Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə60/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   56   57   58   59   60   61   62   63   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

Atçəkən.

Atçəkənlər arasındakı ala-yuntlular Turqut qə­zasında yaşa­yır­dılar. Bun­lar II Bəyazid və I Səlim dövr­lərində iki qol halın­da olub, vergi mükəllə­fiy­yətli əhalisi 228 nəfər olan birinci qol Qoz viran, Qozancalı yazısı (?), Arıqlı dərəsi və Böyrü dəlik ad­la­rını daşıyan tarlalarda əkinçiliklə məşğul olurdu. Bu qola mənsub 5 nəfərin də sipahi olduğu bilinir. Bu sipahilər Ay doğ­du oy­mağı ilə birlikdə Əlgən-viranı adlı bir əkinliyə sahib idilər.
Digər ala-yuntlu qoluna gəlincə, Divanə qışlası adlı əkində yaşayan bu qol (41 nəfər) yenə eyni qəzada yaşayan atçəkən­l­ə­rin böyük təşəkkül­lə­rin­dən yapa oymağının obaları arasında gö­rünür. Yapa oymağının başında Ya­pa oğulları dururdu. Ya­pa­nın nə zaman yaşadığı bilinmir. II Murad və Fateh dövr­lə­rində bu ailədə Əli bəyi görürük. II Bəyazid zamanında isə Əli bəyin oğulları Əhməd bəylə Veys bəy ölmüş və ailənin başında Veys bəyin oğul­ları Əli, Şahvəli və Piri qalmışdılar. Yapa oğulları XVI əsrdəki bəzi daxili ha­disələrə qarışmışdılar.
Atçəkənlər arasındakı ala-yuntlulara əlavə olaraq bu boya mənsub 5 nə­fər­lik bir oymağın da Aksaray bölgəsində yaşadı­ğı­nı bildirək. XVI əsrin son­­larına doğru bu ala-yuntlu oymağı­nın əkinliklərinin hərəsinin bir kənd ha­lına düşdüyü görünür. Bu kəndlərdəki ala-yuntlu əhalisi (vergi verən) belə idi: Qo­zan­çalı yazısı (?) (33), Əlgən viranı (99), Qoz viran (69), Aralıq dərə (15), Böyrü dəlik (42), Yağar (69). Bunlardan başqa bəzi ala-yuntlular da İlğının Çavurçu kəndi ilə Çaxmaq və Dəli di­nar (?) kəndlərində yerləş­miş­dilər1. Bu məlumatlar Konya böl­gəsinə ala-yuntlulardan mühüm bir qolun yer­ləşmiş olduğunu göstərir. Eyni dövrdə Aksaraya bağlı ala-yuntlu adlı 5 kəndin ol­ması da bunu təsdiq edir.
2. Ankara.
Məlum olduğu kimi, Orta Anadoluda oğuz boy adlarının ən çox olduğu bölgələrdən biri də Ankara sancağıdır. Oğuz boy adlarından çoxuna aid yer adlarına bu bölgədə rast gəlmək müm­kündür. Ankara sancağında bu boyun adını daşıyan 3 kənd məlumdur. Bunlardan başqa, həmin bölgədə bu adda ki­çik bir oymaq da vardır. 19 vergi evi olan bu oymaq Qüreyş özü adlı bir əkin­likdə rəncbərlik edir2.
3. Kastamonu.
Bu bölgədəki ala-yuntlu oymağı Kastamonu sancağının Boy ovası (Boy abad) qəzasında yaşayır. Bu oymaq da Ankara yörükləri arasındakı ala-yuntlu oymağı kimi, çox kiçik olub, ancaq 20 nəfərlikdir (vergi verən)3.
4. Uşaq.
Uşaq yörəsindəki ala-yuntlular 169 nəfərlik (vergi ödə­yən) bir oymaqdır. Bu oymağın bir qolu da dağınıq bir halda yaşayır4.
5. Məntəşə.
Bu bölgədə iki ala-yuntlu oymağına rast gəlmək olar. Bun­lardan biri Muğlanın Balat (Milet) qəzasında yerləşib, XVI əs­rin ortalarında əhalisi 100 evdən artıq idi. Həmin əsrin son­la­rında bu ala-yuntlu oymağı Muğlanın Dad­ya, Balatın Baran və Bayındır adını daşıyan kəndlərində yerləşmiş­dir5. Eyni sancaq­dakı digər ala-yuntlu oymağı isə sancağın Muğla qəzasında yer­ləşir. Bu ala-yuntlu oymağı 146 vergi evli idi6.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin