Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə64/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   60   61   62   63   64   65   66   67   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

1. Bərçəm oğulları.
Yıvalara aid ən qədim məlumat 553-cü ildən (1158) baş­layır. Yıvalar bu tarixdə Həmədanın qərbində yaşayırdılar. Ha­ki­miyyətləri altında olan yer İranda Kürdüstan deyilən bölgəni əhatə edirdi. Yıvalar bu bölgədə çox qələ­bəlik halda yaşayır­dılar. Hətta Mosul atabəyi İmadəddin Zəngi onların bir bölü­yü­nü Suriyaya gətirərək, Hələb bölgəsinə yerləşdirmişdi.
Yavların Sır-Dərya boylarından İrana əfşar və salğurlarla bir­likdə 1130-cu illərdə gəldikləri əsaslı bir ehtimalla deyilə bilər. 553-cü ildə (1158) İva Bərçəmə mənsub türkmənlərin Cə­bəl (Kürdüstan bölgəsi) bölgəsində çap­qın­çılıq fəaliyyət­lə­ri­ni artırdıqlarına görə Bağdad xələfə höküməti Məngü-Barsın komandanlığı altında onların üzərinə böyük bir qüvvə gön­dər­mişdi. Məngü-Bars türkmənlərə ağır bir zərbə vurmuş, dar­ma­dağın olan türkmən­lə­rin kəsilmiş başları və aldığı əsirlərlə Bağ­dada qayıtmışdır2. 568-ci ildə (1172) Bərçəm tabeliyindəki türk­mənlər ilə Həmədan bölgəsinə axın edərək, Dinəvəri yağ­ma­lamışdı. Bunu Naxçıvanda eşidən Eldəniz süvari qoşunla sü­rətlə Bərçəmin üzərinə yürüş edərək onu Bağdad yaxınlığına qə­dər qovmuş­du. Hətta Eldənizin Bağdad yaxınlığına qədər gəl­məsi onun Bağ­dada girə­cəyi ehtimalını oyandırdığından xəlifə bir yandan əsgər top­la­mağa, digər yan­dan da qala di­var­larını möhkəmlətməyə başladı. Lakin El­dəniz xəlifədən üzr is­tə­di, məqsədinin yalnız Bərçəmi öz ölkəsində yağma­larda bu­lun­maq­dan vaz keçirmək olduğunu söylədi3. Belə görünür ki, Bər­çəm xəlifəni öz süzereni hesab edirdi. Oğullarının da bunu sədaqətlə davam etdirdiklərini gö­rürük. Hətta Bərçəmin bu hə­rəkətə xəlifənin gizli əmri ilə başlaması fər­ziy­yəsi də vardır.
583-cü ildə (1187) son səlcuqlu sultanı Toğrul ilə xəlifənin vəziri Cəla­ləddin ibn Yunis arasında Həmədan yaxınlığında baş­lanan döyüşdə yıvalar da xəlifə ordusu səflərində yer tut­muşdu. Ravəndiyə görə4 döyüş zamanı səl­­cuqlu ordusunun sol ci­nahını təşkil edən Ay-Aba komandanlığındakı ata­bəy əsgər­ləri (yəni Pəhləvanın məmlükləri) məğlubiyyətə uğrayaraq qaçmış­dılar, yıvalar onları təqib edib qovmağa başlamışdı. Ancaq atabəyin əsgər­lə­ri sursatları atmaqla türkmənlərin təqibnndən yaxa qur­tar­mışlar. Türkmən­lərin əsil məqsədləri də elə qənimət (do­yum­luq) əldə etmək idi. Qaçanların sursatlarını əllərinə keçirən kimi türkmənlər döyüş meydanına qayıtmadan öz ölkələrinə yollandılar. Halbuki döyüş Sultan Toğrulun qələbəsi ilə başa çat­mışdı. Bu döyuşdə yıvaların başında Bərçəmin oğlu Mah­mud dururdu1.
İraq səlcuqlu sultanlığına son qoyan Xarəzmşah Təkiş İraqi-Əcəmdəki bəzi yörələri səlcuqlu əmirlərinə vermişdi. Bunlar xə­lifənin təhriki ilə çox keçmədən xarəzmşaha qarşı üsyan etsə­lər də, xarəzmşahın oğlu Rey valisi Yunus xan tərəfindən darma­dağın edildilər. Bu məğlubiyyətdən qaçıb qur­tu­lan əmirlər yıva bəyinə sığındılar2. Bu münasibətlə Ravəndi3 yıva bəyini mə­lik (kral) kəlməsi ilə vəsf edir. Bu hadisədən sonra xəlifənin qoşunu ilə Xarəzmşah Təkişin Həmədan valisi Mayacığın ordusu arasında baş verən və Bağ­dad qüvvələrinin məğlubiyyəti ilə qurtaran döyüşdə yıvaların da xəlifə ordusu səflərində olduqlarını bilirik4.
Bərçəm oğlu Mahmuddan sonra yıvaların başına Fəxrəddin İb­rahimin keçdiyi məlum olur. 593-cü ildə (1196) atabəy Öz­bəyin adından Həmə­dan­da valilik edən Nurəddin Göyçə yıva bəy­liyini ortadan qaldırmağı düşünə­rək bu bəyliyin torpaq­la­rı­na talançı hücumlar təşkil etməyə başlamışdı. Fə­qət Göyçə yıva bəyinin mübarizəyə hazır olduğunu bildiyin­dən Həmədana dön­məyə məcbur oldu5.
Fəxrəddin İbrahimdən sonra Şəhabəddin Süleyman şah yı­va bəyi olmuş­dur. O, yıvaların ən məşhur əmiridir. Süleyman şah 610-cu ildən (1213) əv­vəl aydın olmayan bir səbəbə görə xəlifə ən-Nasir li-dinillah tərəfindən ha­ki­miyyətdən uzaqlaş­dı­rıldı, yerinə qardaşı keçirildi6. Lakin bunun həqiqətən yerinə ye­tirilib yetirilmədiyi aydın deyil.
Cəlaləddin Xarəzmşah 621-ci ildə (1224) xəlifənin ölkəsinə səfərdən qa­yıdan baş Həmədan yaxınlığındakı Bahar qalasında olan Süleyman şahın ya­nına getmiş və orada onun bacısı ilə ev­lənmişdi7. Süleyman şah Bağdad xə­li­fəsini öz ağası tanıdığı ki­mi, Cəlaləddinin hakimiyyətinə də tabe ola­ca­ğını bildirmişdi8. «Tarixi-güzidə»dəki Luristan məliklərinə aid fəsildə Sü­ley­man şaha dair bəzi məlumatlar da müşahidə edilir. Bunlara görə, ki­çik lur əmiri Şərafəddin Əbu Bəkr Süleyman şahın Məlikə xa­tun adlı bacısı ilə ev­lən­miş­di1. Bu lur əmirinin ölümündən sonra yerinə keçən qardaşı İz­zəd­din Məlikə xatun ilə evlənmiş və ondan iki oğlu olmuşdur. Lakin İzzəddin öz əmisi oğ­lu Hü­sa­məddin Xəlil tərəfindən öldürüldüyünə görə İzzəddinin kiçik yaşlı oğul­ları dayılarının yanına qaçdılar2. Bundan sonra Sü­leyman şah ilə yeni lur əmiri arasında fasiləsiz mübarizə baş­landı. Baş verən bir çox çarpış­ma­lardan sonra Şapur ovasındakı bir vuruşmada lur ordusu məğlub oldu və Hü­saməddin Xəlil də öldürüldü (1246).
Süleyman şah düşməni olan Hüsaməddin Xəlilin ölümünə kə­dərlənmiş və onun haqqında o vaxt bir rübai demişdir3.
Süleyman şah xəlifə hökumətinə səmimi bir şəkildə bağlı idi. Qonşu lur əmirləri, Farsdakı səlcuqlular, Mosul hökmdarı Hü­laküyə tabe olduqları za­man da, Süleyman şah xəlifədən ay­rılmadı. Hətta 1258-ci ildə monqollar Bağ­dadı mühasirəyə alan­da şəhəri müdafiə edənlərdən biri də Süleyman şah idi. Bağ­­dadın süqutundan sonra Süleyman şah da xəlifə və digər türk ko­man­danları ilə birlikdə şəhid edildi4. Bu vaxt o xeyli yaşlı idi. Həmdullah Müs­tövfiyə görə5, Hülakünün Bağdad sə­fərinə qoşulan lur əmiri Bədrəddin Məsud Süleyman şahın öl­dü­rülməməsini Hülaküdən rica etsə də, xahişi qə­bul olun­ma­mışdır. Bununla bərabər Süleyman şahın ailəsini və məiyyətini hi­mayə etməyə müvəffəq olan lur əmiri onları Luristana gö­türmüşdür. On­ların bir qismi ara sakitləşəndən sonra Bağdada qayıtmışdılar.
Süleyman şahın olduqca mədəni bir insan olduğu məlum olur. Yuxarıda onun bir rübaisindən bəhs edilmişdi. Həmdullah Müstövfi6 Süleyman şahın məddahı olan bir şairdən də bəhs edir. Rəşidəddin isə yıva bəyinin nücum elminə vaqif olduğunu bildirir7.
Yenə Həmdullah Müstövfiyə görə8, Süleyman şah za­ma­nın­da 15 idarə yörəsinə ayrılan Kürdüstanın gəliri 200 tü­mənə yaxın idi. Halbuki müəllifin zamanında həmin bölgədən ancaq 20 tümən 1500 dinar əldə edilirdi. Bu mü­­qayisə Süley­man şah zamanında Kürdüstan vilayətinin necə varlı oldu­ğu­nu açıq bir şə­kildə göstərir.
Süleyman şaha tabe olan yıvaların aqibəti haqqında məlu­matımız yox­dur. Minorski1 qaraqoyunlu ulusuna mənsub ba­har­lı oymağının öz adını Sü­leyman şahın yaşadığı Bahar qala­sın­dan aldığını qəbul edərək qaraqo­yun­luları yıvaların nəsli he­sab edir.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin