Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə53/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   49   50   51   52   53   54   55   56   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

4. Dulqədirli.
Dulqədirli ulusu arasındakı çəpni varlığı əhəmiyyətsiz olub 34 nəfərlik (vergi verən) kiçik bir oymaqdır. Həmnn bölgədə bu adda bir qala da var.
5. Boz-ox.
XVI əsrdə kiçik (42 vergi evli) bir çəpni oymağı da boz-ox­da yaşayırdı. Həmin bölgədə Çəpni adlı bir kənd də vardı. Bu, qızıl qoca boy bəyi İsa bə­yin yurdlarından biri idi4. XVIII əsr­də Yeni-el təşəkkülləri arasında görünən dil-çəpni adlı bir oyma­ğın5 əvvəllər hansı icmada yaşadığı, bizcə, məchul­dur.
6. Adana.
925-ci ildə (1519) Adananın Sarı səm yörəsində kiçik bir çəpni oymağı yaşayırdı6.
7. Atçəkən.
Atçəkənlər arasında, Əski-el və Turqut yörələrində də bu boya mənsub bəzi oymaqların yaşadığı məlumdur.
I Səlim dövründə Əski-eldəki çəpnilərin mühüm bir qismi Çanax, Düz­müş, Arx ardı, Girmasun, Əlgən arqı və Əlixan arqı adlı kəndlərdə oturaq halda yaşayırdı. O zaman onlardan ancaq 27 vergi evli bir obanın köhnə ya­şayışı davam etdirdiyi bilinir. Bu oba bəzirçi və qarı daş əkinliklərinə sahib idi. III Murad döv­ründə bu oba hələ də köçəri idi.
Turqut yörəsindəki çəpni oymağına gəlincə, o, I Səlim döv­ründə 44 ev­lik idi. Bayırca quyu, çuxur hisar və duraqlı adlı əkin­liklərin bu oymağın yurdu olduğu qeyd edilir. XVI əsrin sonunda Bayırca quyu bir kənd halına gəl­­mişdi. Həmin dövrdə yuxarıdakı oymaqdan başqa bir çəpni oymağı da görünür. Bu oymaq Turqut qəzasından ayrılmış Mahmudlar adlı nahiyədəki Abbas, İblis (?) hisarı, Pazarcıq və Susuzca kəndlərində yaşa­yır­dı7.
8. Qoç Hisar (Şərəfli).
Bu gün Ankaraya bağlı Qoç Hisar qəzasında XVI əsrin əv­vəllərində ya­şayan oymaqlardan bəziləri İç-eldən, bəziləri də Adana bölgəsindən gəl­miş­lər. Bunlardan biri də run quş (urun quş) oymağı idi. Onun Adananın Sa­ru cam yörəsindən gəldiyi bilinir. Həmin bu oymaq arasında 133 nəfər vergi ve­rən əhalisi olan bir çəpni təşəkkülü görünür1. Bir az yuxarıda Adananın Saru cam yörəsində kiçik bir çəpni oymağının yaşadığını de­miş­dik.
9. Hamid.
XVI əsrdə Hamid sancağının Göl hisar qəzasında da 70 nə­fər vergi ve­rən əhalisi olan çəpni adlı bir oymaq yaşayırdı2.
10. Çorum.
XVI əsrdə Çoruma bağlı Alp oğuz adlı bir kənddə çəpni özü adlı bir ca­maat, yəni bir oymaq müşahidə edilir3. Bu icma­nın öz adını çəpni özü, yəni çəpni vadisi adlı bir yerdən alması ehtimal olunur.
Türkiyədəki çəpnilərə dair əldə edilən məlumat bunlardan ibarətdir. Həm yer adları, həm də oymaqlar çəpnilərin ən qələ­bə­lik oğuz boylarından bi­ri olduğunu, onların Türkiyənin fəth edilməsində və məskunlaşdırılma­sın­da birinci dərəcəli rol oy­na­mış boylar arasında sayıla biləcəyini göstərir.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin