çaldı qələmi,


Namı tutdu bəydilinin aləmi,
Ənnək Südlüoğlu Hüseyn Çələbi,
Çarxacınız Cəfər olsun, bəydili.

Qara bayraq salsaq, şərq evi iraq,


Qara gün olanda əşirət gərək,
Şunda eyi bir nam qazandı Soyban Baraq,
Mində birin oma dikdi bəydili.

Daşdəmirim də söyləyər özündən,


Mədh edəlim bəydilinin yazından,
Ala bucaq Kəttələnin düzündə(n?)
Hamidin sancağın basdı bəydili1.


Bəydililər yerləşdikləri yerə Colab deyirdilər. Colab (Cül­lab) əslində Ur­fanın şərqindəki bir kəndin və çayın adıdır2. Öv­liya Çələbi3 Çolabdan bir qə­səbə kimi bəhs edir. Bəydili boyu Harranın altındakı Eyn Arus və Ağca­qa­ladan Rəqqaya çatana qədər Bəlix çayı sahillərində yerləşdirilərkən baş­çıları-ulu bəy­ləri bozqoyunludan Firuz oğlu Şahin bəy, qardaşı Kənan və Qurd bəy idi4.
Şahin bəy bütün bəydililərin başçısı kimi görünür. O eyni zamanda Rəq­­qaya göndərilən bütün oymaqların iskanbaşısı (is­kan məskun sözündən­dir-tərcüməçi) idi. İskanbaşılıq dövlət tə­rə­findən verilir, vəzifəsi oymaqların təzə məskəndə yaşama­la­rına diqqət etmək, aralarında nizam və asayişi qoru­maq idi. Əvəzində onlara Balis5 sancaq bəyliyi verilirdi. İskanbaşılar oy­maq bəylərindən təyin edilirdi. Şahin bəydən sonra qardaşı Kənan bəyin iskan­başı təyin olunduğunu bilirik6.
Rəqqa bölgəsinə yerləşdirilən bəyliyi və digər oymaqların rə­vayətlərində Şahin bəyin yerinə onun atası Firuz bəyin adı çə­kilir:

Toplandıq əşirət, gəldik Colaba,


Baş-bəndi də Firuz bəyin deyilmi?
Əmr eylədi bəylər, qonduq yan-yana,
Hacı Əlinin yurdu Seylan deyilmi?

Ondan aşağıya Bulaq düzüldü,


Bənd sahibi ismi-isminə yazıldı,
Orda Bərk ağanın kefi duruldu,
Nəvələrin yurdu Şirvan deyilmi?

Yurd verildi Ulaşlının bəyinə,


O da qondu Bərk ağanın sağına,
Firqət gəldi Ağcaqala dağına,
Bayındırın yurdu Qoncan deyilmi?

Dədəmoğlu, xeymələrin qurulsun,


Çəkilsin bayraqlar, mehtər* vurulsun,
Döyülsün qəhvən, hərbin** çağrılsın,
Abdalların yurdu örən*** deyilmi?
Rəvayətlərə görə, bəydili boyunun bəyi İskanbaşı Firuz bəy (rəvayətdə: Feruz) bu fəna yerlərdə yaşamaq olmaz deyə­rək, bəzi obalarla bərabər İrana getmişdir1.
Oymaqların başında duran bəylərin Osmanlı dövlətinin on­la­­ra etibar et­məməsi, vəzifə verməməsi və xüsusən də dövlət mə­murlarının haqsız rəftarı üzündən İrana getdikləri bir faktdır. XV əsrdə və XVI əsrin ilk rübündəki kö­çəri bəy ailələrinin da­ha sonra müşahidə edilməməsi onların İrana köç­müş olma­ları ilə bağlıdır. İranda isə onlar türk əsilzadələri sırasına daxil edi­lir, yüksək mənsəblərə təyin olunurdular. Buna görə, Şahin bə­yin (rəva­yət­lərdə Firuz bəy) İrana getmiş olduğu qəbul edilə bi­lər. Necə ki bu şeir Firuz bəyin İrana getdiyini açıqca göstərir:

Səhərdən avazın bağrımı dələr,


Durnanın qanadı köz kimi yanar,
Qaldırmış qanadın yavru baş sanar,
Firuz bəy Əcəmə getdi, durnalar.

Yeddi atlı ilə mindik, Allah əmanət,


Yetmiş min övliya eyləsin himmət,
Yurdumu bəkləsin oğlum Məhəmməd,
Firuz bəy Əcəmə getdi, durnalar.

Çağırışı-çağırışı yayladan enin,


Enin Eyn-Əlizə2, bir səmah3 dönün,
Bəydən izin olsa, qoruğa qonun,
Firuz bəy Əcəmə getdi, durnalar.

Məndən salam eylə Xəznə sultana4,


Çıxarsın alları, qara bağlasın,
Kiçik oğlu ilə könül əyləsin*,
Firuz bəy Əcəmə getdi, durnalar5.

Bəydililər onları yandırıcı Rəqqa çöllərində buraxıb Əcəmə gedən bəy­lə­rini əsla unutmamış, adını uşaqlarına (Feruz şəklin­də) qoyaraq xatirəsini zəmanəmizə qədər yaşatmışlar. Bu Firuz bəyin iskanbaşı Şahin bəy olması ehtimalı qüvvətlidir. Şahin bə­yin Firuz bəy adlı bir oğlunun olduğunu da fi­kirləşmək müm­kündür.


Bəydililər və digər türk oymaqları sonralar dövlət tərəfin­dən sürgün yeri olaraq qəbul edilən Rəqqa bölgəsində yalnız su­­suzluq və qovurucu istilərlə de­yil, ərəb boyları ilə də müba­ri­zə aparmaq məcburiyyətində qalmışlar. Mü­barizə əhalisi qə­ləbəlik olan təyy və ənəzə ərəbləri ilə aparılırdı. Əhalisi çox və qa­yət vəhşi olan bu qəbilələrlə sayı onlardan çox az olan bəydi­linin və di­gər oymaqların igidliklə döyüşdükləri bilinir1.
Rəqqada məskunlaşma türkmənlərin ərəblərlə, kürdlərlə, xü­susilə axı­rıncıların rişvan və milli əşirətləri ilə vuruşmalarına dair bir çox şeirlərin zə­ma­nəmizədək gəlib çıxmasına səbəb ol­muşdur. Bu gözəl şeir həmin müba­ri­zələrlə bağlıdır:

Rəqqa çöllərindən gələn qazilər,


Rəqqanın da qönçə gülü soldumu?
Yenidən bir xəbər duydum oradan,
Cərid Bəkir öldü derlər, öldümü?

Cərid Bəkir ölsə, qırıldı kilid,


Yolumuza çökdü bir qara bulud.
Kürdülü Kərimlə bayındır Xalid
Qolu bağlı cəlladlara vardımı?

Qul Sədunum der ki, bulmadıq vəfa,


Hökmümüz keçərdi ol Qafdan-Qafa,
Ulaşlu oğlu Hacı Mustafa
Alayları bölük-bölük böldümü? 2

Şeirdən göründüyü kimi, bu savaşlarda ad çıxarmış igidlə­rin adı çəkilir və Cərid Bəkirin ölümündən doğan təəssüf bildi­ri­lir. Cəridlərdən bir oy­mağın da bəydililərə qonşu olaraq Bəlix çayının sahilində yerləşdiyini bili­rik3. Bu, Boz ulus cəridi idi. Baraqların da bu əslində bir cərid obası olduğu barədə fikrimizi əvvəlcədən bildirmişdik.


Bəydili boyu Rəqqa bölgəsinə alışdı, hətta rəvayətlərə görə təhlükəli düşmənləri olan ərəb boyları ondan çəkinməyə başla­dı. Rəvayətə görə, bir karvan soyğunundan dolayı Hələb valisi Abbas Paşa türk oymaqlarının üs­tü­nə qoşun çəkərək, onların da­ğılmalarına səbəb olmuşdur. Bu şeir türkmən­lərin Abbas Pa­şa ilə vuruşduqlarını göstərir:
Əvvəlcə gəlmişdik iskan olanda,
Dağıtdın Cülabı, sən Abbas Paşa.
Əşirət! Siz də baxın böylə zamana,
Dağıtdın Cülabı, sən Abbas Paşa.

Heydərli, çələbi çıxsın bir yana,


Ərəbli, qədirli döndü aslana,
Dörd yanımız döndü qana, dumana,
Dağıtdın Cülabı, hey Abbas Paşa.

Günəşlə ulaşlı döyüşə ensin,


Qazlı, bayındırlı arxada dursun,
Torunlu, şərq evli hazırlıq görsün,
Dağıtdın Cülabı, hey Abbas Paşa.

Məhmət bəyim der ki, belim büküldü,


Gözüm yaşı sinələrə töküldü,
Dağıldı əşirətim, bəndim söküldü,
Dağıtdın Cülabı, sən Abbas Paşa.

Beləliklə, Abbas Paşaya məğlub olan bəydili, baraq və di­gər oymaqlar Cülabı tərk edərək dağı­lır­lar. Bu hadisə XIX əsr­də olmuşdur. Rəqqadan çı­xan bəy­di­lilərin mühüm bir hissəsi An­təbin cənub yörəsinə yerləş­mişdir. On­lardan 6 obanın kənd­ləri Suriya torpaqlarında yerləşir. Ərəb­li obasında mənsub kənd­lərin çoxu Türkiyədə, üç kənd isə (Çör­tən Höyüyü, Tələyli, Ağdaş) Suriyadadır. Qara şeyxli oba­sı kəndləri təmamilə Tür­ki­yə­də olsa da, bəkmişli obasının kəndləri Suriyada qalmışdır. Bəkmişlidən başqa qazlı, gü­nəc bayraqlar (əski günəş obası), qə­dirli, hacı mahlı, heydərli, Çə­ləbi obala­rı­nın kəndləri də Su­ri­ya torpağındadır.


Bəydililər çoxdan bəri oturaq həyata keçsələr də, son boy təş­­kilatlarını unut­mamışlar. Rəqqa bölgəsinə yerləşmə və on­dan sonra baş verən hadi­sə­lərə dair xatirələr hələ də canlı bir şəkildə yaşamaqdadır. Əfşarların qovğun­lara dair şerləri olduğu kimi, onların da yerləşməyə, ərəb və kürd oymaqları ilə savaş­la­ra dair şerləri də vardır. Şeirlərdən bəzilərini yuxarıda dərc et­­dik1.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin