Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR


Boz-ox. Bu bölgədə bir bayındır oymağı yaşasa da, onun haqqında məlumatımız çox azdır. 5. Tarsus



Yüklə 6,75 Mb.
səhifə47/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   43   44   45   46   47   48   49   50   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

4. Boz-ox.
Bu bölgədə bir bayındır oymağı yaşasa da, onun haqqında məlumatımız çox azdır.
5. Tarsus.
Tarsus bölgəsində yaşayan və XIV-XVI əsrlərdə varsaq ad­la­nan türk­mən icması boy adları ilə kusun, ulaş, qum-təmür, göy­çəlü və əlvanlı kimi bir sıra təşəkküllərə ayrılmışdı. Adı çə­kilən təşəkküllərdən ulaş boyu 7 oba­dan meydana gəlmişdir ki, onlardan biri də bayındır obası idi. Bu bayın­dır­ların hələ 925-ci ildə (1519) qırx obacığa ayrıldığı bilinir2. Hər biri müstəqil tar­lalara sahib olan bu obacıqların əhalisi birlikdə 828 nəfərdir (vergi verən). Bu rəqəmi 5 elə vursaq, bayındırların cəmisi 4.140 nəfər vergi mükəllə­fiy­yətli əhalisi olduğu barədə təxmini rəqəm əldə etmək olar.
6. İç-el.
II Bəyazid dövründə Silifkəyə bağlı Təkə kəndində 112 ver­­gi evi olan bir bayındır oymağı yaşayırdı3.
7. Təkə, Hamid, Məntəşə.
Bu bölgədəki yörüklər arasında bayındır adını daşıyan bəzi kiçik oymaq­lara təsadüf edilir. Təkədəki bayındır adlı oymaq­lardan 37 nəfər əhalisi olan oymaq Elsuz Piri, 25 nəfər əhalisi olan isə Tülü Bayındır şəklində zikr edilir.
Hamid sancağındakı 41 nəfərlik bayındır oymağının digər adı da il-ars­lan­dır. Məntəşə sancağındakı bayındır adlı oymaq isə təkə-saru adlı bir oy­maq­la birlikdə yazılmışdır. Bu sonuncu oymaq Məntəşədəki böyük xorzum oymağına tabe idi4. Təkə, Hamid və Məntəşədə təsadüf edilən bu kiçik ba­yındır oymaq­ları ehtimal ki, öz adlarını şəxslərdən almışlar. Bayındır adının XV-XVI əsrlərdə şəxs adı kimi işləndiyini yuxarıda bildirmiş­dik.
8. Xəzərarxası türkmənləri.
Bayındırlardan bir oymaq da göklən ulusu arasında yaşa­yırdı. Vam­be­ri­yə görə5 bu bayındır oymağı qalayçı, görük ya­pağı, yadçı, kəşir (?), ya­sa­ğa­lıq-törəng kimi qollara ayrılırdı. İndi bayındırların yurdu İran torpağın­dadır6.
Bayındır boyunun türk tarixindəki ən mühüm rolu onun Anadolunun fəthində və məskundaşdırılmasında iştirakından sonra ağqoyunlu dövlətini qur­masıdır. Buna görə ağqoyunlu xanədanına türk qaynaqlarında bayındırlı, fars qaynaqlarında bayındıriyyə adı verilir. Ağqoyunlu xanədanı Bayındır xa­nın nəsli olmaqla fəxr edirdi. Həmin xanədan ağqoyunlu dövlətinin son dövr­lərində xeyli qələbəlik idi, lakin onların mühüm bir qismi taxt-tac uğ­run­da mübarizədə tələf olmuşdu. Türkiyədə bu xanədana mənsub olanlardan bəzilərinin nəsli bu günə qədər da­vam etmişdir.
Türkmən İskəndər bəyin sözlərindən belə çıxır ki, xanədan üzvlərindən bir qismi də səfəvilər zamanında İranda yaşamış­dır. Səfəvi hökmdarının on­la­rı məhv etməməsi heyrət doğu­rur. Sə­fəvi dövründəki ağqoyunlu ailəsinə mənsub olanlar­dan Mu­rad bəy Bayındıriyyə Türkman ilə Məhəmməd Za­man Sultan Ba­yın­dıriyyə Türkmanı tanıyırıq. Şah Abbasın ən etibarlı xatunu Murad bəyin qızı idi. Məhəmməd Zaman Sultana gəlincə, özü və ailəsi yəzdli olub yaxşı təhsil gördüyü bildirilir. Şahın yaxın adamlarından olan Mə­həmməd Zaman Sultan 1015-ci ildə (1606/1607) ölmüşdür1.
14. PEÇENEQ
Bu adda X-XI əsrlərdə Qara dənizin şimalında və Balkan­lar­da mühüm si­yasi rol oynamış bir türk qövmünün olduğunu bilirik. Bundan başqa, XI əsrdə peçeneq adlı bir oğuz boyu da vardı. Kaşğari türk peçeneq qövmü ilə oğuz peçeneq qövmünü bir-birindən fərqləndirir2. Bu ad eyniliyi ancaq iki şə­kildə izah oluna bilər.
1. Hər iki təşəkkülün eyni ad daşıması sadəcə bir təsadüf­dür.
2. Oğuz peçeneq boyu türk peçeneq qövmünün bir parçası olub oğuz­la­rın tabeliyi altına girmiş, vaxt keçdikcə oğuzların bir boyu halına gəlmişdir. Ancaq nə Kaşğarinin, nə də Rəşid­əd­dinin xəritələrində bu ehtimala aid bir dəlil yoxdur. Üstəlik, bu boy bayındır, çəpni və çavuldurlardan fərqli olaraq, Oğuz xanın dördüncü oğlu Göy xana bağlanmır. Peçeneq boyuna aid təhrir dəftərlərində ancaq 4 kənd adı görünür ki,3 onların hamısı digər boylara aid çoxlu yer adları kimi Ankara sancağında yerləşir. Bu münasibətlə Ankara bölgəsində səlcuqlu fəthindən bəri çox qələbəlik bir türkmən elatının yaşadı­ğına bir daha diqqəti cəlb edək. XII əsrdə Ankara türkmənlərinin şöhrəti Xo­rasana qədər yayılmışdı.
Ankara sancağındakı peçeneq kəndləri Yabak ova, Murtəza ova və Qə­sə­bə qəzalarında yerləşir. Kəndlər indi də əvvəlki ad­la­rını daşıyırlar4. Bun­lardan əlavə, Ankaraya bağlı Şərəfli Qoç-hisar yaxınlığındakı bir vadi də Pe­çeneq özü (peçeneq va­disi) adlanır. Lakin indi bu vadidə Yeni-elə bağlı türkmən kənd­ləri yerləşir. Müasir dövrdə peçeneq yer adlarından ikisi Ma­raşın Əl­bistan qəzasında, dördü isə Konya bölgəsindədir. Bunlardan başqa, Ak­saray qəzasında (Konya) Beçeneq adlı bir tarlanın, İs­parta bölgəsində isə iki yer adının var olduğu məlumdur1. Üs­təlik, biri Su şəhərinə (Sivas), digəri də Əmir dağına (Afyon) tabe Peçenə adlı iki kənd var ki,2 onların bu boy­dan olduq­la­rı­na şübhə yoxdur.
Rəşidəddinin peçeneq boyunun adını biçənə şəklində yazdı­ğını bilirik. XVI əsrdə peçeneq adlı oymaqlara gəlincə, onlar Hələb türkmənləri, Tarsus varsaqları və atçəkənlər arasında yaşamışlar.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin